Kayıtlar

5 bal etiketine sahip yayınlar gösteriliyor

Ahmet Batman - Soğuk Kahve

Resim
Son günlərin ən populyar yazıçısı Ahmet Batman və onun məşhur kitabı "Soğuk Kahve" :) Bu kitabdan paylaşılan sitatları yəqin aranızda görməyən yoxdur. Sırf o bir-birindən maraqlı cümlələrinə görə bu kitab oxucular tərəfindən bu qədər çox sevildi :) Kitab roman şəklində deyil, sadəcə olaraq yazıçının oxucu ilə olan həyat haqqında söhbətinə bənzəyir. Yazıçıın bəzi cümlələrində insan sanki özünü tapır. Düzü bu kitab haqqında "kitabı elə bil şizofren yazıb" sözün də eşitmişəm, amma məncə o insanlar kitabda Ahmet Batmanın çatdırmaq istədiyini anlamayıblar. Yazılarında bir söhbətdən qəfil digərinə keçən Ahmet Batman kitabda bunu özü də qeyd edir, yazılarım fikrim qədər çox dağınıqdı deyir , amma bu mənə görə oxucunu narahat edən bir şey olmamalıdır, əksinə bir növ yazıçının səmimiliyinə nümunədir. Amma yenə də əlbəttə zövqlər fərqlidir, birinin bəyəndiyini digərləri bəyənməyə bilər :) Kahraman Tazeoğlu da bu üslubda yazır və onun da Bambaşka kitabın oxumuşdum....

Agatha Christie - Nilde Ölüm (E-kitab yüklə)

Resim
Yəqin ki, detektiv romanların ustadı Agatha Christienin adın eştməyən yoxdur. Detektiv romanları sırf həddən artıq çox detala yer verildiyi üçün sevməzdim, amma oxuduğum ilk Agatha Christie kitabından sonra başa düşdüm ki, əsl detektiv romanlar sıxıcı yox, əksinə həddən artıq çox maraqlıdır. Kitaba keçməzdən öncə yazıçı haqqında az-çox məlumat verim. Agatha Christie ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Christie ardarda yazdığı romanlar və yaratdığı detektiv obraz  Hercule Poirot  ilə bütün dünyada şöhrət qazanmışdır. Agathanın sevgi romanlarını da   Mary Westmacott    adıyla yazdığı artıq hərkəsə məlumdur.   Agatha Christenin oxuduğum ilk əsəri "Nilde ölüm" oldu. Kitabda rəfiqəsinin nişanlısını əlindən alan zadəgan bir ailənin qızının həyatından bəhs edilirdi.  Yəqin artıq mövzudan kitabın nə qədər maraqlı olduğunu başa düşdüz :) Agatha Christe hadisələri möhtəşəm bir ardıcılıqla, insanı yormadan, gözlətmədən yazması...

Dikkat Vücüdunuz Konuşuyor!

Resim
Ahmet  Şerif İzgören – Türkiyənin məşhur kişisel gelişim uzmanlarından biridir. Yazıçının indiyə qədər  12 kitabı çap olunub və bunlardan 9-u  10.000 çox-dən çox satılıb. Yazıçı ilə ilk tanışlığım “Dikkat! Vücudunuz konuşuyor”  kitabı ilə oldu.   Bir il bundan qabaq oxuduğuma baxmayaraq bu kitab hələ də yadımdan çıxmayan, dəyərli hesab etdiyim kitablar sırasındadır. Kitabda insanın bədən dilində hər hərəkətin izahı ilə birgə bir çox tanınmış siyasi xadimlərin, diktatorların, məsəlçün Hitlerin məşhur əl hərəkətinin mənası  hər xırda detalına qədər izah edilib. Bundan başqa kitabda rənglərlə də bağlı çox maraqlı faktlar yer alırdı. Bunlardan bəzilərini yuxarıdakı şəkildən oxuya bilərsiz.  Kitabı oxuyub qurtardıqdan sonra yazıçının axıcı və səmimi yazı diliylə bir çox məlumatın yaddaşınıza həkk olunduğunu, yeni şeylər öyrəndiyinizi görəcəksiz. “Dikkat! Vücudunuz konuşuyor” bəzi bədən dili kitabları kimi insanı saf yerinə qoya...

Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü

Resim
Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir.  Bugünkü kitabım da sırf onlarla bağlıdı.  Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım. "Dahi Çoçuk yetiştirmek"  yeni ana olacaq bütün xanımlara məsləhətdir.  Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş,  Çoçuklarınızı yaşadığınız çağa göre değil,  yaşayacakları çağa göre yetiştirin.   Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər n...

FMArsal - Yalnız Gözlerin için

Resim
İnstagramdan  məni izləyən dostlarım bilir ki, bir həftəyə yaxındır Fatih Murat Arsalın “Yalnız gözlerin için” kitabını oxuyurdum. Kitab 776 səhifə olduğu üçün düzü qalınlığı bir qədər gözümü qorxutmuşdu. Bu boyda kitabı necə oxuyaram deyirdim, amma nəhayət ki, dünən oxuyub qurtardım.  Fatih Murat Arsal Türkiyənin sayılıb, seçilən yazıçılardan biridir. Yazdığı sevgi romanları ilə oxucularının qəlbində  taxt qurmuş bu insanın yazmağa başlamasının da çox qəribə və maraqlı səbəbi var. Deməli, bir gün FMArsal oxuduğu bir kitabı bəyənməyərək “mən bundan daha yaxşı roman yazaram” deyib və öz kitablarını yazmağa başlayıb. İlk əvvəl yazıçı yazdığı kitabları internetdə e-kitab olaraq oxucuların bəyənisinə sunub, e-kitabların bəyənildiyini gördükdən sonra, artıq yeni romanlarını çap etdirməyə qərar verib. Yazıçının indiyə qədər 7 e-kitabı yayınlanıb.  Kitabların adlarının üzərinə tıklayaraq istədiyinizi yükləyə bilərsiz: 1 - Zoraki Koca Şahane Gelin  1 ...

Kahraman Tazeoğlu - Bambaşka

Resim
Çoxdandır heç bir kitab haqqında yazmıram deyə özümü lap bir təhər  hiss edirdim. Amma nəhayət bugün sizə çooox bəyəndiyim bir kitab haqqında yazıram. Kahraman Tazeoğlu – yazdığı kitablar və şeirlər ilə özünə böyük bir oxucu kütləsi qazanmış, aşkla bağlı kitab oxumağı sevənlərin, romantik oxucuların bir nömrəli yazıçısıdır.   Kahraman Tazeoğlunun “Yarım Sevgili” şeirin ilk oxuduğum andan o qədər çox bəyənmişdim ki, bəlkə indiyə qədər o şeiri azı 10 dəfə təkrar-təkrar oxumuşam.  Bir şeiri bu qədər gözəl yazan birinin görün yazdığı kitablar necə olar?! (Yazımın sonunda həmin şeiri oxuya bilərsiz) Tazeoğlundan oxuduğum ilk kitab   “Bambaşka” oldu. Elə ilk səhifələrindən məni xatirələrə aparan bu kitab doğrudan da çox fərqli, çox səmimi, çox içdəniydi.  Kitabı ödünç aldığım üçün xoşuma gələn hissələrin altından xətt çəkə bilmirdim və sırf buna görə mən də tənbəllik eləməyib xoşuma gələn hər cümləni qeyd dəftərçəmə köçürdüm. Elə maraqlı oldu...

Pucca ve geri kalan her şey

Resim
Puccadan bundan qabaqkı yazımda sizə bəhs etmişdim. Bu kitabda da birincisində olduğu kimi Pucca hər şeyi bütün çılpaqlığı və əlbəttə ki, vulqar sözləri ilə birlikdə qələmə almışdı.  Düzün deyim ki, bu kitabda məni güldürən şeylər daha çox oldu. Hətta gözümdən yaş gələnə kimi iki qat olub o qədər gülmüşəm ki :) Puccanı oxumaya başlayandan evdə ən çox eşitdiyim söz budu: Nəyə gülüsən yenə?)   Nəyəsə kahkahalar ata-ata gülürəm, amma üstündən bir saat keçəndən sonra nəyə güldüyüm az-maz yadımda qalır. Cem Yılmaza baxanda da elə oluram. Otururam baxıram gülürəm gülürəm, day gülməkdən ağlıyıram, amma axırda bir-iki dənə replik yadımda qalır) Deyəsən bu mənim huşsuzluğumdan irəli gəlir :)   Kitab haqqında bircə onu deyim ki, çox yüngül, bir günə oxuyub qurtara biləcəyiniz bir kitabdı. Kitab deyəndə Dosteyvskinin əsərlərini filan ağlınıza gətirməyin, çünki bu sadəcə olaraq gənc bir qızın günlüyünün kitab halına salınmış  formasıdır....

PuCCa - Küçük aptalın büyük dünyası

Resim
PuCCa – İnternet dünyasının fenomeni! Blog dünyasının məşhur qızıyla nəhayət mən də tanış oldum :) Pucca 2 il bundan qabaq sırf ayrıldığı sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı. Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə qalmağı bacardı . Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =) Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =) Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də, düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını daha yaxşı başa düşür.   Uşaq vaxtı anası tərəfindən başqa bir kişiyə g...

Sabahattin Ali - Kürk Mantolu Madonna

Resim
Salam, sevgili kitabsevərlər!   Bugün sizə Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Sebahattin Ali və onun məşhur “Xəz paltolu aadonna” (Kürk mantolu Madonna) romanı haqqında yazmaq istəyirəm.    Sabahattin Ali 1907-ci ildə Türkiyənin Gümülcine vilayetində, indiki Bolqarıstan ərazində anadan olub.

Yüreğim Seni çok Sevdi / Canan Tan

Resim
Bir il bundan əvvəl oxuduğuma baxmayaraq hələ də yadımdan çıxmayan, çox bəyəndiyim sevgi romanlarından biri . Əslində kitabın qeyri-adi bir mövzusu yoxdur, sıradan aşk romanıdı, lakin bütün bunlara baxmayaraq yenə də çox təsir etmişdi mənə. Yadımdadır ki, akademiyada mühazirə vaxtı bu kitabı oxuyanda göz yaşlarımı saxlaya bilməyib kitabı bir kənara qoymuşdum. Müəllim də şaşkın - şaşkın gözlərimin içinə baxırdı ki, görəsən bu qız niyə ağlayır? =)

Sünnət olunan qızların taleyi!

Resim
Salam, sevgili kitabsevərlər! Bugün sizə bilmədiyimiz həyatları, yaşam tərzlərin bizə çatdıran bir kitab haqqında yazmaq istəyirəm. “Çöl Çiçeği” adlanan bu kitab 1998-ci ildə   Afrikalı bir xanım, Waris Dirie tərəfindən qələmə alınıb. Satışa çıxdığı ilk gündən Bestseller siyahısına daxil olan kitab təkcə Almaniyada 1 milyondan çox satılıb.

Ronda Bern - Sirr (The Secret) kitabı

Resim
Salam, sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan  nə kitab oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =) Bugün haqqında yazmaq istədiyim kitab   çoxlarınız eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş   “Sirr” kitabıdır.  

Burçak Çerezcioğlu - Mavi Saçlı Kız

Resim
Salam, dostlar. Növbəti yazımla yenə qarşınızdayam.   Bugün haqqında danışacağım kitab Burçak Çerezcioğlunun “Mavi Saçlı kız” kitabıdır. Kitabla ilk tanışlığım internetdən olmuşdu və oxuyucular tərəfindən yazılan rəylərdən belə başa düşdüm ki, doğrudan da oxunmağa dəyər kitabdır. Elə bu səbəbdən kitab məndə böyük maraq oyatdı və çox keçmədən “Mavi Saçlı kız” ı Bakumoz vasitəsilə sifariş verdim.

Mümin Sekman - Her Şey Seninle Başlar

Resim
Salam, dostlar. Bugün haqqında danışacağım kitab Türkiyədə ən çox satılan "Sosyal Başarı" kitabıdır. Yazıçının adı Mümin Sekman dır. Bəlkə də bəziləri bu adı ilk dəfə eşidir, amma bu insan Türkiyədə reytinqləri alt-üst edən kitabın müəllifidir. Ankara Universiteti "Hüquq" fakültəsinin məzunu olmasına baxmayaraq Mümin Sekman heç vaxt hüquq sahəsində çalışmamışdır. O gənc yaşlarından Türkiyənin uğur qazanmış iş adamlarının, məşhurlarının həyatını incələmiş, analiz etmiş və həyatda   onlar kimi uğur qazanmağın yollarını tapıb öz oxucuları ilə bölüşmüşdür. Bir ildə 400.000 ədəd satılaraq reytinqlərdə birinci yerdə taxt quran kitab isə "Her şey seninle başlar" dır. Kitaba internetdə təsadüfən rast gəlmişdim və kitabın arxa qapağındakı sözlər diqqətimi çəkmişdi: "Çarəsizlik öyrədilmişdir. Elə isə Uğur qazanmaq da öyrədilə bilər. Səndə düşündüyündən daha çoxu var! Gələ biləcəyin ən yaxşı yerdə deyilsən. Yeni bir həyat üçün lazım o...