Ronda Bern - Sirr (The Secret) kitabı
Salam,
sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan nə kitab
oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra
işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =)
Bugün
haqqında yazmaq istədiyim kitab çoxlarınız
eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş “Sirr” kitabıdır.
2006-cı ildə çap olunan bu kitab avstraliyalı yazar Ronda Bern tərəfindən qələmə alınmışdır. Azərbaycan dilinə isə 2012-ci ildə tərcümə olunub.
Kitab nədən bəhs edir qısaca deyim sizə… Kitabda bəhs edilən və həyatınızın sirri olan şey – Cazibə qanunudur!Sizinlə baş verən hər bir hadisəni siz özünüz həyatınıza cəzb edirsiniz. Sizin həyatınız – sizin düşüncələrinizdir.
Düzü bu sözləri ilk oxuduğumda inanmadım, “nətər yəni mənim həyatım mənim düşüncələrimdən ibarətdir?! Bəs onda niyə bütün insanlar istədikləri yerdə deyil?! ” dedim öz-özümə..
2006-cı ildə çap olunan bu kitab avstraliyalı yazar Ronda Bern tərəfindən qələmə alınmışdır. Azərbaycan dilinə isə 2012-ci ildə tərcümə olunub.
Kitab nədən bəhs edir qısaca deyim sizə… Kitabda bəhs edilən və həyatınızın sirri olan şey – Cazibə qanunudur!Sizinlə baş verən hər bir hadisəni siz özünüz həyatınıza cəzb edirsiniz. Sizin həyatınız – sizin düşüncələrinizdir.
Düzü bu sözləri ilk oxuduğumda inanmadım, “nətər yəni mənim həyatım mənim düşüncələrimdən ibarətdir?! Bəs onda niyə bütün insanlar istədikləri yerdə deyil?! ” dedim öz-özümə..
Amma sonra kitabın
davamını oxuduqca, səhifələri vərəqlədikcə bu suallarımın cavabını tapdım.
Doğrudan da
həyatımız bizim torpağa atdığımız fikir toxumlarının məhsuludur.
Bu haqda
düşünəndə, sırf fikirlərimlə özümə cəlb etdiyim o qədər hadisə yadıma düşdü ki
=)
Onlardan birin sizinlə paylaşmaq istərdim)
Deməli, universitetə qəbul olduğumu bildiyim ilk andan bütün qızlar kimi mən də sentyabrın 15-i nə geyinəcəyimi, necə hazırlaşacağımı düşünürdüm. Amma yaxın bir rəfiqəmlə haqqında danışdığımız və çox qorxduğumuz bir şey var idi : Sentyabrın 15-i, birinci kursda hər kəsin gözü önündə yıxılaraq pərt olmaq)))
Hətta belə bir hadisənin qarşısını almaq üçün 15-i hündür daban ayaqqabı da geyinməmişdik))
Amma gəl
gör ki, elə bu fikirlərin cazibəsi alçaq
daban ayaqqabıda da bizi yıxmağa qadir imiş :D
Bəli, bəli,
düz başa düşdüz))) Mən və padruqam sentyabrın 15-i, 1-ci kursun ilk günü, məhz
həmin özəl gündə hamının içində qəşənqcə yerə oturmuşduq :D
Mən Neft
Akademiyasının pilləkənlərini paltarımla siləndə, sən demə o da BDUnun
toz-torpağın təmizləyibmiş :D
Ona görə də
burdan bütün qızlara məsləhət görürəm ki, heç vaxt bizim kimi yıxılmaq haqqında
filan düşünməyin)) Yoxsa doğrudan da gedib həmin günü tap deyə yerə
oturarsız :D
Diqqətlə düşünsəz, siz də həyatınızın fikirlərinizdən ibarət olduğunu görəcəksiz.Elə bu səbəbdən də Sirri oxuyub qurtardıqdan sonra artıq düşüncələrimə sahib çıxmağa, pis heç nə fikirləşməməyə başlamışam.
Sirri oxuyun, ona inanın və həyatınızda bu sirrdən istifadə edin… Bundan sonra hadisələrin cərəyanının necə dəyişdiyini özünüz də hiss edəcəksiz….
Sirrdən
seçdiklərim:
1. Kiçik araşdırmalar onu göstərir ki, istəyinə çatan insanlar bunu necə etdiklərini bilmirlər, Onlar yalnız, bunu həmişə istədiklərini bilirlər.
2. İnanaraq ilk addımı atın. Sizə bütün pilləkəni görmək lazım deyil, sadəcə birinci pilləni addımlayın.
3. Vücudunuzun
hər kvadrat santimetrini tərifləyin və sevin. Onun mükəmməl olduğunu düşünün və
bundan zövq alın. 1. Kiçik araşdırmalar onu göstərir ki, istəyinə çatan insanlar bunu necə etdiklərini bilmirlər, Onlar yalnız, bunu həmişə istədiklərini bilirlər.
2. İnanaraq ilk addımı atın. Sizə bütün pilləkəni görmək lazım deyil, sadəcə birinci pilləni addımlayın.
Not: Bu mənim hər zaman etdiyim və Kompleksli insanlara məsləhət
gördüyüm ilk şeydir. Bundan başqa kompleksli insanlara, əsasəndə xanımlara onu
məsləhət görərdim ki, heç vaxt özünüzü
başqaları ilə müqayisə etməyin. Yoxsa bu yalnız sizə zərər verər.
4. Fikrinizdə,
uzun müddət görmədiyiniz, köhnə dostunuzla ünsiyyətdə olduğunuzu təsəvvür edin.
Siz yaxın müddət ərzində bu və ya başqa bir şəkildə yaxınlarınızdan birinin
onun haqqında danışdığının şahidi olacaqsınız və yaxud da həmin insan özü ya
sizə zəng vuracaq, ya da məktub yollayaraq sizi yada salacaq.
Not: Həralda bu cür hadisə hər birimizin başına gəlib =) Bu artıq danılmaz bir faktdır.
5. Yalnız istədiyiniz
şeyləri gözləyin, istəmədikləriniz haqqında isə heç düşünməyin.Not: Həralda bu cür hadisə hər birimizin başına gəlib =) Bu artıq danılmaz bir faktdır.
6. Tortunuzda qocalığı özünüzə yaxınlaşdırmaq istəmirsinizsə, onu şamla bəzəməyin. Təəssüf ki, qərb cəmiyyəti yaş ideyasında birləşib, halbuki reallıqda yaş ümumiyyətlə mövcud deyil.
7.Hər bir xoşagəlməz fikir bədənə daxil olan əsl xəstəlidir.
P.S: Kitabda əgər maşınınız və ya bahalı bir evinizin, yaxşı bir işinizin olmasını istəyirsinizsə bunu düşünün, xəyal edin, sanki istədiyin hər şeyə nail olmuşsunuz kimi özünüzü aparın deyir. Amma bəziləri bunu səhv başa düşür və kitabı mənasız sayaraq sevmədiyini, oxumağa dəyər kitab olmadığını deyir.
Amma mən onu qeyd etmək istərdim ki, Kitab insanlara oturun ancaq xəyal qurun demir.
Kitab deyir ki, xəyal qurun, bunu ürəkdən istəyin və istəyinizin olması üçün bir yerdən başlayın.
P.S: Sevərək oxuduğum kitab olmuşdu. Kiməsə hədiyyə də edə bilərsiz. Oxuyan insanın həyatında çox şeyi dəyişir.
Ne eceb oxuyub qutara bildin)) Cox geweng kitabdi, insanin heyata baxiwini deyiwir. bunun belgesel tarzinda filmide var. 6ci bendi sevdim. cunki menim kitabimda yaw,zaman vaxt,gelecek anlayiwlari yoxdu. Ozunu nece yasda hiss elesen o yasdasan, sen saat necedi deyirsense hemen vaxtdir, hec kes hec vaxt geleceyi yawamir ve s. her neyse cox daniwdim
YanıtlaSilEslinde kitabi coxdan oxuyub qurtarmisdim,sadece olaraq bi turlu vaxt ede bilmirdim ayzisin yazmaga) Indi basqa bir kitab oxuyuram) Heralda sbha qurtararam)
YanıtlaSilArada verdiyim fasileni insallah qisa zamanda dolduracam)))
Sen saat necedi deyirsense hemen vaxtdir.. Bu sozunu sevdim.. amma insanlara uygunlasmaq ucun yasi da, zamani da herkes kimi hesab edirik.
he anladim. hansi kitabi oxuyursan indi?? duzdu yawi hesab edirik ama mene menasiz gelir hesab elemek. insanin heyatini cerciveleyir yaw anlayiwi. kimse 70-80 yawina gelende uje qocalibsan fso hemin adam uje ozunu qoca hiss eliyir,men hecne eliyemmerem yawliyam, artiq olumu falan fikirlewir. piskojik adami sarsir yaw anlayiwi. ara yerde pisxoloq oldum getdim))
YanıtlaSilSuretli Oxu kitabini oxuyub quratrdim artiq) maraqliydi) cox guman ki, bugun o kitab haqqinda yazaram)
YanıtlaSilHeyati butun incelikleri ile derinine fikirlesmek lazim deyil) yoxsa her sey adamin gozune maraqsiz ve bir o qeder menasiz goruner :)
Ona gore men ölüm haqqinda calisiram hec dusunmeyim...
yüklə butonu niyə yoxdur?
YanıtlaSilCunki e-kitab olaraq yuklemek ucun yerlesdirmemisem.
YanıtlaSilSalam. Men kitabları cox sevirem. Bu kitab da mene cox maraqli geldi, amma teessuf ki, kitabi elde etmek imkanim yoxdur. Yeni men yasadigim rayonda bedii kitab satmirlar, yalniz dersliklerdir. Amma memnuniyyetle oxuyardim. Saytinizi beyendim, cox maraqli fikirler de yazirsiniz kitablar ve filmler haqqinda. Maraqsiz olanlari da maraqli gorunur)
YanıtlaSilQemze Akberova
Salam, Qemze xanim. Gözəl fikirləriniz üçün çox sağ olun. Siz hansı rayonda yaşayırsız?
YanıtlaSilBakumoz Books klubu rayonlara istediyiniz kitabi gonderir. Onlar vasitesile de ala bilersiz)
http://www.facebook.com/bakumozbooks?fref=ts buyurun bu da Bakumozun facebook sehifesi.
men kitabi nece download ede bilerem azerice?mumkunduse komek edin((
YanıtlaSilAzerbaycancasi mence pdf olaraq yoxdu. Amma turkcesin googleda axtarib yukleye bilersiz.
SilEy insanlar! Men @Secret@ kitabini diqqetle oxuyub filmine baxmisham. Bu adi MAGIYADAN bashqa bir shey deyil.Aldanmayin. Bu film Satanist ideologlari terefinden hazirlanmish ozunde kufr,magiya,okkultizm, cehalet elementlerini dashiyan insanlaari doqru yolundan azdirmaqa hesablanmish bir filmdir! Aldanmayin Allahiniza inanin Allahiniza guvenin!
YanıtlaSilArzu xanm olum haqqinda her zaman dusunmek lazimdi.muselman olumunu dusunmelidi her zaman.
YanıtlaSil