Kayıtlar

Ekim, 2013 tarihine ait yayınlar gösteriliyor

Yağmur mu yağıyor?

Resim
Yağmur mu yağıyor? Kahveni al. Kitabını al. Müziğini aç. ve dilediğin kadar ses ver.  Yalnızlığını sen de seveceksin...

Gəncə macəraları

Resim
Keçən həftə yaxın bir qohumun toyuna görə ailəlikcə Tovuza yola düşdük. Tovuza getmişkən Gəncəni gəzməyi də ihmal etmədik.  Gəncədə daha əvvəl olmadığımdan mənim təsəvvürümdə ora tam başqa cür idi. Amma gedib gördüm ki, Gəncə heç də düşündüyüm kimi deyil, daha gözəl və müasirdi. Bakıdakı Mango, Zara, LC Waikiki kimi bütün mağazalar orda da varıydı. Yerli əhali də çox qəşənq, dəblə geyinmişdi. Bakıdan bircə fərqi o idi ki, Gəncə sakitçilikdi. Bakıdakı kimi səs-küy, sıxlıq orda yoxuydu. Adam şəhəri gəzəndə doğrudan da dincəldiyini hiss edirdi.    Gəncəyə gedib Gəncə paxlavasının dadına baxmasaydıq olmazdı. Şəki paxlavası , türk paxlavası qədər olmasa da bu paxlava da pis deyildi :)  Çayımızı içdikdən sonra Gəncənin ən məşhur küçəsi Cavadxan küçəsinə getdik. Deyəsən ora da bizim Nizami küçəsi (Tarqovıy) sayılır. Qəşənq mağazalar olsa da, ordakı qiymətlər Bakıdakından heç  də geri qalmırdı.  Sonra elə həmin küçədə  musiqi alətləriylə dolu çox gözəl bi

Kitaplarımı severdim...

Resim
Ben şimdiye kadar her şeyden çok kitaplarımı severdim. Bundan sonra her şeyden çok seni seveceğim ve kitapları beraber seveceğiz, sevgili...                                                                                           Sabahattin Ali

Bu aralar mən

Resim
Son bir aydakı ruh halim eynilə bu şəkildəki kimdir) Müəllimlər dərsi başa salır və mən quzu kimi onlara qulaq asıram) Gələn həftə ilk sınağımız olduğundan bu həftə lap yaxşı oxuyub hazırlaşmalıyam. İnşallah ilk nəticə pis olmaz. Dəsrlərin çoxluğundan belə başa düşürəm ki, hələ uzun müddət kitablarımdan uzaq qalacam :)

Çok okuyorum diye...

Resim

Yenə Buralardayam

Resim
ADNAda dərsdən bir görüntü :) Yenə buralardayam... Uzun zamandan sonra, təxminən 3-4 ay sonra yenidən blogumdayam. Əvvəlcə niyə bu qədər fasilə veridyimi deyim. Fasilə verdim çünki yorulmuşdum... sıxılmışdım...və ən əsası dəyişikliyə ehtiyacım var idi :)  Son ay larda həyatımda bir çox özəl və gözəl dəyişikliklər də oldu. Düzü onlara görə bir müddət buralardan uzaq qalmağa da dəyərdi :) Bu il 4-cü kurs olduğumdan magistr hazırlıqlarına başım qarışıb. İnşallah yüksək bal yığmaq niyyətindəyəm deyə əməlli-başlı abituriyent vaxtlarımdakı kimi dərs oxuyuram. Bu dəqiqə ən çox üzün açdığım kitablar Məntiq, İnformatika və İngilis dilidir :) İnşallah sonra da İxtisas kitablarımla belə can-ciyər olacağıq. Bloga vaxtaşırı, ürəyimdən keçdikcə gəlib yazacam. Amma məni gündəlik olaraq izləmək istəyənlər üçün yeni instagram profili açdım:  http://instagram.com/kitabxanam Əgər istəsəniz axtarış yerinə  @kitabxanam yazıb  məni orda tapa bilərsiz. İndi isə hələlik, dostlar :)