Kahraman Tazeoğlu - Bambaşka
Çoxdandır heç bir kitab haqqında yazmıram deyə özümü lap bir təhər hiss edirdim. Amma nəhayət bugün sizə çooox bəyəndiyim bir kitab haqqında yazıram. Kahraman Tazeoğlu – yazdığı kitablar və şeirlər ilə özünə böyük bir oxucu kütləsi qazanmış, aşkla bağlı kitab oxumağı sevənlərin, romantik oxucuların bir nömrəli yazıçısıdır. Kahraman Tazeoğlunun “Yarım Sevgili” şeirin ilk oxuduğum andan o qədər çox bəyənmişdim ki, bəlkə indiyə qədər o şeiri azı 10 dəfə təkrar-təkrar oxumuşam. Bir şeiri bu qədər gözəl yazan birinin görün yazdığı kitablar necə olar?! (Yazımın sonunda həmin şeiri oxuya bilərsiz) Tazeoğlundan oxuduğum ilk kitab “Bambaşka” oldu. Elə ilk səhifələrindən məni xatirələrə aparan bu kitab doğrudan da çox fərqli, çox səmimi, çox içdəniydi. Kitabı ödünç aldığım üçün xoşuma gələn hissələrin altından xətt çəkə bilmirdim və sırf buna görə mən də tənbəllik eləməyib xoşuma gələn hər cümləni qeyd dəftərçəmə köçürdüm. Elə maraqlı oldu...