Kayıtlar

Pucce ve geri kalan her şey etiketine sahip yayınlar gösteriliyor

Pucca ve geri kalan her şey

Resim
Puccadan bundan qabaqkı yazımda sizə bəhs etmişdim. Bu kitabda da birincisində olduğu kimi Pucca hər şeyi bütün çılpaqlığı və əlbəttə ki, vulqar sözləri ilə birlikdə qələmə almışdı.  Düzün deyim ki, bu kitabda məni güldürən şeylər daha çox oldu. Hətta gözümdən yaş gələnə kimi iki qat olub o qədər gülmüşəm ki :) Puccanı oxumaya başlayandan evdə ən çox eşitdiyim söz budu: Nəyə gülüsən yenə?)   Nəyəsə kahkahalar ata-ata gülürəm, amma üstündən bir saat keçəndən sonra nəyə güldüyüm az-maz yadımda qalır. Cem Yılmaza baxanda da elə oluram. Otururam baxıram gülürəm gülürəm, day gülməkdən ağlıyıram, amma axırda bir-iki dənə replik yadımda qalır) Deyəsən bu mənim huşsuzluğumdan irəli gəlir :)   Kitab haqqında bircə onu deyim ki, çox yüngül, bir günə oxuyub qurtara biləcəyiniz bir kitabdı. Kitab deyəndə Dosteyvskinin əsərlərini filan ağlınıza gətirməyin, çünki bu sadəcə olaraq gənc bir qızın günlüyünün kitab halına salınmış  formasıdır....