Kayıtlar

Temmuz, 2012 tarihine ait yayınlar gösteriliyor

Tres Metros Sobre el Cielo (2010)

Resim
"Tres Metros Sobre el Cielo" ( Göyün 3 - cü qat ı ) İlk məqaləmi bu filmə həsr etməyimin səbəbi sadəcə, son zamanlar izlədiyim ən maraqlı, ən romantik kino olması deyil, həmçinin bu filmin mənə digər filmlərdən müəyyən qədər fərqli təsir bağışlamasıdır... Film adından da göründüyü kimi İspan filmi olsa da romanın ekranlaşdırılması İtalyan yazıçısı və rejissoru Federiko Moççiaya məxsusdur. Belə ki, 2004-cü ildə italyanca ekranlaşdırılan bu filmin 2010-cu ildə İspan versiyası çəkilmişdir. Romanda və filmin italyan versiyasında hadisələr Romada baş verir və baş qəhrəman Stefana Mançini, ləqəbi isə Step olur.

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

Resim
Salam, sevgili kitabsev ərlər. Bugün sizə Avropa məhəbbət romanlarının yeni ulduzu Cecelia Ahern in debüt romanı olan “P.S. Mən Səni Sevirəm” haqqında yazmaq istəyirəm. Dünya şöhrətli bestseller olan bu kitab əlli dilə tərcümə olunub və satışa çıxan kimi Britaniya reytinqlərində “Dav Vinçi kodu”nu ötüb. İlk növbədə istərdim Cecelia Ahern haqqında sizə bir qədər məlumat verim. Onu deyim ki, solda gördüyünüz şəkildəki kimi xanım yazar həqiqətən də çox gözəldir.

Elif Şafakın "AŞK" kitabını O qazandı!

Resim
Salam, dostlar. N ecəsiz? Bildiyiniz kimi bu yaxınlarda blogumda “Elif Şafakın AŞK kitabın sən qazan!” deyə layihə start götürmüşdü. 1 həftə keçirilən oyunun sonunda nəhayət mənim qalibi açıqlayacağım gün gəlib çıxdı =)) Düzdür, cavabları açıqlamaqda   bir az gecikdim, amma üzürlü səbəblərim var idi .

Elif Şafak -İskəndər

Resim
  Türkiyənin məşhur qadın yazarlarından biri olan Elif Şafakı n kitabını oxumağı çoxdan düşünürdüm. Əlimə aldığım ilk kitab isə “İskəndər” oldu. Nədənsə bu xanımın yazdığı bütün kitablar Türkiyədə böyük səs-küy yaradır. Təsəvvür edin, roman çapa getməmişdən qabaq, artıq Türkiyədəki kitab evlərindən 168 min kitab sifariş edilmişdi.

Elif Şafakın "Aşk" kitabını Sən qazan!

Resim
Dostlar, bugün sizə xoş bir sürprizim var! =)  Maraqlı bir oyunun sonunda Elif Şafakın dillərə dastan "Aşk" kitabını sevimli oxuyucularımdan birinə hədiyyə edəcəm. Qeyd edim ki, kitab azərbaycan dilindədir və yenidir. Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım" a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.

Kitablarımla birgə tətilə gedirik =)

Resim
Salam, sevgili kitabsevərlər! İlk növbədə əziyyət çəkib kitablar və blog haqqında rəy bildirən bütün oxuyuculara öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun. İnanın mənə hər dəfə yeni birilərinin blogumu bəyəndiyini, izlədiyini görəndə həqiqətən də çox sevinirəm =) Düzü bu qədər çox kitab oxuyucularının olduğun təsəvvür etmirdim. Deməli kitaba maraq ildən-ilə daha çox artacaq və biz daha gözəl bir cəmiyyətdə yaşayacayıq.