Elif Şafak - Şemspare
Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım. Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.