Kayıtlar

kişisel gelişim kitabı etiketine sahip yayınlar gösteriliyor

Dikkat Vücüdunuz Konuşuyor!

Resim
Ahmet  Şerif İzgören – Türkiyənin məşhur kişisel gelişim uzmanlarından biridir. Yazıçının indiyə qədər  12 kitabı çap olunub və bunlardan 9-u  10.000 çox-dən çox satılıb. Yazıçı ilə ilk tanışlığım “Dikkat! Vücudunuz konuşuyor”  kitabı ilə oldu.   Bir il bundan qabaq oxuduğuma baxmayaraq bu kitab hələ də yadımdan çıxmayan, dəyərli hesab etdiyim kitablar sırasındadır. Kitabda insanın bədən dilində hər hərəkətin izahı ilə birgə bir çox tanınmış siyasi xadimlərin, diktatorların, məsəlçün Hitlerin məşhur əl hərəkətinin mənası  hər xırda detalına qədər izah edilib. Bundan başqa kitabda rənglərlə də bağlı çox maraqlı faktlar yer alırdı. Bunlardan bəzilərini yuxarıdakı şəkildən oxuya bilərsiz.  Kitabı oxuyub qurtardıqdan sonra yazıçının axıcı və səmimi yazı diliylə bir çox məlumatın yaddaşınıza həkk olunduğunu, yeni şeylər öyrəndiyinizi görəcəksiz. “Dikkat! Vücudunuz konuşuyor” bəzi bədən dili kitabları kimi insanı saf yerinə qoya...

Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü

Resim
Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir.  Bugünkü kitabım da sırf onlarla bağlıdı.  Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım. "Dahi Çoçuk yetiştirmek"  yeni ana olacaq bütün xanımlara məsləhətdir.  Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş,  Çoçuklarınızı yaşadığınız çağa göre değil,  yaşayacakları çağa göre yetiştirin.   Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər n...

Sadece aptallar 8 saat uyur!

Resim
Bugün sizə “Dünyanın ən ağıllı insanı” olduğunu düşünən və hətta Notarusda belə bunu təsdiqlədən bir yazıçı haqqında yazmaq istəyirəm. Yazarın adı Erdal Demirkırandır . 2002-ci ildən bu yana yazmasına baxmayaraq artıq yazıçının 9 kitabı nəşr olunub.

Başarı Üniversitesi / Mümin Sekman

Resim
  "Başarı Üniversitesi" kitabı  imtahana hazırlaşan məktəblilər və abituriyentlər üçün nəzərdə tutulub. Kitabda   aşağıdakı məsələlərə aydınlıq gətirilir: