Kayıtlar

Əli və Nino heykəli etiketine sahip yayınlar gösteriliyor

Əli və Nino / Qurban Səid

Resim
Yəqin ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət romanı...  Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı oxuyub qurtara bildim. Ümumiyyətlə deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim olduğu da bilinmir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır.  "Əli və Nino"da azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir.   Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani... Düzü kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələ ri məni kitaba bağlamışdı. Bu arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad Alemdarı d...