Ben Seni Bulmaya Geldim
Keçən həftə sonu 2 günə oxuyub bitirdiyim növbəti kitab farnsız yazıçı Guillaume Mussonun "Seni bulmaya geldim" kitabı oldu. Bu arada yazıçının da çox qəribə adı varmış, hər dəfə oxuyanda çaşıram) Mussonun demək olar ki, bütün kitabları dünya miqyasında bestsellerdi. Mən də bu kitabı Ali Ninodan 70% endirim vaxtı almışdım. Düzü kitabı yarıya qədər böyük maraqla oxusam da, yarısından sonrası artıq məni darıxdırmağa başlamışdı. Çünki bir zamanlardan hər şeyini atıb özünə yeni bir həyat quran kişisel gelişim uzmanı Ethan bir gününü 3 dəfə təkrar-təkrar yaşayırdı və belə bir ssenari mənə "İf only" filmindən tanış idi. Bəlkədə kitabı oxuaynda arada ona görə darıxdım. Kitabın baş qəhrəmanı Ethanın həyatı doğrudan da çox qəribə və maraqlıydı. Heç bir şeyi olmayan kasıb biri həyatını sıfırdan quraraq kitabları ən çox satılan, hamı tərəfindən tanınan bir psixoloqa çevrilmişdi. Amma sırf Ethanın iş yerində, kabinetində onun yanına gələn 13 yaşnda bir qızın ...