Kayıtlar

Hədiyyə kitab qazan etiketine sahip yayınlar gösteriliyor

"Norveç meşəsi" kitabını O qazandı!

Resim
Axşamınız xeyir, dostlar! Bildiyiniz kimi bugün saat 23:00-da "Haruki Murakaminin Norveç meşəsi kitabını Sən Qazan!” adlı layihəmizə qeydiyyat sona çatdı və mən indi cavabları sizə açıqlamalıyam. Amma əvvəlcə istəyirəm bir az ürəyinizi çəkim =)  Deməli İyul ayında Elif Şafkaın "Aşk" kitabını qazanmaq üçün 19 nəfər kitabsevər iştirak etsə də, sentyabr ayımızın hədiyyə kitabı olan Haruki Murakaminin "Norveç Meşəsi" kitabını qazanmaq üçün 34 iştirakçı qeydiyyatdan keçdi.  

Haruki Murakaminin "Norveç meşəsi" kitabın Sən Qazan!

Resim
Sentyabr ayının gəlməyi ilə bizim də layihəmizin vaxtı gəlmişdir deməkdir :) Bildiyiniz kimi İyul ayından başlayaraq blogumuzda "Hər ay bir hədiyyə kitab" adlı layihə start götürmüşdü. İyul ayının qalibi Pifaqor (Rövşən  İsmayılov) bizden Elif Şafakın "AŞK" kitabını qazanmışdı. Hər ay keçirməyi planlaşdırdığım layihəni Avqust ayında bağda internetin sürəti çox zəif olduğuna görə keçirə bilməmişdim.

Elif Şafakın "AŞK" kitabını O qazandı!

Resim
Salam, dostlar. N ecəsiz? Bildiyiniz kimi bu yaxınlarda blogumda “Elif Şafakın AŞK kitabın sən qazan!” deyə layihə start götürmüşdü. 1 həftə keçirilən oyunun sonunda nəhayət mənim qalibi açıqlayacağım gün gəlib çıxdı =)) Düzdür, cavabları açıqlamaqda   bir az gecikdim, amma üzürlü səbəblərim var idi .

Elif Şafakın "Aşk" kitabını Sən qazan!

Resim
Dostlar, bugün sizə xoş bir sürprizim var! =)  Maraqlı bir oyunun sonunda Elif Şafakın dillərə dastan "Aşk" kitabını sevimli oxuyucularımdan birinə hədiyyə edəcəm. Qeyd edim ki, kitab azərbaycan dilindədir və yenidir. Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım" a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.