Kayıtlar

bestseller etiketine sahip yayınlar gösteriliyor

Oda - Emma Donoghue

Resim
Əlimdə gördüyünüz bu kitab, yəni Oda - New York Times tərəfindən 2010-cu ilin ən yaxşı 10 kitabından biri seçilib. Kitab irlandiyalı yazar Emma Donoghue tərəfindən qələmə alınıb. Kitabın mövzusu əslində çox maraqlıdır, daha doğrusu reala yaxındır.  Yadınızdadırsa, 2008-ci ildə Avstraliyalı bir ata 24 il boyunca qızını balaca bir otaqda gizlədərək, ona dəfələrlə təcavüz etmiş, 6 uşaq atası olmuşdu. Doğrudan da bu insanın tüklərini biz-biz edən bir skandal idi. Baxın, kitabda da təxmini bu mövzudan bəhs edilir. Yaşlı Nick ləqəbli bir kişi universitetdə oxuyan 19 yaşlı qızı aldadaraq qaçırır və onu bir otağa həbs edir. Məhz bütün hadisələr də bundan sonra başlayır. Kitabı oxumağa başlayanda adam bir az çətinlik çəkir, çünki əvvəldə hələ hər şey tam aydın başa düşülmür. Amma kitabı oxuduqca, ortalarına gəldikcə artıq hər şeyi anlamış olursuz. Yəni kitabın əvvəli buna görə darıxdırıcı olsa da, ortaları çox maraqlı və axıcıdır.  Kitabı bir az oxuduqdan sonra başa düşdü...

Kargoyla gələn mutluluk :)

Resim
Yadınızdadırsa, hələ bu yazımda poçtalyonun qapınıza gəlib sizə bir məktub və ya bir hədiyyə gətirməsinin insana necə sevinc dolu anlar yaşatdığından az-çox danışmışdım. Nəhayət, bugün bu sevinci bir daha yaşamaq mənə qismət oldu. Çünki səbirsizliklə gözlədiyim, Jo Nesbonun yeni nəşr oluna kitabı "Nemesis"  evimizə qonaq gəldi =)  P.S: Qonaq gəlir yerin elə dedim ki, lap yadımda "evimizə gəlin gəlir" mahnısı düşdü.  Evimizə gəlin gəlir, sığallayıb telin gəlir, görüşünə elim gəlir heeeey :)))  ) Nəysə, mən mahnıya qulaq asıb yerimdə oynuyub lap toya getmək istədim, amma  indi yeri deyil, keçək mətləbə) Deməli, Nemesis kitabını   sssuigenerisss   blogunda olan çekilişdə hədiyyə qazanmışdım. Düzü kitabı qazanacağım heç ağlıma gəlmirdi, amm görünən o ki, həmin gün şanslı günümdəymişəm =)  Yoxsa ki, mən hara, belə bəxt hara :) Sonda Kitaba görə Kitap oburları na,  Doğan Kitab evinə də sonsuz təşəkkürlər. Əziyyət ...

Ronda Bern - Sirr (The Secret) kitabı

Resim
Salam, sevgili kitabsevərlər! Son 1 ayda işlərimin çoxluğundan  nə kitab oxuya, nədəki bloguma vaxt ayıra bilirəm. Amma inşallah oktyabrın 11-indən sonra işlərim yenə yüngülləşəcək və oxumaq üçün darıxdığım kitablarıma qovuşacam =) Bugün haqqında yazmaq istədiyim kitab   çoxlarınız eşitdiyi, dünyada 19 milyon nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmiş   “Sirr” kitabıdır.