Yüreğim Seni çok Sevdi / Canan Tan

Bir il bundan əvvəl oxuduğuma baxmayaraq hələ də yadımdan çıxmayan, çox bəyəndiyim sevgi romanlarından biri. Əslində kitabın qeyri-adi bir mövzusu yoxdur, sıradan aşk romanıdı, lakin bütün bunlara baxmayaraq yenə də çox təsir etmişdi mənə. Yadımdadır ki, akademiyada mühazirə vaxtı bu kitabı oxuyanda göz yaşlarımı saxlaya bilməyib kitabı bir kənara qoymuşdum. Müəllim də şaşkın - şaşkın gözlərimin içinə baxırdı ki, görəsən bu qız niyə ağlayır? =)

 Kitabda bəhs edilən Murat və Aslının imkansız sevgisi, qürurlarına görə o qədər incinmələri, Aslının düşüncələri, hərəkətləri mənə çox təsir etmişdi. Canan Tan kitabı doğrudan da elə cana yaxın tərzdə qələmə alıb ki, oxuyarkən kitabdakı baş qəhrəmanlarla eyni hissləri yaşayır insan.

“Yüreğim seni Çok Sevdi” kitabı sevgi romanları xoşlayan, bir az duygusal, romantik insanlar üçün daha yaxşıdır. Əgər bu aralar hüzünlü, sevgi dolu bir şey oxumaq istəyirsizsə, onda bu kitab əla seçimdir. Amma yox sevgi romanları sizlik deyilsə, elə isə bu kitabdan da uzaq durun. Çünki kitab sizə çox bayağı gələ bilər.

Düzü fikirləşirəm ki, bəlkə də bu kitabı indi oxusam, heç elə təsirlənmərəm. "Adi bir sevgi hekayəsidi, axı burda nə var?" deyib, kitabı heç kimə tövsiyyə etməzdim. Amma görünür o vaxtkı ruh halim tam bu kitablıqmış ki, bu qədər bəyənmişəm  :)

Lakin kitabın mövzusu nə qədər çox bilyimiz bir şey olsa da, kitabdakı Nazim Hikmət misralarına söz ola bilməzdi. Kitabın ən çox bəyəndiyim özəlliklərindən biri də elə məhz bu idi.
Sonda unutmadan onu da deyim ki, türk oxucuları Canan Tanın kitablarının mövzularına görə bir-birinə çox bənzədiyini deyir. Məsələn, yazıçının "Piraye" romanını oxuyanlar, bu kitabı oxumasa da olar. Çünki bu 2 kitab demək olar ki, eyni mövzu ətrafında, eyni tərzdə yazılıb.

Korkuyorum bakmaya gözlerinin içine
Korkuyorum sana bir gün acı vermekten
Ne kal demeye gücüm var sana
Nede git diyebiliyorum korkusuzca
Korkum seni tekrar kaybetmekten
Korkuyorum yılları tekrar sensiz geçirmekten
Sana neden bu kadar bağlıyım bilmiyorum ama
Gözlerim gözlerine baktıkça
Bu can bu tende durdukça
Ben bir gün senden vazgeçsem bile;
Kalbim senden vazgeçmez
Gönlüm senden vazgeçmez
Ne bileyim kömür gözlüm
Ben bir şey yapmadım ki
Yüreğim Seni Çok Sevdi

Yüreğim Seni Çok Sevdi
O Yürek Talan
O Yürek Yangın Yeri
O Yürek Seni İstiyor
Bir Tek Seni

Qarşıdan Sevgililərin bayramı 14 fevral gəlir. Əgər bəylərimiz kitab hədiyyəsi axtarırsa, onda deyim ki, məncə,  “Yüreğim Seni Çok Sevdi”  həmin gün sevgiliyə verilə biləcək maraqlı hədiyyə ola bilər...  

Kitabı pdf oxumaq istəyənlər buraya tık tık :)

P.S: Çox maraqlı, insanı özünə çəkən, bəyənərək, bəzən də gözü dolu şəkildə oxuduğum romantik bir roman :)

Yorumlar

  1. ask romanlarini cox xoslayiram kitab oxumagida hemcinin ama turkce olanda sanki sixici gelir mene biraz kas Azerbaycan dilinde tercumesi olaydi, yenede tesekkurler oxuyacam :)

    YanıtlaSil
    Yanıtlar
    1. Əksinə bizi dilə tərcümə olunan kitabları oxuyanda mənə darıxdırıcı gəlir. Çünki çox vaxt tərcümə bir o qədər yaxşı olmur, romanın təsir gücün azaldır. Məncə ön yargısız bir dəfə türkcə kitab oxumağa çalışın, məncə xoşunuza gələcək, əgər türk dilində adi danışığı başa düşürsüzsə :)
      Həm bu kitabda yazıçının dili çooox sadədi. Rahat oxunan kitabdı.

      Sil
  2. Canan Tan iyidir ya.Bu arada sizi yeni keşfettim.Bloğunuz çok güzel.Azerbaycandaki kardeşlerime selamlar olsun..

    YanıtlaSil
    Yanıtlar
    1. Çok teşekkür ederim :)

      Bizden de size selam olsun.

      Ziyaretiniz beni çok mutlu etdi :) Hep beklerim)

      Sil
  3. bu yukledim oxuyacam gorum necedi)0

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı