Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü


Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir. 

Bugünkü kitabım da sırf onlarla bağlıdı. Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım.

"Dahi Çoçuk yetiştirmek" yeni ana olacaq bütün xanımlara məsləhətdir. 

Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş, 

Çoçuklarınızı yaşadığınız çağa göre değil, 
yaşayacakları çağa göre yetiştirin.

 Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər nələr edə biləcəyini bu kitab çox dəyərli və önəmli məlumatlarla oxucularına çatdırır. 

Uşaqların zəkasında genlər çox böyük rol oynayır, amma bu o demək deyil ki, valideynləri savadsız olan bir uşaq sabah öz üzərində çalışaraq intelektual bir insan olmayacaq. Maraqlısı odur ki, bir dönəm alimlər zəkanın sırf genlə bağlı olduğunu düşünərək ağıllı insanları evləndirib "üstün bir irq" meydana gətirmək istəyirləmiş. Hətta ağıllı insanlara artmaları üçün bu qədər şərait yaratmışkən, kasıbları da sonsuzlaşdırmaqla onların nəslini məhv etməyə çalışıblar. Guya bununla dünyada misli görülməmiş bir irqin yaradıcı olacaqlarmış. 
Əgər elə bir şey olsaydı düşünün insanlar nələr yaşayardı. 


Sonra kitabda hamilə vaxtından anaların nələr yeməli olduğundan, nələrdən uzaq durmasından ətraflı şəkildə bəhs edilir. 

Kitabda bu dəqiqə əksər anne adaylarının ən böyük səhvinə toxunulur: mobil telefon, kompüter və televizorlar. 

Müəllif hamiləlik dövründə bütün qadınların mobil telefonlardan uzaq durmasını, hətta çox az hallarda ondan istifadə etməli olduğunu qeyd edir. 
Gecələri isə telefonu bağlamaq vərdişinə hər birimiz yiyələnməliyik. Telefonu bədənində,yəni cibində gəzdirmək də, sonda bir çox xəstəliyə səbəb olur. Buna görə də xanımların telefonlarını çantada saxlaması daha çox məqsədə uyğundur.

Əslində bayaqdan kitabı vərəqləyirəm və görürəm ki, altından xətt çəkdiyim, burda yazmaq istədiyim qeydlər həddən artıq çoxdur. 
Bu kitab onsuzda bir dəfə oxumaqla rəfə qoyulacaq kitablardan deyil. "Dahi Çoçuk yetiştirmek"  ana olacaq bütün xanımların stolüstü kitabı olmalıdır deyə çalışın bu kitaba yiyələnin. Çünki bu kitaba körpənizi böyütdünüz ilk 6 ildə tez-tez geri qayıdıb təkrar vərəqləyəcəksiz. 

Bütün xanımlara rahatlıqla məsləhət görə biləcəyim əla bir kitabdı.


Yorumlar

  1. Maraqli ve lazimli kitabdir heqiqeten blogunuzun davamli bir izleyicisi kimi cox beyendim..Insallah, dayim qizina alib hediyye ederem bu kitabi...yerlesdirdiyiniz sekilde kitabdandir yeqin tebbesumume sebeb oldu dogrusu.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli, kitabdandı :)

      Bu kitab dayınız qızıyçün məncə çox gözəl və yararlı bir hədiyyə olacaq ;)

      Sil
  2. hər şey iyi hoş da ben niye okuyom bu yazıyı onu çözemedim :) belə görürəm qadınların oxuması vacib olan kitablardandı

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan