Kayıtlar

türkcə kitablar etiketine sahip yayınlar gösteriliyor

Rəfdə gözləyən 49 Kitab, 49 Dost! :))

Resim
Uzun bir aradan sonra yenə də burda, blogumda sizinləyəm :) Son zamanlarda Türkiyədə baş verən hadisələrlə və imtahanlarımla bağlı kitab oxuya bilmirdim, amma nəhayət bugündən yenidən oxumağa və yazmağa başlayıram. Yenidən həvəsə gəlmək üçün bugün bütün dəftər-kitablarımı bir yerə yığdım və oxunulmağı gözləyən kitablarımı siyahıya aldım. Sən demə rəfdə məni gözləyən 49 kitabım varmış :)) Bu qədər kitab depolasam da, yenə də yeni kitablar alıb onları oxumaq istəyirəm. Amma özümə söz vermişəm ki, uzun müddət yeni kitab alan deyiləm :P Bu yay məni gözləyən kitablarımın hamısın oxumaq fikrindəyəm, ona görə də vaxt itirmədən ilk oxuyacağım kitabı sizə açıqlayıram)) İlk olaraq Elif Şafakın Şemsparəsindən başlamaq  istəyirəm. Həm kitab qısadı, həm də köşə yazılarından ibarətdi deyə mənim üçün maraqlıdır :)  İnşallah qısa zamanda Şemsparənin şərhiylə yenə də burdayam :)))

GAYların Sevgisindən bəhs edən kitab!

Resim
Ayşe Kulin.. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiniz. Bu xanım Türkiyənin məşhur yazarlarından biridir. O bu şöhrəti 1997-ci ildə yazdığı biyoqrafik roman olan   “Adı: Aylin”   kitabı ilə qazanmışdır. Məhz bu kitab sayəsində Ayşe Kulin elə həmin ili İstanbul kitab fuarı tərəfindən   “İlin yazıçısı”   nominasiyasında mükafatalandırılmışdır. Kulinin   yaradıcılığıyla tanışlığım isə   “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə almışdım =)