Kayıtlar

4 bal etiketine sahip yayınlar gösteriliyor

Elif Şafak - Şemspare

Resim
Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı  İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.  Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.

Bilinmeyen Bir Kadının Mektubu - Stefan Zweig

Resim
Dünən bir neçə saat içində oxuyub qurtardığım növbəti kitab Stefan Zweigin əlimdə gördüyünüz "Bilinmeyen bir kadının mektubu " adlı  kitabı oldu. İlk növbədə onu deyim ki, kitab 13 yaşından bəri bir kişini dəli kimi sevən qadının tək tərəfli hisslərindən, sevgisindən bəhs edir. Bütün roman boyu adını bilmdəyimiz bu xanım qapı qonşuları olan yazıçı kişiyə dəli kimi aşiq olur, ilk növbədə sırf saf uşaq məhəbbətiylə onu sevir, gizli-gizli izləyir. Bu balaca qızcığazın məhəbbəti doğrudan da inanılmazdır. O sevdiyi bu 25 yaşlı yazıçının çəkib atdığı siqareti sırf onun dodağına dəyib deyə müqəddəs bir şeymiş kimi saxlayır, onun əli dəyən qapı dəstəyin öpür, gecələri bir an belə olsun gözünü qırpmadan onun gəlməsin gözləyir . İpucu olaraq deyim ki, bu qız sonralar istəyinin bəlkə də onda birinə nail olur, həttə dəli kimi sevdiyi bu kişidən uşağı da olur, amma yenə də hər şey siz düşündüyünüz kimi asand olmur. Təsəvvür edin ki, bu kişi ömrünün sonuna qədər uşağının anası o...

Debbie Macomber - Gül Limanı oteli

Resim
Debbie Macomber – qadın romanlarının öndə gələn isimlərindən biridir. Onun romanları dünyada indiyə qədər 150 milyondan daha çox satılıb. Bu yazıçının adın “Küçük mucizeler dükkanı” kitabı ilə çox eştmişdim, amma hələ heç bir kitabın oxumaq qismət olmamışdı. Nəhayət bir neçə həftə öncə Ali Ninoda həftənin 70% endirimli kitabları içərisində bu xanımın adın görən kimi kitab haqqında heç bir məlumatım olmasa belə kitabın aldım. Çünki bu Debbie Macomber ilə tanış olmaq üçün gözəl bir fürsət idi :) Kitabın adı və üz qabığı çox maraqlıdır: Gül Limanı oteli. Bəli, kitab belə adlanır. Kitabı aldığım gün elə oxumağa başlamışdım. O leysan kimi yağan yağışda mən isti evimizdə oturub bu kitabı büyük keyifle oxuyurdum) Düzü kitab məni heç darıxdırmadı, çünki yazıçının çox axıcı və səlis dili varıydı. Kitab 381 səhifə olsa da, mənə elə gəlir ki, 10 səhifəlik maraqlı bir hekayə oxumuşam. Hətta kitab qurtarandan sonraa “eee gül kimi oxuyurdum da niyə qutardı” da demişdim :) K...

PuCCa - Allah beni böyle yaratmış

Resim
Puccanın kitabları haqqında yadınızdadırsa, burdakı və burdakı yazımda sizə bəhs etmişdim. Bu serinin 3-cü kitabı isə "Allah beni böyle yaratmış" dı. 3-cü kitab olmasına baxmayaraq, Pucca burda daha çox universitetdə oxuduğu zamanlardan, o vaxt sevdiyi Ankaralı gəncdən yazıb.   Düzü bu kitab məni digərləri qədər güldürmədi, əksinə bir az üzüb, bir az da hirsləndirdi. Kitabı oxumayanlara deyim ki, Puccanın dəlicəsinə sevdiyi oğlan Ankaralı tam bir ayıdı :D Yəni, zarafatsız oğlan o qədər kobud, qıza qarşı duyarsızdı ki, düzü mənə bir nəfəri xatırlatdı. Bəlkə də sırf buna görə kitabı oxuyub qurtaranda üzümdə heç bir təbəssüm yox idi. Fikirləşin,  o oğlan Puccanı döyüb öldürsə, günlərlə axtarmayıb maraqlanmasa belə qız onu yenə də çox istəyirdi. Hətta ayrılmamaları üçün bir dəfə evini belə yandırmışdı. Sırf oğlan peşman olub geri qayıtsın deyə . Bəlkə də indi bəziləriniz deyir ki, bu qızın ağılsızlığıdır, ağlı olardı eləməzdi, amma aşk işte... İnsana neler yapdırmı...

GAYların Sevgisindən bəhs edən kitab!

Resim
Ayşe Kulin.. Yəqin ki, bir çoxunuz bu adı eşitmisiniz. Bu xanım Türkiyənin məşhur yazarlarından biridir. O bu şöhrəti 1997-ci ildə yazdığı biyoqrafik roman olan   “Adı: Aylin”   kitabı ilə qazanmışdır. Məhz bu kitab sayəsində Ayşe Kulin elə həmin ili İstanbul kitab fuarı tərəfindən   “İlin yazıçısı”   nominasiyasında mükafatalandırılmışdır. Kulinin   yaradıcılığıyla tanışlığım isə   “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə almışdım =)

Necə bir saata bir kitab oxuyaq? Sürətli oxu!

Resim
Salam,   dostlar. Bugün sizə satışa çıxmasını çoxdandır gözlədiyim bir kitab haqqında yazmaq istəyirəm. Böyük maraqla oxuduğum bu kitabın adı “Sürətli Oxu” dur! Kitabda göstərilən məşqlərdən istifadə edərək 1 saata bir kitabı oxuyub bitirə bilərsiz!

Çingiz Mehbalıyev - Miras: Bakının Sirri

Resim
Salam, dostlar! Bugün sizə gənc yazar Çingiz Mehbalıyev in ilk kitabı “Miras: Bakının sirri” haqqında yazmaq istəyirəm. 

Nuray Sayarı - Beyaz Mucizeler

Resim
Salam, sevgili kitabsevərlər! Necəsiz? Yay tətiliniz necə keçir? 3 günlük Qəbələ səyahətindən sonra nəhayət yenə Bakıdayam =) Bugün sizə tam fərqli bir kitab haqqında yazmaq istəyirəm. Uşaqlıqdan astrolgiyaya, bürclərə, fallara filan inanan biri olmuşam. Bu yaxınlarda Star Tv-də "Alişan ve Ayşenin" verlişində qonaq 20 ilə yaxındır astrologiya ilə məşğul olan məşhur astroloq Nuray Sayarı idi. 

Leyla / Alexandra Cavelius

Resim
Real hadis ə l ə r ə sas ı nda yaz ı lm ış daha bir dramatik roman … Alexandra Cavelius un  q ə l ə m ə ald ığı bu kitabda bosniyal ı Leyla n ı n ac ı taleyind ə n b ə hs edilir. Leylan ı n m ü harib ə vaxt ı çə kdiyi ə zablar, g ö rd ü y ü i ş g ə nc ə l ə r, g ö z ü qar şı s ı nda g ə linl ə r ə - q ı zlara “toplu tecav ü z” edilm ə si, bir siqaret qar şı l ığı nda ə sirin dig ə r h ə rbi hiss ə y ə sat ı mas ı , b ü t ü n bunlar kitab ı n b ə hs etdiyi d ə h şə tli real faktlard ı r.

Elif Şafak -İskəndər

Resim
  Türkiyənin məşhur qadın yazarlarından biri olan Elif Şafakı n kitabını oxumağı çoxdan düşünürdüm. Əlimə aldığım ilk kitab isə “İskəndər” oldu. Nədənsə bu xanımın yazdığı bütün kitablar Türkiyədə böyük səs-küy yaradır. Təsəvvür edin, roman çapa getməmişdən qabaq, artıq Türkiyədəki kitab evlərindən 168 min kitab sifariş edilmişdi.