Requiem for a dream (2000)
İnsan psixologiyasın sarsıdan bir film! Bu gün sizə bir neçə gün öncə baxdığım, amma heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır. Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü 1987-ci ildə Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.