Kayıtlar

qadağan olunan kitablar etiketine sahip yayınlar gösteriliyor

E.M.Remark - Qərb Cəbhəsində yenilik yoxdur

Resim
Bu kitabı yayda Ali ve Nino mağazasından 70 % endirimdə olanda almışdım. Düzü, kitabı alanda əsər haqqında heç bir məlumatım yox idi. Sadəcə olaraq müəllifi Remarkdır deyə diqqətimi çəkmişdi. Kitabı yayda alsam da, uzun müddət rəfdə gözlətdikdən sonra nəhayət 2013-ün fevralında oxumaq qismət oldu.  Kitabda Birinci Dünya Müharibəsi  tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir . O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. "Qərb cəbhəsidə yenilik yoxdur" bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu da, İncildən sonra dünyada ən çox nəşr olunmuş ikinci kitab hesab olunur. Kitab 1920-ci il müharibələrinə qarşı olduğu, əsgərləri ruhdan saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur. Kitabdan sitat: O təklif edir ki, müharibə elan edilməsi bilet satılan öküz yarış...