Kayıtlar

Mayıs, 2013 tarihine ait yayınlar gösteriliyor

Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü

Resim
Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir.  Bugünkü kitabım da sırf onlarla bağlıdı.  Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım. "Dahi Çoçuk yetiştirmek"  yeni ana olacaq bütün xanımlara məsləhətdir.  Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş,  Çoçuklarınızı yaşadığınız çağa göre değil,  yaşayacakları çağa göre yetiştirin.   Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər nələr edə biləcəyini

Patrik Züskind - Ətriyyatçı

Resim
Salam, dostlar. Bugün sizə darıxa-darıxa oxuduğum, aldığıma peşman olduğum “Ətriyyatçı” romanı haqqında yazmaq istəyirəm. Romanın müəllifi isveçrəli Patrik Züskinddir . Düzü Patrik Züskindi bir az Teymur Əmraha oxşadıram bu şəkildə =))) Belə yazıçının özü qəribə adamdır, internetdə haqqında ətraflı məlumat, şəkillərin tapmaq da çətindir. Mediadan hər zaman gizlənən, tez-tez yaşadığı ölkəni dəyişən biridir.

1 yaşımız tamam oldu ^_^

Resim
Bu gün uzun zamandır əmək sərf etdiyim, zəhmətimin bəhrəsi olan blogumun bir yaşı tamam olur. Bəli, düz bir il bundan qabaq blog açmaq fikri düşümüşdü beynimə. Blog açım, mən də nələrsə yazım deyirdim. Maraqlısı isə odur ki, ilk açdığm blog dəblə bağlıydı. Dəbə aid olan şeylərdən, geyimlərimi, istifadə etdiyim kosmetikalardan, parfümlərdən, maskalardan yazacam deyirdim. Düzdü, əvvəl bir-iki yazı yazdım, amma sonra gördüm ki, bu sahə mənlik deyil. Mən nə shopping dəlisiyəm, nə də kosmetika. Nə də ki, maskalara, kremlərə filan marağım var.  Ona görə də fikirləşdim, bəs mən nə yazım? Axı nəsə yazmaq istəyirəm. Yazmağı sevirəm... O sıralarda qrup yoldaşlarımın bir-ikisi dərsdə  kitab oxuyurdu. Həmişə əllərində kitabla gələndə mən də maraqla onlara baxırdım, axrı bir gün qrup yoldaşım Elgündən oxuyub bitirdiyi kitabı, “Çərpələng uçuran”ı istədim və o da sağ olsun kitabını mənə verdi. Və beləliklə mənim kitablara olan marağım, o böyük sevgim başladı... Əvvəl kitab oxuyanda

FMArsal - Yalnız Gözlerin için

Resim
İnstagramdan  məni izləyən dostlarım bilir ki, bir həftəyə yaxındır Fatih Murat Arsalın “Yalnız gözlerin için” kitabını oxuyurdum. Kitab 776 səhifə olduğu üçün düzü qalınlığı bir qədər gözümü qorxutmuşdu. Bu boyda kitabı necə oxuyaram deyirdim, amma nəhayət ki, dünən oxuyub qurtardım.  Fatih Murat Arsal Türkiyənin sayılıb, seçilən yazıçılardan biridir. Yazdığı sevgi romanları ilə oxucularının qəlbində  taxt qurmuş bu insanın yazmağa başlamasının da çox qəribə və maraqlı səbəbi var. Deməli, bir gün FMArsal oxuduğu bir kitabı bəyənməyərək “mən bundan daha yaxşı roman yazaram” deyib və öz kitablarını yazmağa başlayıb. İlk əvvəl yazıçı yazdığı kitabları internetdə e-kitab olaraq oxucuların bəyənisinə sunub, e-kitabların bəyənildiyini gördükdən sonra, artıq yeni romanlarını çap etdirməyə qərar verib. Yazıçının indiyə qədər 7 e-kitabı yayınlanıb.  Kitabların adlarının üzərinə tıklayaraq istədiyinizi yükləyə bilərsiz: 1 - Zoraki Koca Şahane Gelin  1 2 - Anlaşma  3 -  Is

Celal ve Ceren

Resim
Bug ün sizə izləyicilərin bir çoxunun zidd fikirli olduğu “Celal ve Ceren” filmi haqqında yazmaq istiyirəm. Bu film haqqında fikirlərə baxanda görürük ki, filmi bəyənənlər qədər bəyənməyənlər də çoxdu.   Bəyənməyənlərin bu qədər çox olmasına səbəb isə filmdəki zarafatların 18+ olmasıdır. Yəni dostlarla gedib izləməyə yaxşı film olsa da, bir çoxları “Celal ve Ceren”i ailəsiylə, sevgilisiylə birgə izləməyi məsləhət bilmir. Mənsə bu filmi rəfiqələrimlə birgə izlədim və nə yalan deyim çox da güldüm :D Hətta o qədər güldüm ki, axrı gülməkdən ağladım :D Recep İvedik karakteriylə hamımızın yaxşı tanıdığı Şahan Gökbakar bu film ile yenə də maraqlı bir iş ərsəyə gətirmişdi. Filmdə gülməli, can alıcı hissələr çoxuydu)))  Filmin ssenarisindən bixəbər olanlar üçün deyim ki, filmdə universitetdə tanış olmuş Celal  ve Ceren adlı cütlüyün sevgisindən bəhs edilir. Bir gün Celal dostunun bekarlıq partisinə getmək istəyir, lakin Ceren icazə vermir. Dostlarının təsirinə düşən Celal da sevg

Iron Man 3 / Demir adam 3

Resim
Bildiyiniz kimi son zamanlarda hər yerdə anonsu gedən Iron Man 3 nəhayət ki, 2 maydan etibarən  Park Cinemada nümayişə girdi.  Mən də çox gecikmədən bütün dünyada reytinq rekordları qıran bu filmi izləmək üçün cinemanın yolun tutdum :)   Film nədən bəhs edir deyə qısaca izah edim: Dəmir adamın çox sayda düşməni var və onlardan ə n təhlükəlisi Mandarindir. (Yox, yox gülməyin :D Bu o yeməli mandarin deyil,  filmdəki kötü adamdı :D) Dəmir Adam indiyə qədər özünü və ailəsini düşmənlərindən qoruya bilsə də təəssüf ki, bu dəfə o, Mandarinin qarşısında nə özünü, nə də sevdiyi qadını qoruya bildi. Lakin sonradan qəhrəmanımz ağlını, zəkasını işlədərək yeni planlar qurdu ve yaratdığı robotlara yeni funksiyalar əlavə edərək əsl mübarizəyə start verdi.  Filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bircə onu deyim ki, şəxsən mən fimi çooooox bəyəndim. Əgər siz də action, bilim-kurgu janrında filmləri sevirsizsə,  onda "Demir adam 3" dən  də böyük zövq ala

Kelebeğin Rüyası

Resim
Azərbaycanda hər kəsin, həmçinin mənim də səbirsizliklə gözlədiyim “Kelebeğin rüyası” filmi nəhayət ki, 2 maydan Nizami Kinoteatrında yayımlanmağa başladı. Bilməyənlər üçün deyim ki, “Kelebeğin Rüyası” Zonguldakda yaşayan və vərəm xəstəsi olan 2 şairin, Rüştü Onur və Muzaffer Tayyip Usul nun həyatından bəhs edir . 1941-ci illərdə II Dünya Müharibəsi vaxtı aclıq və səfalət içində yaşayan, sadəcə olaraq yazdığı şeirləri sataraq çörək pulu qazanmağa çalışan bu gənclərin halı doğrudan da çox acınacaqlıdır. Düzü filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bugün sizə  filmdə gördüklərimdən, bəyənib bəyənmədiklərim haqqında yazmaq niyyətindəyəm. Film başlayarkən elə ilk dəqiqələrdən Zonguldakın mənzərəli yerləri, kömür mədənləri yaddan çıxmayacaq qədər gözəl və təsirli kadrlar  ilə mənim yaddaşıma həkk olundu.  Aktyorların rollarını ən mükəmməl şəkildə oynaması və şairlərin bir-birindən gözəl şeirləri də filmi maraqlı və romantik edən əsas səbəblər idi.   Ya

Debbie Macomber - Gül Limanı oteli

Resim
Debbie Macomber – qadın romanlarının öndə gələn isimlərindən biridir. Onun romanları dünyada indiyə qədər 150 milyondan daha çox satılıb. Bu yazıçının adın “Küçük mucizeler dükkanı” kitabı ilə çox eştmişdim, amma hələ heç bir kitabın oxumaq qismət olmamışdı. Nəhayət bir neçə həftə öncə Ali Ninoda həftənin 70% endirimli kitabları içərisində bu xanımın adın görən kimi kitab haqqında heç bir məlumatım olmasa belə kitabın aldım. Çünki bu Debbie Macomber ilə tanış olmaq üçün gözəl bir fürsət idi :) Kitabın adı və üz qabığı çox maraqlıdır: Gül Limanı oteli. Bəli, kitab belə adlanır. Kitabı aldığım gün elə oxumağa başlamışdım. O leysan kimi yağan yağışda mən isti evimizdə oturub bu kitabı büyük keyifle oxuyurdum) Düzü kitab məni heç darıxdırmadı, çünki yazıçının çox axıcı və səlis dili varıydı. Kitab 381 səhifə olsa da, mənə elə gəlir ki, 10 səhifəlik maraqlı bir hekayə oxumuşam. Hətta kitab qurtarandan sonraa “eee gül kimi oxuyurdum da niyə qutardı” da demişdim :) Kitab