Kayıtlar

Postayla gelen mutluluk etiketine sahip yayınlar gösteriliyor

Sinqapurda gəzib gördüklərim :)

Resim
Yadınızdadırsa, bu  yazımda xarici dostlarımla məktublaşmağımdan sizə bəhs etmişdim. Bir çox ölkədən poçt kart gözlədiyim halda, nədənsə son zamanlar məktublar mənə çox gec çatır. Düzü, bir az buna üzülürəm. 2 həftəyə çatar dedikləri kartlar 1 aydan çoxdu dünya səyahətindədi elə bil :) Məktubsuz keçən bir neçə həftədən sonra nəhayət ki, dünən poçtalyon qapımızı döydü .  Bu dəfə Sinqapurdan gələn "Hello Kitty" bəzəkli pembe məktub məni doğrudan da çoooox sevindirdi :)) Bu poçt kartların digərlərindən çox aydın seçilən bir fərqi var idi, o da ki, keyfiyyəti. Doğrudan da bunlar indiyə qədər aldığım ən gözəl, ən rəngli poçt kartlardı deyə bilərəm :) İndi isə poçt kartlarımıza daha yaxından baxaq) Şəkildə gördüyünüz bu yer Marina Bay  adlanır. Marina Bay Sinqapurun ən bahalı və ən məşhur otelidir. 

Sizə xaricdən məktub gəlməsini istəyirsiz? :)

Resim
Salam, dostlar :) Bugün sizi son zamanlarda tanıdığım yeni sosial şəbəkə haqqında məlumatlandırmaq istəyirəm.  Yeni tanıdığım sosial şəbəkənin adı Postcrossing.com -dur. Məktub yazmağı sevən, xaricdən məktub, poçt kart gəlməsini istəyən, poçt marka həvəskarları üçün məncə bu sayt əvəzedilməzdir. Çünki siz bu saytda qeydiyyatdan keçdikdən sonra müxtəlif ölkələrə post kart göndərə və həmçinin dünyanın müxtəlif ölkələrindən post kart ala bilərsiniz.  Daha ətraflı desəm, siz bu saytda qeydiyyatdan keçdikdən sonra sayt tərəfindən sizə müxtəlif ölkələrdən olan insanların ünvanları veriləcək və siz o ünvana hər hansı bir postcard göndərəcəksiz. Hər ay göndərə biləcəyiniz kart sayı sizin istəyinizdən asılı olaraq dəyişir. İstəsəz bir kart göndərin, istəsəz 5 :) Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatmasl lazımdır....

London, Çin və Havay adalarından gələn post kartlar :)

Resim
Yeni yazım ilə yenə də burdayam :) Son zamanlar kitablar haqqında yazmıram deyə elə bilməyin ki, kitab oxumuram. Sadəcə olaraq dəsrlər, monitorinqlər və digər işlərimlə əlaqədar olaraq yazmağa vaxt tapmıram.  Keçən həftə Puccanın 3-cü kitabı "Allah beni böyle yaratmış" və Kahraman Tazeoğlunun "Bambaşka" kitabların oxuyub bitirdim. İnşallah növbəti günlərdə həmin kitablar haqqında yazılarımı oxuya biləcəksiz.  Burdakı yazımdan bildiyiniz kimi Postkartlara əməlli-başlı maraq salmışam və artıq demək olar ki, poçtalyon da evimizin daimi qonağına çevrilib. Keçən həftə Böyük Britaniyadan, Havay adalarından və Çindən çox gözəl kartlar və hədiyyələr aldım.  Şəkildə gördüyünüz bu kart   Böyük Britaniya muzeyindən alınıb . Kartın üzərində Elizabeth I -in şəkli əks olunub. Aşağıdakı şəkildə Londondan gələn poçt markanı da görə bilərsiz :) Şəkillərə klikləyib daha böyük ölçüdə baxa biləcəyinizi unutmayın :) Keçən həftə dərsdən gələndə qapımızın arası...

Çekilişlerden kazandıklarım :)

Resim
Bu həftə mənim üçün lap hədiyyələr həftəsi oldu. Çünki qazandığım kitablar nəhayət ki, ayın son günü gəlib mənə çatdı. Kitablardan birini Kitap aşığı adlı blogda keçirilən çekilişdə qazanmışdım.  Sağ olsun,   Tuğçe xanım kitabla bir yerdə zərli qələmlər və çox şirin, ürək formasında yapışdırıcı kağız da göndərmişdi. Doğrudan da kitabla bir yerde bu balaca hədiyyələri görəndə çooox sevinmişdim :) Hədiyyələrə görə  Tuğçe xanıma bir daha çox təşəkkür edirəm :) Qazandığım kitab  "Sen Kimseyi Sevemezsin" adlanır və   Karen Hawkinsin qələmiylə hələ tanış olmadığım üçün kitab mənə çox maraqlıdır :) İkinci hədiyyəm isə "İmza kızın" adlanır və bu kitabı müəlliflərdən biri olan Banu Özkan mənim üçün imzalayıb :) Bu hədiyyəni və imzalı kitabı təşkil etdiyi üçün  Soran Anne   blogunun sahibəsi Çiğdem Özdemire sonsuz təşəkkürlər :) İnşallah bir gün sevdiyim bütün yazıçılardan belə imzalı kitab ala b...

Almaniyadan gelen mutluluk

Resim
Evimizə gələn ikinci poçt kartım Almaniyadan oldu! Bu kart mənə doğrudan da sürpriz idi, çünki göndərən xanımla heç əlaqə saxlayıb əvvəlcədən danışmamışdıq.  Şəkillərin üzərinə klikləyərək böyük ölçüdə baxa bilərsiz.   Kartın üzərində gördüyünüz şəkil Alman rəssam və şairi  Carl Spitzweg in çəkdiyi "Kasıb şair" adlı tablosunu əks etdirir. Tablo 1839-cu ilə aiddir.  Hannelore adlı xanım kartın arxasına 1979-cu ildə Bakıda, İrəvanda və Tiflisdə olduğunu qeyd edib və məndən Bakıyla bağlı poçt kart istəyib :)  Düzün deyim ki, xanımın xətti yaxşı olmadığından ünvanını tam oxuya bilmirəm, amma yəqin ki, ünvanı dəqiqləşdirib mən də qəşənq bir poçt kart göndərəcəm. Alman poçt markaları isə bunlardır :) 

İtaliyadan gelen mutluluk :)

Resim
Bu yazımda sizə Postcrrossing.com haqqında yazmışdım, bugün isə mənə gələn ilk poçt kart haqqında yazmaq istəyirəm. Səbirsizliklə gözlədiyim ilk kartım İtaliyadan gəldi :) Şəkillərin üzərinə klikləyərək daha böyük ölçüdə baxa bilərsiz. Kartın üzərində gördüyünüz körpü italyanca Viadotto Soleri Cuneo adlanır. Dostum İtaliyanın şimal-qərbində yerləşən Cuneo şəhərində yaşayır və bu körpüdə orada yerləşir.  Yazılı post kartları doğrudan da çox sevirəm. Bu da İtalyanın poçt markaları :) 

Kargoyla gələn mutluluk :)

Resim
Yadınızdadırsa, hələ bu yazımda poçtalyonun qapınıza gəlib sizə bir məktub və ya bir hədiyyə gətirməsinin insana necə sevinc dolu anlar yaşatdığından az-çox danışmışdım. Nəhayət, bugün bu sevinci bir daha yaşamaq mənə qismət oldu. Çünki səbirsizliklə gözlədiyim, Jo Nesbonun yeni nəşr oluna kitabı "Nemesis"  evimizə qonaq gəldi =)  P.S: Qonaq gəlir yerin elə dedim ki, lap yadımda "evimizə gəlin gəlir" mahnısı düşdü.  Evimizə gəlin gəlir, sığallayıb telin gəlir, görüşünə elim gəlir heeeey :)))  ) Nəysə, mən mahnıya qulaq asıb yerimdə oynuyub lap toya getmək istədim, amma  indi yeri deyil, keçək mətləbə) Deməli, Nemesis kitabını   sssuigenerisss   blogunda olan çekilişdə hədiyyə qazanmışdım. Düzü kitabı qazanacağım heç ağlıma gəlmirdi, amm görünən o ki, həmin gün şanslı günümdəymişəm =)  Yoxsa ki, mən hara, belə bəxt hara :) Sonda Kitaba görə Kitap oburları na,  Doğan Kitab evinə də sonsuz təşəkkürlər. Əziyyət ...

Türkiyədən gələn Mutluluk :)

Resim
Uzun müddətdən sonra yeni xəbərlər ilə yenə də qarşınızdayam :) Dərslər başlayannandır başım o qədər qarışıb ki, burda nəsə yazmağa heç cür vaxt edə bilmirdim. Nəhayət ki, bugün şeytanın ayağın sındırıb çoxdandı yazmaq istədiyim yazını yazıram. "Blog sənə nə verdi?" deyə məndən soruşsalar, çox güman ki, verəcəyim ilk cavablardan biri mənə yeni dostlar, tanışlar qazandırdı olardı. Blog vasitəsilə tanıdığım o gözəl insanlardan biri də Merve xanım oldu. 365 Günlük   blogunu uzun müddətdir ki, sevərək oxuyurdum. Bir gün Merve xanıma blogunda "Azərbaycanda Türkiyədəki kimi qəşənq əlfəcinlər (kitap ayraçları) tapmaq çox çətindir, kaş bu ayraçlar mənim olaydı" dedim, Merve xanım da öz cömərdliyini göstərib o güzelim kitap ayraçlarını mənə hədiyyə göndərdi.  Qeyd edim ki, bu mənə xaricdən gələn ilk hədiyyə idi və mənim üçün doğrudan da çox dəyərli oldu.   Merve xanımın göndərdiyi kart postları və yazdığı o  məktubları həmişə saxlayıb, hətta özümlə ...