Sünnət olunan qızların taleyi!

Salam, sevgili kitabsevərlər! Bugün sizə bilmədiyimiz həyatları, yaşam tərzlərin bizə çatdıran bir kitab haqqında yazmaq istəyirəm.

“Çöl Çiçeği” adlanan bu kitab 1998-ci ildə  Afrikalı bir xanım, Waris Dirie tərəfindən qələmə alınıb. Satışa çıxdığı ilk gündən Bestseller siyahısına daxil olan kitab təkcə Almaniyada 1 milyondan çox satılıb.


Şəxsən mən “Çöl Çiçeğini” oxuduqdan sonra bugünümüzə şükr edib, nəyimizin əksik olduğunu düşündüm. Şükür Allaha hamımızın evində ən azından suyumuz, bir tikə çörəyimiz var. Afrikada isə həyat belə deyil... Onlar bizim problemlərimizə baxıb sadəcə gülümsəyirlər.



Düşünün, Afrikada insanlar su tapmaq üçün evdən çıxır və günlərlə su axtarır. Səhrada yaşayan, evləri yalnızca bir çadır, koma olan bu insanlar tez-tez evlərini dəyişir və bir yerdən başqa yerə köç edirlər. Orada ünvan, küçə olmadığı üçün də su axtarmağa gedən geri qayıdanda boş səhraları gəzərək bu dəfə də ailəsini tapmağa çalışır.
Kitabda hadisələr əsasən Afrikanın Somali şəhərində baş verir. Somalinin varı yoxu dəvələridir. Hətta fikirləşin ki, orda dəvələrin sayı insanlardan da çoxdur. Bir kişinin dəyəri belə dəvələrlə ölçülür, öldürülən hər kişi 100 dəvəyə bərabərdir. Qızlar isə ən çoxu 4 dəvə qarşılığında ərə verilir.
Ümumiyyətlə orda qızların, qadınların həyatı çox çətindir. Çox qəribə adətləri var ki, bunlardan da ən pisi, insanın tüklərini biz-biz edən qadınların sünnət edilməsidir. Deməli Somali, Sudan və Misir kimi ölkələdə qızlar 13-14 yaşında sünnət edilir. Onlar bunu dini ayin kimi qəbul edir və sünnət olunmayan qıza çirkli, mundar gözüylə baxırlar. Onlara görə, sünnət olunmayan qızlar ərə gedə bilməz, uşaq sahibi ola bilməz, olsa belə o qadının oğlu olmaz. Adın sadaladığım ölkələrdə qızların sünnət edilməsi artıq onun böyüdüyünü və uşaq sahibi ola biləcəyini ifadə edir.
Bəs yaxşı sünnət prosesi, sizcə, hansı şəraitdə həyata keçirilir?
Hansısa xəstəxanada, tibbi avadanlıqları olan bir yerdəmi?
Xeyr, yanılırsız, kaş bu “dini ayinlər” heç olmasa biz təsəvvür etdiyimiz kimi xəstəxanalarda həyata keçirilərdi.  Amma ki, Somalidə 13-14 yaşına gəlmiş qızlar anası ilə birgə evlərindən bir qədər uzağa səhralığa aparılır və orada sünnət edilir. Qızları Sünnət edən qadına isə ailə külli miqdarda pul, dəvə kimi hədiyyələr verir. Çünki onlar bunu “Yatırım” kimi düşünür. Yəni, “ bugün qızım sünnət olundu, bu qədər pulum getdi, eybi yox, sabah ərə verərəm, daha çox dəvə verərlər, beləcə ziyana düşmüş olmaram”.

  Bəs bu sünnət edən qadınların işi bilirsiz nədir? Səhrada əllərində olan küt ülgüclə qızları kəsib doğrayıb, onları ömürlük şikəst etmək! Hətta kitabın sonunda qeyd edilmişdi ki, bu küt ülgüc ən yaxşı variantdır. Çünki ülgüc olmadıqda qızları qayçı, bıçaq, qırıq şüşə parçası, iti daşlar və hətta dişləri ilə sünnət edirlər. Düzü bu məlumatı oxuduqdan sonra kitabı bir az kənara qoyub özümə gəlməyə çalışmışam, amma yenə də bütün bunlar reallıqdır. Belə də insafsızlıq, rəzillikmi olar...


Bu cür şəraitdə edilən sünnətdən sonra əlbətdəki qızların bir çoxu qanaxmadan, bir hissəsi infeksiyadan, xəstəlikdən ölür, sağ qalan az bir hissə isə ömür boyu bunun əziyyətin çəkir. Onu da deyim ki, qadınların sünnəti Afrikanın 28 ölkəsində edilir və hər il 2 milyon qız bu mənasız adətə görə qurban olur. İndiyə qədər isə 130 milyon qızın sünnət edildiyi təxmin edilir.
Bunun yalnızca Afrikada olduğunu düşünürsüzsə yanılırsız... Çünki Afrikadan başqa ölkələrə köç edənlər bu adətlərini özləri ilə dünyanın hər yerinə aparıblar. Hətta dünyanın ən müasir  şəhərlərindən sayılan New Yorkda 27 000 – dən çox qadın bu prosesdən keçmişdir.
Bundan başqa Kitabda Somali ilə bağlı daha maraqlı faktlar var idi.
 Məsəlçün, Somali dilinin 1973-cü ilə qədər yazılı bir əlifbası olmayıb, ona görə də orada orta yaşlı nəsil oxuma və yazmanı hələ də bilmir.
Somalidə insanların yaşı yoxdur. Onlarda saat deyə qavram da yoxdur. Yalnızca havaya baxıb gecə gündüz olduğun ayırd edirlər, o qədər. Somalilər heç vaxt gerçək yaşın bilmir, çünki orada dünyaya gələn körpələr çox vaxt 1 il sonra xəstəlikdən və ya aclıqdan ölür. Ona  görə də heç kim uşaqlarının doğum tarixin qeyd etmə zəhmətində belə bulunmur. Yeri gəlmişkən onu da  qeyd edim ki, Somalidə hər qadının ortalama 7 uşağı olur.
 Somalidə dul qadınlar təkrar bir də heç vaxt evlənə bilməzlər. Bundan sonra onlar ömrü boyu tək yaşağa məhkumdurlar.
Afrikada “ANA” sözü qadınlara olan dərin hörməti bildirən bir terimdir. Bu söz  olgun, yaşı başı yerində mənasını verir və bu adı qazanmaq üçün sözün həqiqi mənasında ana olmaq lazımdır.
Kitabın adı Çöl Çiçeğidir, çünki Waris sözünün mənası elə “Səhra çiçəyi” deməkdir.
Məncə kitab haqqında sizi yetərincə məlumatlandırdım.
Kitab Afrikalı bir qızın Somalidən qaçıb Amerikaya gələrək top model olması, onun bu yerə gələnədək dəf etdiyi maneələr haqqındadır.
Amma "Çöl Çiçeği" insanın dünya görüşün çox artırır, başqa bir ölkənin yaşam tərzi haqqında məlumatlı oluruq, onlara aid müəyyən bir təsəvvürümüz olur. Şəxsən mən kitabı sevə-sevə oxudum.
 Xalid Hüseynin kitablarına oxşar bir cəhəti var idi, oda ki, Xalid Hüseyn Əfqanıstan həqiqətlərin insanlara kitablarla çatdırdığı kimi, bu xanım da Afrikadakı yaşam tərzini, oradakı qadınların çətin həyatını, sünnət adlanan adətlərinin hələ də var olduğunu, qadınların hüquqlarının amansızca tapdalandığını dünyaya bildirir və buna bir həll yolu axtarır. 


Həmçinin bu kitab əsasında çəkilmiş film də var. Düzdü, hələ mən filmə baxmamışam, amma məncə film də kitabı qədər maraqlı olar. Ən azından kitabda oxuduğum, təsəvvür etdiyim yerləri filmdə  real olaraq görə biləcəm....

Əgər kitaba marağınız yarandısa, Bakumoz Kitab Klubunun  Facebook səhifəsindən sifariş verə bilərsiz. Kitab türk dilindədir, 247 səhifədir. Qiyməti 10 AZN.

P.S: Çox sevdiyim, favori kitabım. Hər kəsə çox rahat məsləhət görə bilərəm.


Yorumlar

  1. KITABI ELEKTRON FORMADA OXUMUSUNUZ YOXSA NECE?NECE ELDE ETMEY OLAR

    YanıtlaSil
    Yanıtlar
    1. Men kitabi Bakumoz Booksdan almışdım, siz də ordan sifariş edə bilərsiz. 1 həftəyə kitabınız gələcək.

      Bakumoz Booksun facebook sehifesi https://www.facebook.com/bakumozbooks?fref=ts

      Facebook sehifesinin inboxuna yazın, onlar sizə köməkçi olacaq :)

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan