PuCCa - Allah beni böyle yaratmış
Puccanın kitabları haqqında yadınızdadırsa, burdakı və burdakı yazımda sizə bəhs etmişdim. Bu serinin 3-cü kitabı isə "Allah beni böyle yaratmış" dı. 3-cü kitab olmasına baxmayaraq, Pucca burda daha çox universitetdə oxuduğu zamanlardan, o vaxt sevdiyi Ankaralı gəncdən yazıb. Düzü bu kitab məni digərləri qədər güldürmədi, əksinə bir az üzüb, bir az da hirsləndirdi. Kitabı oxumayanlara deyim ki, Puccanın dəlicəsinə sevdiyi oğlan Ankaralı tam bir ayıdı :D Yəni, zarafatsız oğlan o qədər kobud, qıza qarşı duyarsızdı ki, düzü mənə bir nəfəri xatırlatdı. Bəlkə də sırf buna görə kitabı oxuyub qurtaranda üzümdə heç bir təbəssüm yox idi. Fikirləşin, o oğlan Puccanı döyüb öldürsə, günlərlə axtarmayıb maraqlanmasa belə qız onu yenə də çox istəyirdi. Hətta ayrılmamaları üçün bir dəfə evini belə yandırmışdı. Sırf oğlan peşman olub geri qayıtsın deyə . Bəlkə də indi bəziləriniz deyir ki, bu qızın ağılsızlığıdır, ağlı olardı eləməzdi, amma aşk işte... İnsana neler yapdırmı...