Kayıtlar

Pucca küçük aptalın büyük dünyası etiketine sahip yayınlar gösteriliyor

PuCCa - Küçük aptalın büyük dünyası

Resim
PuCCa – İnternet dünyasının fenomeni! Blog dünyasının məşhur qızıyla nəhayət mən də tanış oldum :) Pucca 2 il bundan qabaq sırf ayrıldığı sevgilisini biabir etmək üçün blog açmış və blogunda yazdığı yazılar ilə özünə böyük bir oxucu kütləsi qazanmışdı. Blog yazmaqla qalmayıb, öz həyatını kitab kimi qələm alan PuCCa həftələrlə Türkiyədə ən çox satılanlar siyahısında zirvədə qalmağı bacardı . Hətta bestseller olmaqdan əlavə, nəşr edilən tirajları hər dəfə bitdiyi üçün artıq "Küçük aptalın büyük dünyası" kitabı 42-ci dəfə nəşr edilir =) Məhz buna əsaslanaraq, qızın kitabları "mənəm, mənəm" deyən yazıçıların kitabından daha çox satılıb desəm yalan olmaz =) Bəziləri kitabı oxuyanda sadəcə olaraq tez-tez sevgili dəyişdirən, bütün həyatını abırsızca qələmə alan bir qız görsə də, düzün deyim ki, mən PuCCanı çox sevdim. Çünki insan özünü onun yerinə qoyanda yaşadıqlarını daha yaxşı başa düşür.   Uşaq vaxtı anası tərəfindən başqa bir kişiyə g...