Kayıtlar

roman etiketine sahip yayınlar gösteriliyor

Oda - Emma Donoghue

Resim
Əlimdə gördüyünüz bu kitab, yəni Oda - New York Times tərəfindən 2010-cu ilin ən yaxşı 10 kitabından biri seçilib. Kitab irlandiyalı yazar Emma Donoghue tərəfindən qələmə alınıb. Kitabın mövzusu əslində çox maraqlıdır, daha doğrusu reala yaxındır.  Yadınızdadırsa, 2008-ci ildə Avstraliyalı bir ata 24 il boyunca qızını balaca bir otaqda gizlədərək, ona dəfələrlə təcavüz etmiş, 6 uşaq atası olmuşdu. Doğrudan da bu insanın tüklərini biz-biz edən bir skandal idi. Baxın, kitabda da təxmini bu mövzudan bəhs edilir. Yaşlı Nick ləqəbli bir kişi universitetdə oxuyan 19 yaşlı qızı aldadaraq qaçırır və onu bir otağa həbs edir. Məhz bütün hadisələr də bundan sonra başlayır. Kitabı oxumağa başlayanda adam bir az çətinlik çəkir, çünki əvvəldə hələ hər şey tam aydın başa düşülmür. Amma kitabı oxuduqca, ortalarına gəldikcə artıq hər şeyi anlamış olursuz. Yəni kitabın əvvəli buna görə darıxdırıcı olsa da, ortaları çox maraqlı və axıcıdır.  Kitabı bir az oxuduqdan sonra başa düşdü...