Kayıtlar

Azerbaijan etiketine sahip yayınlar gösteriliyor

Sizə xaricdən məktub gəlməsini istəyirsiz? :)

Resim
Salam, dostlar :) Bugün sizi son zamanlarda tanıdığım yeni sosial şəbəkə haqqında məlumatlandırmaq istəyirəm.  Yeni tanıdığım sosial şəbəkənin adı Postcrossing.com -dur. Məktub yazmağı sevən, xaricdən məktub, poçt kart gəlməsini istəyən, poçt marka həvəskarları üçün məncə bu sayt əvəzedilməzdir. Çünki siz bu saytda qeydiyyatdan keçdikdən sonra müxtəlif ölkələrə post kart göndərə və həmçinin dünyanın müxtəlif ölkələrindən post kart ala bilərsiniz.  Daha ətraflı desəm, siz bu saytda qeydiyyatdan keçdikdən sonra sayt tərəfindən sizə müxtəlif ölkələrdən olan insanların ünvanları veriləcək və siz o ünvana hər hansı bir postcard göndərəcəksiz. Hər ay göndərə biləcəyiniz kart sayı sizin istəyinizdən asılı olaraq dəyişir. İstəsəz bir kart göndərin, istəsəz 5 :) Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatmasl lazımdır....

Gəncə macəraları

Resim
Keçən həftə yaxın bir qohumun toyuna görə ailəlikcə Tovuza yola düşdük. Tovuza getmişkən Gəncəni gəzməyi də ihmal etmədik.  Gəncədə daha əvvəl olmadığımdan mənim təsəvvürümdə ora tam başqa cür idi. Amma gedib gördüm ki, Gəncə heç də düşündüyüm kimi deyil, daha gözəl və müasirdi. Bakıdakı Mango, Zara, LC Waikiki kimi bütün mağazalar orda da varıydı. Yerli əhali də çox qəşənq, dəblə geyinmişdi. Bakıdan bircə fərqi o idi ki, Gəncə sakitçilikdi. Bakıdakı kimi səs-küy, sıxlıq orda yoxuydu. Adam şəhəri gəzəndə doğrudan da dincəldiyini hiss edirdi.    Gəncəyə gedib Gəncə paxlavasının dadına baxmasaydıq olmazdı. Şəki paxlavası , türk paxlavası qədər olmasa da bu paxlava da pis deyildi :)  Çayımızı içdikdən sonra Gəncənin ən məşhur küçəsi Cavadxan küçəsinə getdik. Deyəsən ora da bizim Nizami küçəsi (Tarqovıy) sayılır. Qəşənq mağazalar olsa da, ordakı qiymətlər Bakıdakından heç  də geri qalmırdı.  Sonra elə həmin küçədə  mu...