Burçak Çerezcioğlu - Mavi Saçlı Kız

Salam, dostlar. Növbəti yazımla yenə qarşınızdayam.
 Bugün haqqında danışacağım kitab Burçak Çerezcioğlunun “Mavi Saçlı kız” kitabıdır.
Kitabla ilk tanışlığım internetdən olmuşdu və oxuyucular tərəfindən yazılan rəylərdən belə başa düşdüm ki, doğrudan da oxunmağa dəyər kitabdır. Elə bu səbəbdən kitab məndə böyük maraq oyatdı və çox keçmədən “Mavi Saçlı kız”ı Bakumoz vasitəsilə sifariş verdim.

 Kitabı əlimə alana qədər haqqında bildiyim tək şey o idi ki, kitab qan xərçəngi olan gənc bir qızın günlüyünə yazdıqlarından ibarətdir.
1-2 həftə sonra nəhayət səbrsizliklə gözlədiyim kitab gəldi.

Kitabı səbirsizliklə gözlədiyimə baxmayaraq, arxa qapağında oxuduğum sözlərdən sonra bir müddət kitabı oxumaqdan çəkindim. Çünki ürəyim gəlmədi oxumağa.. Kitabın pis təsir edəcəyindən, ağlamaqdan qorxdum...

Məni duygulanlandıran əsas sözlər isə Burçakın atasının qızı üçün yazdığı aşağıdakı sətirlər idi:
Sabahları hasta uyanmanı istiyorum
Hastaysan eğer
Yaşıyorsun demekdir...
Bu misralar məncə bir atanın nə qədər çarəsiz olduğunu göstərməyə bəs edir.
14 yaşında ölümlə-yaşam arasında qalan   gənc bir qız... Həyatının ən gözəl vaxtlarını o, xəstəxana otaqlarında, dərmanların, serumların, həkimlərin arasında keçirir. Türkiyədə qoyulan yanlış müayinəyə görə işlər daha da çətinləşir və Burçak müalicə üçün Almaniyaya gedir. Almaniyadakı müalicələrə Burçakın bədəni müsbət reaksiya vermədiyi üçün həkimlər gənc qızın ailəsinə artıq qızlarının çox az bir ömrü qaldığını, son arzularını yerinə yetirmələrini məsləhət görür.


Beləliklə Burçak ailəsi ilə birgə xəyallarını bəzəyən Amerikaya gedir.  Amerikada isə bir möcüzə baş verir. 2 həftə ömür verdikləri, yerindən durub gəzməyə halı olmayan qız Amerikanı günlərlə gəzir. Sevir, aşiq olur, cürbəcür insanlar tanıyır, yeni dostlar qazanır.
Burçak həyatında olan hər şeyi olduğu kimi günlüyünə yazır. Qan xərçəngi ilə necə mübarizə apardığını, nələri atlatdığını, kimləri sevdiyini, nələr yaşadığını....


Bütün Türkiyənin onun üçün necə dua etdiyini, təşkil olunan müxtəlif xeyriyyə konsertlərini, yardım fondlarını da öz dəftərində qeyd etməyi unutmur. Hətta arada gələcəkdə məşhur bir model və ya aktrisa olarsa bu günlüyün onları çox maraqlandıracağını düşünərəkdən, günlüyü oxuyanları oxuduqları üçün hədələməyi də unutmur :)))

Burçakın xəstəliyi tamam keçdi, qurtuldu deyərkən xəstəlik Burçakdan yenə əl çəkmir və gözlənilmədən Burçakın vəziyyəti ağırlaşır.Lakin bütün bunlara baxmayaraq, Alman həkimlərinin 2 həftə yaşayar dedikləri Burçak sanki bir möcüzəymiş kimi 2 il yaşayır.


Sonuncü dəfə Burcakın vəziyyəti ağırlaşdıqda artıq alman həkimlər Türkiyəyə gedib qızlarının ölümünü gözləməyi, onu yollarda incitməməyi məsləhət görür. Beləliklə, Burçakın bədəni daha çox ağrılara  dözmür və o, 16 yaşında  dünyasını dəyişir.
Kitab elədir ki, bəzən Burçakın başına gələnlər adamı güldürür, bəzən isə göz yaşlarına boğur.


16 yaşında olub yaşadığı həyatdan narazı olan, ən xırda bir şeyi belə problem edən, həll yolunu intiharda görən gənclərə Burçakın həyatı məncə dərs olmalıdır.


Həyat çox qəribədir. Bəziləri ölmək üçün savaşarkən, bəziləri yaşamaq üçün savaşır!...


Sonda onu da qeyd edim ki, kitab Burçakın ailəsi tərəfindən nəşr edilmişdir. Burçakın bacısına vəsiyyəti, əgər bir gün günlüyü kitab olaraq nəşr olunarsa üz qabığına bacısının seçdiyi, upuzun saçları olan şəkil qoymalarıdır. Kitabdan gələn gəlir isə Burçakın ailəsi tərəfindən Xərçənglə mübarizə aparan yardım fondlarına ötürülür.
Kitabdan seçdiklərim:
Çimenin yeşilinde, Gökyüzünün mavisinde, Saçlarımı hatırla...
Alman doktorlar hemen, dünü bırakıp, bugünü ve yarını kurtarmaya yöneldiler.


İnsanın bazen Polyannacılıl oynamaya ihtiyacı var. Çünki İnsanlar her zaman mutlu olamazlar. Mutlu olmak istiyorsanız mutlu olmak için çabalayın ve mutlu olacak sebepler bulun. Mesela ben, mutlu olmak için mutlu bir geleceğim olacağını düşünüyorum.


Hayat Bu!
Hayat mutluluk değildir.
Hayat üzüntü değildir.

Hayat aşk değildir.


Hayat eğlence değildir.

Hayat bunalım değildir.



Hayat iş, ders değildir.
Hayat sex değildir.

Hayat zirve değildir.


Hayat para değildir.
Hayat tatil değildir.
Hayat her şeydir...

Bir insanı tanımak için zaman değil, kafa, gözlem ve akıllı olmak gerekir.


 Sanırım Türkler fazla enayi çünki Amerikada bir dakika işıklar kesilmiş ve millet kıyamet koparmış. Oysa bizde sabaha kadar kesiliyor kimsenin gık dediği yok. Burada yaşayanlara acıyorum, daha doğrusu enayilere. Her kes koyun gibi. Hiç tepki yok. Yazık...
Almanyada bir-birin çok seven sevgililer Parise giderler. Evlenince de Venedike giderlermiş.


Kendini sevmeyen insan başkalarını kendine layık görmez hiçbir zaman.
Babam bir yerde ilk kez yatıyorsan, orada gördüğün rüya gerçek olur diyorlar dedi.


Yalnızlık bazen hoş, ama yalnız bırakılmak çok acı.
Karışık bir odada yaşanmışlık vardır...


 Hiçbir zaman hiçbir yerde bulamam mutluluğu, çünkü o içimde.. Boşuna aramamalı onu, boşuna kaçmamalı. Kaçmak sadece kendinden kaçıştır.

P.S: Gənc bir qızın acı dolu taleyindən bəhs edən unudulmaz bir kitab... 


Yorumlar

  1. Ay nece tesirli bir kitabdir.Men oxumamisam mene bele tesir etdi.Mence oxusam tamam basqa hisler kecirecem.Qeribedir.Beynimde ozum -ozume sual verirem"oxuyummu ya hec oxumuyum"???

    YanıtlaSil
  2. Men de ele cox tereddud eledim kitabi oxumaga...

    Eger cox pis tesir etmeyecekse oxuyun.
    Amma onu da deyim ki, kitab bedii dilde yazilmayib, Burcak istediyi kimi oz uslubunda yazib.

    O kitabi oxuyandan sonra hele de Burcak kimi ne qeder xeste oldugunu, onlarin cekdiyi ezablari dusunurem...
    Allah komekleri olsun!

    YanıtlaSil
  3. Kitab hagda bir soz deye bilmem, ama ki senin serhin cox xosuma geldi, Insallah bir gun kitabim olsa mutleg senin tapib ona on sozu senden xahis edecem ki yazasan )) hegigetnde cox tesirli geldi, xussende bilendeki real heyati geceklerle doludur, lap xosum geldi. mence bunu her kes oxumali en az ona gore bu cur insanlari anlamamiza ve onlarin hislerine qarsi dogru reftar etmeyi oyrenek. dunyanin her yerinde sevgi de acida eynidir, her olumle aparan xesteninde acilari eyni oldugu kimi . cox sag ol, bele serhe gore )

    YanıtlaSil
  4. Pifaqor,
    Serhimi beyendiyine sevindim :)

    Insallah sen bir kitab yaz, on sozun mene saxlayarsan)) ozum yazacam))

    YanıtlaSil
  5. Hele werhi oxudum pis oldum(( cetin bu kitabi oxuya bilim(

    YanıtlaSil
  6. Arzu bu gun kitabi aldim dediyin qeder vardi ilk seyfelrinden uje gozum doldu nece oxuyacam bilmirem:(

    YanıtlaSil
  7. Bir teher oxuyassan men de hisse hisse oxudum, yavas-yavas... Cox ureyine salma,amma oxu :)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan