Kayıtlar

ən çox satılan kitablar etiketine sahip yayınlar gösteriliyor

Kitabxanam Mükafata layiq görüldü!

Resim
Bəli, bəli, başlıqda düz oxudunuz :) Kitabxanam, yəni sevimli blogum daha bir yaşı olmadan, heç gözləmədiyim bir anda mükafata layiq görüldü. Son zamanlarda həmvətənlilərimlə yanaşı, türk blogger dostlarımın da bloguma olan marağı məni çox sevindirir.   Mahn  blogunun sahibi Mustafa Şahinin  “Takip ettiğim tek Azeri bloga bir ödül vermek istiyorum. Sayenizde Azericeyi de sökmeme pek bir şey kalmadı. :)"  deyərək blogumu mükafatlandırması isə bu sevincimi birə on artırdı. Bu mükafatı mənə layiq gördüyünə görə Mustafa Şahine sonsuz t əşəkkürlər . Hərhalda türkcə olan bir-birindən maraqlı bloglar arasından seçilib yazılarımla özümə yer edə bilmişəmsə, bu sözləri yaxşı bir bloggerdən eşidirəmsə, deməli burda nəsə var və doğrudan da yazmağa dəyər :)   P.S:  Əgər siz də blogumu bəyənirsizsə, onda xahiş edirəm bunu burda qeyd etməkdə tənbəllik etməyin və ya rəy yazmaq istəyirsizsə, çəkinməyin :) Çünki yazdıqlarımın oxunulduğunu, ...

"Ali və Nino"dakı fırıldaq aksiya!

Resim
Salam =) Bugün sizə hansısa kitab haqqında deyil, “Ali və Nino”  kitab evindəki aksiya ilə bağlı yazmaq istəyirəm. Günorta “Alinino.az” saytına hansısa kitabın qiymətinə baxmaq üçün daxil olmuşdum, elə onda bugünkü aksiyadan xəbərdar oldum. Aksiya adamı özünə cəlb edirdi, çünki reklamdakı sözlər eynilə belə idi: Bu gün Nizami 91 ünvanındakı mağazamızda (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) kitabların 2 manata satışı olacaq . Qaçirmayın!!!