Kayıtlar

3 bal etiketine sahip yayınlar gösteriliyor

E.M.Remark - Qərb Cəbhəsində yenilik yoxdur

Resim
Bu kitabı yayda Ali ve Nino mağazasından 70 % endirimdə olanda almışdım. Düzü, kitabı alanda əsər haqqında heç bir məlumatım yox idi. Sadəcə olaraq müəllifi Remarkdır deyə diqqətimi çəkmişdi. Kitabı yayda alsam da, uzun müddət rəfdə gözlətdikdən sonra nəhayət 2013-ün fevralında oxumaq qismət oldu.  Kitabda Birinci Dünya Müharibəsi  tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir . O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. "Qərb cəbhəsidə yenilik yoxdur" bütöv halda, ən azından 50 dildə 20 milyon tirajla yayılıb. Bu da, İncildən sonra dünyada ən çox nəşr olunmuş ikinci kitab hesab olunur. Kitab 1920-ci il müharibələrinə qarşı olduğu, əsgərləri ruhdan saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur. Kitabdan sitat: O təklif edir ki, müharibə elan edilməsi bilet satılan öküz yarış...

Əli və Nino / Qurban Səid

Resim
Yəqin ki, bu kitabın adını aranızda eşitməyən yoxdur. Əli və Nino – misilsiz məhəbəbət romanı...  Adını çox eşitsəm də, nəhayət bugün bu kitabı oxuyub qurtara bildim. Ümumiyyətlə deyim ki, bu kitab yaman başı bəlalıdır. Hələ indiyə qədər əsl müəllifinin kim olduğu da bilinmir. Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var və məhz bu iddia Azərbaycan Yazıçılar Birliyinin 1993-cü ildə qəbul etdiyi qərarda öz təsdiqini tapmışdır.  "Əli və Nino"da azərbaycanlı bir oğlanın və gürcü qızının sevgisindən bəhs edilir.   Bir yanda Şərqin adət-ənənsiylə böyüyən bir dəliqanlı, digər tərəfdə isə Avropa mədəniyyətiylə böyümüş prinses Nino Kipiani... Düzü kitabın bəzi hissələri məni darıxdırsa da, Əli və Ninonun öz aralarındakı danışıqları, yaşadığı o hisslər, şəriətin düşüncələri, qədim adət-ənələ ri məni kitaba bağlamışdı. Bu arada deyim ki, “Kurtlar vadisi”nin məşhur odda yanmaz, suda batmaz Polad Alemdarı d...

Patrik Züskind - Ətriyyatçı

Resim
Salam, dostlar. Bugün sizə darıxa-darıxa oxuduğum, aldığıma peşman olduğum “Ətriyyatçı” romanı haqqında yazmaq istəyirəm. Romanın müəllifi isveçrəli Patrik Züskinddir . Düzü Patrik Züskindi bir az Teymur Əmraha oxşadıram bu şəkildə =))) Belə yazıçının özü qəribə adamdır, internetdə haqqında ətraflı məlumat, şəkillərin tapmaq da çətindir. Mediadan hər zaman gizlənən, tez-tez yaşadığı ölkəni dəyişən biridir.

Əli Xəyyam - Deyil

Resim
Bugün sizə əvvəlkilərdən fərqli olaraq gənc şairlərimizdən birinin kitabı haqqında yazacam. Blogumu izləyənlər bilir ki, nədənsə daha çox dünya ədəbiyyatından oxuyuram. Bəlkə də öz kitablarımızdan küsməyimə səbəb bizim nəşriyyatların çıxartdığı keyfiyyətsiz kitablardır.  Əli Xəyyamın "Deyil" kitabın da mən almamışam, sadəcə olaraq dostlarımdan Aynurun paylaşdığı bir şeir marağımı çəkmişdi və mən yazıçını başqasıyla səhv salmışdım :))) Yazıçının adı Əli Xəyyamdı, məndə ki, yuxulu olmuşam deyəsən, ona görə yanlışlıqla Ömər Xəyyam oxumuşam :D  Sağ olsun Aynur kitabı mənə oxumağa verdi.   Kitab dediyim 72 səhifəlikdi və içində maraqlı şeirlər var. Amma bu siz bildiyiniz şeirlərdən deyil, əzizlərim :)  Demək olar ki, bu şeirlərin qafiyəsi filan yoxdu. Ədəbiyyatdan məlumatım olmadığı üçün bu üsluba nə deyildiyin bilmirəm, amma kitabda yapon şeir forması olan “hokku” üslubu nun varlığından xəbərim oldu. Sən demə bu misralar hokku üslubu say...

Başarı Üniversitesi / Mümin Sekman

Resim
  "Başarı Üniversitesi" kitabı  imtahana hazırlaşan məktəblilər və abituriyentlər üçün nəzərdə tutulub. Kitabda   aşağıdakı məsələlərə aydınlıq gətirilir:

Cecelia Ahern - P.S. Mən Səni Sevirəm

Resim
Salam, sevgili kitabsev ərlər. Bugün sizə Avropa məhəbbət romanlarının yeni ulduzu Cecelia Ahern in debüt romanı olan “P.S. Mən Səni Sevirəm” haqqında yazmaq istəyirəm. Dünya şöhrətli bestseller olan bu kitab əlli dilə tərcümə olunub və satışa çıxan kimi Britaniya reytinqlərində “Dav Vinçi kodu”nu ötüb. İlk növbədə istərdim Cecelia Ahern haqqında sizə bir qədər məlumat verim. Onu deyim ki, solda gördüyünüz şəkildəki kimi xanım yazar həqiqətən də çox gözəldir.

Paulo Coelho - On bir dəqiqə

Resim
Salam, sevimli kitabqurdları!  Necəsiz?   3 - 4 günlük aradan sonra yeni bir postumla yenə qarşınızdayam. Bu qısa ayrılığa səbəb internetimin vaxtının qurtarması olmuşdu))) Yoxsa ki, indi haqqında yazacağım kitabı 1 günə oxuyub qurtarıb, blog yazımı da hazırlamışdım. Nəysə keçək indi yazımıza )

Frederik Beqbeder - Məhəbbət üç il yaşayır

Resim
H əmişəki kimi kitabı oxuduqdan sonra yenə ilk işim internetdən yazıçı haqqında maraqlanmaq oldu. Bugünkü hədəfim Frederic Beigbeder idi. İlk öncə xarici görünüşü haqqında onu deyim ki, heç də kitabın arxasında yerləşən şəkildəki kimi “yakışıklı” biri deyil)) İnanmırsızsa bu şəklinə bir diqqət yetirin məncə =) Yazıçının  2008-ci ildə ictimaiyyat arasında kokain çəkdiyinı görə həbs edilməsi isə məni heç təəccübləndirmədi. Kitabda yazdığı kimi  həyat sürən birindən mən hər şey gözləyərəm =))))