Kayıtlar

poçt qiymətləri etiketine sahip yayınlar gösteriliyor

London, Çin və Havay adalarından gələn post kartlar :)

Resim
Yeni yazım ilə yenə də burdayam :) Son zamanlar kitablar haqqında yazmıram deyə elə bilməyin ki, kitab oxumuram. Sadəcə olaraq dəsrlər, monitorinqlər və digər işlərimlə əlaqədar olaraq yazmağa vaxt tapmıram.  Keçən həftə Puccanın 3-cü kitabı "Allah beni böyle yaratmış" və Kahraman Tazeoğlunun "Bambaşka" kitabların oxuyub bitirdim. İnşallah növbəti günlərdə həmin kitablar haqqında yazılarımı oxuya biləcəksiz.  Burdakı yazımdan bildiyiniz kimi Postkartlara əməlli-başlı maraq salmışam və artıq demək olar ki, poçtalyon da evimizin daimi qonağına çevrilib. Keçən həftə Böyük Britaniyadan, Havay adalarından və Çindən çox gözəl kartlar və hədiyyələr aldım.  Şəkildə gördüyünüz bu kart   Böyük Britaniya muzeyindən alınıb . Kartın üzərində Elizabeth I -in şəkli əks olunub. Aşağıdakı şəkildə Londondan gələn poçt markanı da görə bilərsiz :) Şəkillərə klikləyib daha böyük ölçüdə baxa biləcəyinizi unutmayın :) Keçən həftə dərsdən gələndə qapımızın arası...