Kayıtlar

blogs etiketine sahip yayınlar gösteriliyor

Yenə Buralardayam

Resim
ADNAda dərsdən bir görüntü :) Yenə buralardayam... Uzun zamandan sonra, təxminən 3-4 ay sonra yenidən blogumdayam. Əvvəlcə niyə bu qədər fasilə veridyimi deyim. Fasilə verdim çünki yorulmuşdum... sıxılmışdım...və ən əsası dəyişikliyə ehtiyacım var idi :)  Son ay larda həyatımda bir çox özəl və gözəl dəyişikliklər də oldu. Düzü onlara görə bir müddət buralardan uzaq qalmağa da dəyərdi :) Bu il 4-cü kurs olduğumdan magistr hazırlıqlarına başım qarışıb. İnşallah yüksək bal yığmaq niyyətindəyəm deyə əməlli-başlı abituriyent vaxtlarımdakı kimi dərs oxuyuram. Bu dəqiqə ən çox üzün açdığım kitablar Məntiq, İnformatika və İngilis dilidir :) İnşallah sonra da İxtisas kitablarımla belə can-ciyər olacağıq. Bloga vaxtaşırı, ürəyimdən keçdikcə gəlib yazacam. Amma məni gündəlik olaraq izləmək istəyənlər üçün yeni instagram profili açdım:  http://instagram.com/kitabxanam Əgər istəsəniz axtarış yerinə  @kitabxanam yazıb  məni orda tapa bilərsiz. İndi isə hələlik...