Debbie Macomber - Gül Limanı oteli
Debbie Macomber – qadın romanlarının öndə gələn isimlərindən biridir. Onun romanları dünyada indiyə qədər 150 milyondan daha çox satılıb. Bu yazıçının adın “Küçük mucizeler dükkanı” kitabı ilə çox eştmişdim, amma hələ heç bir kitabın oxumaq qismət olmamışdı. Nəhayət bir neçə həftə öncə Ali Ninoda həftənin 70% endirimli kitabları içərisində bu xanımın adın görən kimi kitab haqqında heç bir məlumatım olmasa belə kitabın aldım. Çünki bu Debbie Macomber ilə tanış olmaq üçün gözəl bir fürsət idi :) Kitabın adı və üz qabığı çox maraqlıdır: Gül Limanı oteli. Bəli, kitab belə adlanır. Kitabı aldığım gün elə oxumağa başlamışdım. O leysan kimi yağan yağışda mən isti evimizdə oturub bu kitabı büyük keyifle oxuyurdum) Düzü kitab məni heç darıxdırmadı, çünki yazıçının çox axıcı və səlis dili varıydı. Kitab 381 səhifə olsa da, mənə elə gəlir ki, 10 səhifəlik maraqlı bir hekayə oxumuşam. Hətta kitab qurtarandan sonraa “eee gül kimi oxuyurdum da niyə qutardı” da demişdim :) K...