Kayıtlar

Sky Park haqqında etiketine sahip yayınlar gösteriliyor

Sinqapurda gəzib gördüklərim :)

Resim
Yadınızdadırsa, bu  yazımda xarici dostlarımla məktublaşmağımdan sizə bəhs etmişdim. Bir çox ölkədən poçt kart gözlədiyim halda, nədənsə son zamanlar məktublar mənə çox gec çatır. Düzü, bir az buna üzülürəm. 2 həftəyə çatar dedikləri kartlar 1 aydan çoxdu dünya səyahətindədi elə bil :) Məktubsuz keçən bir neçə həftədən sonra nəhayət ki, dünən poçtalyon qapımızı döydü .  Bu dəfə Sinqapurdan gələn "Hello Kitty" bəzəkli pembe məktub məni doğrudan da çoooox sevindirdi :)) Bu poçt kartların digərlərindən çox aydın seçilən bir fərqi var idi, o da ki, keyfiyyəti. Doğrudan da bunlar indiyə qədər aldığım ən gözəl, ən rəngli poçt kartlardı deyə bilərəm :) İndi isə poçt kartlarımıza daha yaxından baxaq) Şəkildə gördüyünüz bu yer Marina Bay  adlanır. Marina Bay Sinqapurun ən bahalı və ən məşhur otelidir.