Kayıtlar

Filmlər etiketine sahip yayınlar gösteriliyor

Sevimli Canavarlar Üniversitesi

Resim
Monsters University , yəni Bədbeybətlər Universiteti Atillamın ən çox getmək istədiyi filmlərdən biriydi və nə vaxt TVdə reklamın görsə, gəl gedək deyirdi. Mən də şirinimin xətrinə dəymədim və beləliklə Park Cinemadan biletlərimizi aldım :) Monsters University uşaqlarla birgə böyüklərin də sevərək izləyəcəyi çox gülməli və maraqlı filmdi.  Düzün deyim ki, filmə baxmağa gedəndə darıxacağımı, maraqsız olacağını düşünmüşdüm, amma bunun tam əksinə Atilla qədər mənim də zövq aldığım əla bir komedi oldu.  Pixar Animasiya Studiyası bu filmlə yenə də çox gözəl iş ərsəyə gətirib. Filmdəki o monstrlar, bir-birindən fərqli sevimli qəhrəmanlar, məkanlar, rənglər, effektlər, hamısı bir sözlə mükəmməl idi.  Əgər balaca filmsevər dostunuz varsa, onda ona bu filmlə unudulmaz bir gün yaşadın :)  Bu da Atillanın filmdə ən çox sevdiyi monstr :)))  Qeyd edim ki, 5 yaşında bir uşaq üçün məncə əla bir işdi.  Deyəsən evimizdə balaca bir rəssam bö...

Iron Man 3 / Demir adam 3

Resim
Bildiyiniz kimi son zamanlarda hər yerdə anonsu gedən Iron Man 3 nəhayət ki, 2 maydan etibarən  Park Cinemada nümayişə girdi.  Mən də çox gecikmədən bütün dünyada reytinq rekordları qıran bu filmi izləmək üçün cinemanın yolun tutdum :)   Film nədən bəhs edir deyə qısaca izah edim: Dəmir adamın çox sayda düşməni var və onlardan ə n təhlükəlisi Mandarindir. (Yox, yox gülməyin :D Bu o yeməli mandarin deyil,  filmdəki kötü adamdı :D) Dəmir Adam indiyə qədər özünü və ailəsini düşmənlərindən qoruya bilsə də təəssüf ki, bu dəfə o, Mandarinin qarşısında nə özünü, nə də sevdiyi qadını qoruya bildi. Lakin sonradan qəhrəmanımz ağlını, zəkasını işlədərək yeni planlar qurdu ve yaratdığı robotlara yeni funksiyalar əlavə edərək əsl mübarizəyə start verdi.  Filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bircə onu deyim ki, şəxsən mən fimi çooooox bəyəndim. Əgər siz də action, bilim-kurgu janrında filmləri sevirsizsə,  onda "Demir adam 3" dən...

Kelebeğin Rüyası

Resim
Azərbaycanda hər kəsin, həmçinin mənim də səbirsizliklə gözlədiyim “Kelebeğin rüyası” filmi nəhayət ki, 2 maydan Nizami Kinoteatrında yayımlanmağa başladı. Bilməyənlər üçün deyim ki, “Kelebeğin Rüyası” Zonguldakda yaşayan və vərəm xəstəsi olan 2 şairin, Rüştü Onur və Muzaffer Tayyip Usul nun həyatından bəhs edir . 1941-ci illərdə II Dünya Müharibəsi vaxtı aclıq və səfalət içində yaşayan, sadəcə olaraq yazdığı şeirləri sataraq çörək pulu qazanmağa çalışan bu gənclərin halı doğrudan da çox acınacaqlıdır. Düzü filmin ssenarisi haqqında ətraflı yazmaq istəmirəm. Bugün sizə  filmdə gördüklərimdən, bəyənib bəyənmədiklərim haqqında yazmaq niyyətindəyəm. Film başlayarkən elə ilk dəqiqələrdən Zonguldakın mənzərəli yerləri, kömür mədənləri yaddan çıxmayacaq qədər gözəl və təsirli kadrlar  ilə mənim yaddaşıma həkk olundu.  Aktyorların rollarını ən mükəmməl şəkildə oynaması və şairlərin bir-birindən gözəl şeirləri də filmi maraqlı və romantik edən əsas səbəblər idi....

Memoirs of a Geisha / Bir Geyşanın anıları (2005)

Resim
Benim ki gibi bir hikaye hiç bir zaman anlatılmamalı. Çünki benim dünyam yasak olduğu kadar kırılgandır da… Gizemleri olmadan ayakta kalmaz… Ben kesinlikle bir geyşa olmak için doğmadım. Garip hayatımdakı bir çok olay gibi  beni oraya hayatın akışı sürükledi…

Ən maraqlı Bollywood filmi- 3 Idiots (2009)

Resim
B ugün sizə Bollywoodun son zamanlarda çəkdiyi ən maraqlı film haqqında yazacam.   Söhbət, 2009-cu ildə rejissor Rajkumar Hirani tərəfindən çəkilmiş “3 İdiots”   filmindən gedir. Film Chetan Bhagatın 2004-cü ildə qələmə aldığı “Five Points Someone ” kitabı əsasında lentə alınıb. Qısa müddətdə böyük uğur qazanan bu “3 Axmaq”   IMD b-də ən yaxşı filmlər arasında Top 250-dədir Filmin mövzusu haqqında isə qısaca onu deyib ki, insana bir çox şeyi, dostluğu, standartlardan ka  bunlar filmdə o qədər gözəl əks edilib ki, baxıb zövq almamaq mümkün deyildi.

Harry Potter and Philosopher's Stone (2001)

Resim
Ta ta ta tam!)) Yeni yazım ilə yenə də blogumdayam =) Amma hər şeydən əvvəl onu deyim ki, blogumda bir az dəyişiklik etmək istəyirəm. Bundan sonra məncə, kitabsevərlərdən çox, kinomanların diqqəti bu blogda olacaq!) Çünki son zamanlarda baxdığım filmlər mənə kitablardan daha maraqlı gəldi. Düzdür bəzi şeyləri öyrənmək üçün kitablar mütləqdir, amma filmlərin də ayrı ləzzəti var =)

Requiem for a dream (2000)

Resim
İnsan psixologiyasın sarsıdan bir film! Bu gün sizə bir neçə gün öncə baxdığım, amma heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır.  Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü  1987-ci ildə   Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.

The Words / Çalıntı Hayat (2012)

Resim
Növbəti yazımla yenə qarşınızdayam =) Son 3-4 ayda bloguma yetəri qədər zaman ayırmadığımdan görürəm ki, izləyicilərimin sayı da azalıb.   Artıq əvvəlki qədər rəylər ala bilmirəm sizdən. Yəqin bu həm də bir çoxumuzun başının dərslərə, imtahanlara qarışması ilə əlaqədardır.  Yeri gəlmişkən, yaxın zamanda imtahan verəcək bütün tələbələrə uğurlar arzulayıram. İnşallah bu sessiyanı da sağ-salamat başa vurarıq =)  

Məsləhətli Film Axtaranlar, Diqqət Buraya!

Resim
Salam, dostlar! Bügünkü yazım hərhalda kino həvəskarlarını daha çox sevindirəcək . Çünki bugün son zamanlarda baxdığım filmlər haqqında maraqlı bir yazı yazmaq istəyirəm. Bu filmlərin arasında məni ağladanı da oldu, güldürəni də...Çox təriflənilməsinə baxmayaraq heç sevmədiyim də oldu, hansı ki, sadəcə olaraq dəyərli vaxtımı məndən aldı :( Siz də filmə baxandan sonra "2 saatım boş-boşuna buna getdi?!" deməyəsiniz deyə film məsləhətlərimi təqdim edirəm :)

A Walk to Remember (2002) / The Lucky One (2012)

Resim
Avropanın, Amerikanın sevdiyi yazıçılardan biri, elə bəlkə də biricisi Nicholas Sparks . " The Notebook”, “The Lucky one”, “The Wedding”, “Dear John”,   “Message in a Bottle”, “A Walk To Remember”, “The Last Song” və s. yazıçının bestseller siyahısa daxil olmuş kitablarıdır.   Nicholas Sparksın çox geniş oxucu kütləsi var və onun kitabları bir çox dillərə tərcümə edilmişdir. Azərbaycan dilinə tərcümədə isə mən bildiyim qədəri ilə hələ heç bir kitabı yoxdur.

My Sassy Girl - Hırçın Sevgilim (2001)

Resim
Salam, dostlar. Necəsiz?  Daha bir Koreya filmi ilə yenə qarşınızdayam.   Bilirem bu aralar Koreya filmleri ilə baydım sizi :D   Yaxşı, söz verirəm ki, növbəti yazım kitab haqqında olacaq. Əgər anlaşdıqsa onda keçək filmimizə =) Haqqında danışacağım filmin adı “My Sassy girl”, yəni “Hırçın Sevgilim” di. Filmin həm adı həm də posteri diqqətimi çəkmişdi deyə izləməyə qərar verdim. Film romantik-komedi janrındadır və yaşanmış hekayə əsasında çəkilib.

Bir Milyonerin İlk Aşkı (2006)

Resim
Salam, dostlar. Son zamanlar işlərimin çoxluğundan nə post yazmağa, nədəki kitab oxumağa heç cürə vaxt tapa bilmirdim =)   The Secret kitabı elə əlimdə qaldı) Amma inşallah qısa zamanda kitablar haqqında yazmağa yenə davam edəcəm. Bugün isə istəyirəm sizə bir az “Koreya sevdamdan” danışım =)) “A moment to remember” filmi ilə başladı mənim bu sevdam. Həm danışıqları, həm görünüşləri ilə canı yanmışlar çox şirindi))

Stephen King - The Green Mile (1999)

Resim
The Green Mile (Yaşıl Mil) - 1999-cu il istehsalı olan, Amerikan drama filmidir.   Film Stephen Kingin eyni adlı novellası əsasında çəkilib. Filmin rejissoru ve ssenaristi Frank Darabotdur. “Yaşıl Mil” 4 Akademi Mükafatina layiq görülüb :   1. Ən yaxşı film   2. Michael Clarke Duncan üçün ən yaxşı köməkçi aktyor   3. Ən yaxşı Musiqi   4. Ən yaxşı uyğunlaşan (adaptasiya olunan) ssenari   Ümumiyyətlə bu film sinema tarixinə öz damğasını vurmuş filmlərdən biri hesab olunur...

A Moment to Remember - Hatırlanacak bir anı (2004)

Resim
  Salam, dostlar. Necəsiz? Bu yazım kitab haqqında yox, çox maraqlı bir kino haqqında olacaq. Ona görə də izləməyə yaxşı film axtaran dostlarım bu yazımı oxumağa davam eləsin.    Sizə əla bir məsləhətim var! Düzü 3-4 gündü yaxınlarımdan baxmağa   yaxşı kino axtarırdım və nə axtardığımı dəqiq bilirdim: mənə həddən artıq çox təsir edəcək, ağladacaq, duygu yüklü bir film istəyirdim. Nəhayət yaxın dostum Google gəldi ağlıma =)   

Slumdog Millionaire / Milyoner filmi (2008)

Resim
Cəmi   bir sual Camal Maliki 20 milyon rupidən ayırır. O bunu necə edib?   A) O hiylə edib   B) O şanslıdır   C) O dahidir   D) Bu onun qismətidir Hind filmlərini çox da sevmirəm. Nadir hallarda olar ki, mən hansısa Hind filminə baxaram. Bu məqaləmdə isə haqqında danışacağım film İngiltərə istehsalı olan, lakin məhz bir neçə kasıb Hindlinin həyatından bəhs edən bir filmdir.

Tres Metros Sobre el Cielo (2010)

Resim
"Tres Metros Sobre el Cielo" ( Göyün 3 - cü qat ı ) İlk məqaləmi bu filmə həsr etməyimin səbəbi sadəcə, son zamanlar izlədiyim ən maraqlı, ən romantik kino olması deyil, həmçinin bu filmin mənə digər filmlərdən müəyyən qədər fərqli təsir bağışlamasıdır... Film adından da göründüyü kimi İspan filmi olsa da romanın ekranlaşdırılması İtalyan yazıçısı və rejissoru Federiko Moççiaya məxsusdur. Belə ki, 2004-cü ildə italyanca ekranlaşdırılan bu filmin 2010-cu ildə İspan versiyası çəkilmişdir. Romanda və filmin italyan versiyasında hadisələr Romada baş verir və baş qəhrəman Stefana Mançini, ləqəbi isə Step olur.

The Kite Runner (2007)

Resim
Xalid Hüseyni   Əfqan əsilli Amerika yazıçısı. Birinci tam səmimi onu deyim ki, yazıçının şəklin görəndə çox təəccübləndim.  “aaaa bu kitabı bu kişi yazıb?” deye öz içimdə düşündüm =))) 47 yaşı olmasına baxmayaraq çox cavan görünür maşallah)) Mən daha yaşlı birin təsəvvür edirdim.  Həmçinin yazıçının digər peşəsi də məni təəccübləndirdi. Xalid Hüseyni həm də həkim imiş..)

13 Going on 30 filmi (2004)

Resim
S alam :) İlk postumla qarşınızdayam.   Sizə bir neçə gün bundan qabaq təsadüfən baxdığım bir film haqqında yazmaq istəyirəm.Məncə gənc qızların xoşuna gələcək tipdə bir film idi. Amma hər şeydən əvvəl gəlin film haqqında bir az məlumatlanaq. Film komediya, melodram, fantastika janrındaydı. İndi mənim kimi filmdən az-maz başı çıxanlar soruşacaq “melodram”   nə olan şeydi?)))