Novruz Bayramınız mübarək :)
Nəhayət ki, səbirsizliklə gözlədiyim yaz gəldi) Yazın gəlişi, Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edirəm, dostlar! Artıq kələm kimi üst-üstə geyindiyimiz günlər geri də qaldı) Şükür Allaha) Soyuq hava sevən biri olmadığım üçün Novruz bayramı gələndə uşaq kimi sevinirəm :) Novruz demək mənim üçün havaların isinməsi, ağacların çiçək açması, hər yerin, hətta insanların belə gözəlləşməsidir. Mənim yerim ümümiyyətlə qış fəsli olmayan ölkələr olmalıydı deyəsən)) Heyif deyil yaz =) Rəngarəng t-shirtlər, şalvarlar, krassovkalar))) İnşallah bu yaz, bu yeni il hər birimizə ancaq bir-birindən xoş günlər yaşadar, əzizlərim! Atilla demiş, Novruz bayram nübarək!)))