Kayıtlar

Elif Şafakın kitabları etiketine sahip yayınlar gösteriliyor

Elif Şafak - Şemspare

Resim
Elif Şafak - Türkiyənin ən məşhur qadın yazarlarından biri... Onu sevənlər qədər, sevməyənlər də var. Amma mən Elif Şafakı  İskender kitabında bir o qədər bəyənməsəm də, bu kitabda oxumağa dəyər yazıçı olduğunu anladım.  Oxuduğum kitab, Şemsparə Elif Şafakın köşə yazılarından ibarət olsa da, aralarında maraqlıları vardı. Hətta oxuduğum bəzi hekayələrdə özümü tapdım deyə bilərəm. Ən çox diqqətimi çəkən isə Şafakın bənzətmələri oldu. Sözlərdən doğrudan da çox gözəl istifadə edir bu xanım yazıçı.

Rəfdə gözləyən 49 Kitab, 49 Dost! :))

Resim
Uzun bir aradan sonra yenə də burda, blogumda sizinləyəm :) Son zamanlarda Türkiyədə baş verən hadisələrlə və imtahanlarımla bağlı kitab oxuya bilmirdim, amma nəhayət bugündən yenidən oxumağa və yazmağa başlayıram. Yenidən həvəsə gəlmək üçün bugün bütün dəftər-kitablarımı bir yerə yığdım və oxunulmağı gözləyən kitablarımı siyahıya aldım. Sən demə rəfdə məni gözləyən 49 kitabım varmış :)) Bu qədər kitab depolasam da, yenə də yeni kitablar alıb onları oxumaq istəyirəm. Amma özümə söz vermişəm ki, uzun müddət yeni kitab alan deyiləm :P Bu yay məni gözləyən kitablarımın hamısın oxumaq fikrindəyəm, ona görə də vaxt itirmədən ilk oxuyacağım kitabı sizə açıqlayıram)) İlk olaraq Elif Şafakın Şemsparəsindən başlamaq  istəyirəm. Həm kitab qısadı, həm də köşə yazılarından ibarətdi deyə mənim üçün maraqlıdır :)  İnşallah qısa zamanda Şemsparənin şərhiylə yenə də burdayam :)))

Elif Şafakın "AŞK" kitabını O qazandı!

Resim
Salam, dostlar. N ecəsiz? Bildiyiniz kimi bu yaxınlarda blogumda “Elif Şafakın AŞK kitabın sən qazan!” deyə layihə start götürmüşdü. 1 həftə keçirilən oyunun sonunda nəhayət mənim qalibi açıqlayacağım gün gəlib çıxdı =)) Düzdür, cavabları açıqlamaqda   bir az gecikdim, amma üzürlü səbəblərim var idi .

Elif Şafak -İskəndər

Resim
  Türkiyənin məşhur qadın yazarlarından biri olan Elif Şafakı n kitabını oxumağı çoxdan düşünürdüm. Əlimə aldığım ilk kitab isə “İskəndər” oldu. Nədənsə bu xanımın yazdığı bütün kitablar Türkiyədə böyük səs-küy yaradır. Təsəvvür edin, roman çapa getməmişdən qabaq, artıq Türkiyədəki kitab evlərindən 168 min kitab sifariş edilmişdi.

Elif Şafakın "Aşk" kitabını Sən qazan!

Resim
Dostlar, bugün sizə xoş bir sürprizim var! =)  Maraqlı bir oyunun sonunda Elif Şafakın dillərə dastan "Aşk" kitabını sevimli oxuyucularımdan birinə hədiyyə edəcəm. Qeyd edim ki, kitab azərbaycan dilindədir və yenidir. Əgər kitabı bəyəndinizsə və onun sizin olmasını istəyirsinizsə oyunda iştirak etmək üçün ilk növbədə blogumda solda yerləşən "Sevimli oxuyucularım" a qoşulmalı və bu xəbəri Facebook profilinizdə paylaşmalısız.