Kayıtlar

oxumalı kitablar etiketine sahip yayınlar gösteriliyor

1 yaşımız tamam oldu ^_^

Resim
Bu gün uzun zamandır əmək sərf etdiyim, zəhmətimin bəhrəsi olan blogumun bir yaşı tamam olur. Bəli, düz bir il bundan qabaq blog açmaq fikri düşümüşdü beynimə. Blog açım, mən də nələrsə yazım deyirdim. Maraqlısı isə odur ki, ilk açdığm blog dəblə bağlıydı. Dəbə aid olan şeylərdən, geyimlərimi, istifadə etdiyim kosmetikalardan, parfümlərdən, maskalardan yazacam deyirdim. Düzdü, əvvəl bir-iki yazı yazdım, amma sonra gördüm ki, bu sahə mənlik deyil. Mən nə shopping dəlisiyəm, nə də kosmetika. Nə də ki, maskalara, kremlərə filan marağım var.  Ona görə də fikirləşdim, bəs mən nə yazım? Axı nəsə yazmaq istəyirəm. Yazmağı sevirəm... O sıralarda qrup yoldaşlarımın bir-ikisi dərsdə  kitab oxuyurdu. Həmişə əllərində kitabla gələndə mən də maraqla onlara baxırdım, axrı bir gün qrup yoldaşım Elgündən oxuyub bitirdiyi kitabı, “Çərpələng uçuran”ı istədim və o da sağ olsun kitabını mənə verdi. Və beləliklə mənim kitablara olan marağım, o böyük sevgim başladı... Əvvəl kitab...