"Ali və Nino"nun aksiya sərgüzəştləri =)
Salam, dostlar. Yadınızdadırsa bir neçə gün bundan qabaq "Ali və Nino"dakı aksiya ilə bağlı öz fikirlərimi yazmışdım, oxumayanlar burdan oxuya bilər. "Ali və Nino"dakı fırıldaq aksiya!
Bu gün yenə eyni aksiya keçirildi. Düzdür artıq bəzi düzəlişlər etmişdilər. Əvvəlcədən kitabların siyahısın Facebook səhifələrində paylaşdılar. Elə yəqin bu səbəbdən də bu dəfə aksiyada daha çox iştirakçı var idi.
Mən də səhər xəbər tutduğum aksiya üçün Ali və Nino mağazasına yol aldım) Elə mağazaya yaxınlaşarkən kameranı, əlində mikrafon tutan xanımları görəndə artıq anladım ki, Bu dəfə medianın da diqqəti bu aksiyadadır.
Youtube kanalından olan müxbirləri görəndə bir az sevindim, çünki ən azından onlar çəkəcək deyə "Ali və Nino" bu dəfə aksiya iştirakçıların razı salmalı idilər. Dediyim xanımlar səbətin yanındakı satıcıdan və aksiyanın iştirakçılarından müsahibə alırdılar, mən də elə onlara qulaq asırdım)
Müxbir xanım məndən də müsahibə verim deyə xahiş etdi, amma nədənsə müsahibə vermək istəmədim. (Düzü evə gələnnəndi fikirləşirəm ki, gərək müsahibə verəydim , axı mən niyə o xanıma yox dedim =) )
Deməli bu dəfəki aksiyada kitablar 3 dəfə səbətə əlavə olunacaqdı. Bunlar səhər saat 11, günorta 2 və axşam saat 6-da olmalıydı. Səhər saat 11-ə çata bilməmişdim deyə, saat 2-də səbətə qoyulacaq kitabları mən 1-in yarısından idi gözləyirdim. Elə gözləyərkən səbətdə olan kitabları nəzərdən keçirirdim, gördüm ki, keçən dəfədən qalan, satılmayan kitablar nə var idisə hamısı yenə səbətdə idi. Yazıq o kitabların bəxti açılmır da :)))) Qarımış qızlar kimi qalıblar o səbətdə :D
Gözlədim, gözlədim və nəhayət saat 2-yə yaxınlaşanda səbətin başına çoxlu adam yığışdı. Yəqin elə bu səbəbdən saat 2-də qoymalı olduqları kitabları "Ali və Nino" işçiləri Saat 13:15-də gətirdilər. Onda səbətə yaxın idim. Yalnız gətirilən kitablar hamısı rus dilində idi. Mən də kitabların rus dilində olduğun görüb geri çəkildim, çünki mənə ingilis, türk və ana dilimdə olan kitablar lazım idi. Amma soruşun görün sonra mən o səbətə yaxın dura bildimmi?
Saat 2-də işçilər yerdə qalan digər kitabları gətirəndə orda bir səs-küy qopdu, aləm bir-birinə necə qarışdısa, başım itdi. Satıcılara imkan vermirdilər ki, gəlib kitabları səbətə qoysunlar. Kitabları elə yazıq satıcıların əlindən göydə qapırdılar. Qızların səs küyü oğlanlardan bərk çıxırdı. Hələ yadımdadı, orda olan bir oğlan qayıdıb dedi ki "İndiki qızlar oğlanlardan beş betərdi, imkan verin dəə"
Nədi-nədi 2 manata bir kitab alacaqlar deyə, "mədəniyyət" adlı şeyi unutmuşdu bəziləri. Gərək onları videoya çəkib sonra özlərinə göstərərdik ki, özləri öz hərəkətlərinə baxıb, bəlkə kənardan necə göründüklərini anlayardılar.
Bir sözlə, bugünkü aksiyada səbətə yaxın dura bilmədiyimdən heç hansı kitabların olduğunu da görmədim. Deyilən kitablar yox idi falan deyir bəziləri, amma məncə rəhbərik adların yazdıqları bütün kitabları səbətə əlavə eləmişdi. Sadəcə olaraq o həngamədə kitab seçmək mümkün deyildi. Elə bəlkə də o həngaməyə görə saat 6-da yeni kitablar əlavə etməkdən vaz geçdilər. Orda olan satıcı özü də qeyd etdi ki, keçən dəfə aksiya çox mədəni alınmışdı. Yəni bugünkü kimi bazar deyildi.
Hələ sizə bir hadisəni də deyim ki, "Çərpələng uçuran" kitabın istəyən bir xanım var idi, səbətə kitablar gələndə o basa-basda xanım necə arxada qaldısa, birdə gördüm başlayıb ağlamağa ki, "hamı itdi, Çərpələng uçuranı mən istiyirdim axı". Deyəsən, amma xanımın ağlamağı işinə yaradı, çünki mən ordan uzaqlaşanda xanımın istədiyi kitabı aldığını gördüm. Onu da burdan təbrik eliyirəm)))
Nə isə, yəqin bir daha bu aksiya keçirilsə əziyyət çəkib gedən deyiləm. Orda gedib bəzi adamyeyənlərin içinə düşməkdənsə, istidə o qədər gözləyib sonda əliboş evə qayıtmaqdansa adlı-minnətli kitabı öz qiymətinə alıb oxuyaram.
Sizə məsləhətim: Əgər vaxtınızı itirib, əsəblərinizi korlamaq istəmirsinizsə, türklər demiş "Boş verin" bu aksiyaları =)

blogun çok güzel ya. sana mesajla ulaşmak mümkün değil. o yüzden buradan yazmak istedim. tebrikler. hem yazılarını, hem blogunun dizaynını çok beyendim :)
YanıtlaSilÇox sağ olun, bəyəndiyinizə sevindim :)Mən də sizin şeirləri oxuyub çox bəyəndim)
YanıtlaSilHmm....Men bu aksiya barede bawga fikirdeydim...ve novebti aksiyani sebirsizlikle gozleyirdim gedib kitab almag uchun...heyf butun umidlerim puc oldu...ve fikrimden dondum sayenizde... :)
YanıtlaSilYəni bunlar mənim gördüklərim, şəxsi fikirlərim idi. Ali və Ninonun facebook səhifəsində olan şərhlərə baxsaz orda da görərsiz ki, aksiyada iştirak edənlərin böyük əksəriyyəti narazı idi. İstidə əziyyət çəkib getməyinizə dəyməz =)
YanıtlaSil