6/21/2012

"Ali və Nino"dakı fırıldaq aksiya!



Salam =) Bugün sizə hansısa kitab haqqında deyil, “Ali və Nino”  kitab evindəki aksiya ilə bağlı yazmaq istəyirəm.
Günorta “Alinino.az” saytına hansısa kitabın qiymətinə baxmaq üçün daxil olmuşdum, elə onda bugünkü aksiyadan xəbərdar oldum. Aksiya adamı özünə cəlb edirdi, çünki reklamdakı sözlər eynilə belə idi: Bu gün Nizami 91 ünvanındakı mağazamızda (Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) kitabların 2 manata satışı olacaq. Qaçirmayın!!!
Facebook səhifələrində də bu aksiya ilə bağlı tez-tez status paylaşırdılar ki, tələsin-tələsin kitablar qurtardı. Gənclər də əlbəttə ki, haqlı olaraq 2 manata satışda olacaq kitabların siyahısın soruşurdu, amma səhifə idarəçisi ilk öncə siyahının 1 saatdan sonar yazılacağını desə də, 1 saatdan sonra “adam çoxdur, siyahını yazmağı çatdırmırıq, siyahı yazmayacağıq” deyib necə deyərlər aradan çıxdı.
P.S: Şəkildə oxla işarələdiyim qız özüməm =) Heyif üzüm düşməyib :P

Mən də bu oxuduqlarımdan sonra  eləmə tənbəllik bacımı götürüb getdim deyilən ünvandakı mağazaya ki, görüm siyahıya yazılmayan, 2 manata satılan kitablar hansılardır. Deməli aksiya dedikləri belə bir şey idi: mağazanın qabağına bir səbət qoyulub, içində də müxtəlif kitablar var. Yaxınlaşdım səbətə,səbətdə bizim çox  tanınmayan yazıçıların kitabları var idi, hansılar ki, çətin satılır. Səbətin için ha qarışdırdım ki, bəlkə qabağıma nəsə yaxşı kitab çıxa amma tapmadım. Səbətdə rus dilində kitab çox idi, amma olardakı ya texnologiya ilə bağlı, ya da analıqla filan bağlı olduğuna görə alan yoxuydu.
Nəhayət mən orda olanda səbətə yeni kitablar əlavə elədilər, Yeni gələn 10 kitabın içərisində 2si yaxşı idi: 1. Çərpələng uçuran (Xalid Hüseyni) 2. Polkovnikə məktub yoxdur (Qabriel Markes). Çərpələng uçuranı oxuduğuma görə tez Qabriel Markesin kitabın götürdüm. Kitabın öz qiyməti 3 manatdı, mən də 2 manata alıb yaman qabağa düşdüm axı :P

Sonra day “bu boyda yolu bircə bu kitabçun gəlmişəm?!” deyə öz-özümə fikirləşərək evdə balaca qardaşımın olduğun nəzərə alıb səbətdəki uşaq ədəbiyyatına baxdım. Bircə yaxşı kitab gözümə dəydi, onundakı əvvəlki qiyməti 7.20 Azn olub, yəni 7 manat 20 qəpik. Təəccübləndim nə əcəb belə ucuz, sonra kitaba yaxşı baxan kimi başa düşdüm – kitabın qırağı cırılmışdı, cırıq kitabı kim 7 manata alar? :P Bizim balacanın onsuzda onu cıracağını düşünüb, içi maraqlıdı deyə aldım) Sonra səbətdəki rəngli qələmlərə və yerdə qoyulan uşaq oyunlara baxdım. Deməli 1 paçkanın içindəki rəngli qələmlərdən yarısı yox idi, yerdə qalanı isə düz əməlli heç yazmırdı. Oyunlar isə nə vaxtdan qalmışdı onu Allah bilir. Oyunların içləri yarı yarımçıq, bəzi kartlar içində yox idi. Nəhayət ən yaxşısın seçib birin götürdüm. O da tam oyun sayılmırdı əslində. Qutuda bir qələm var, o qələm batareya ilə olduğuna görə görünür ki, nəyəsə yaramalıdı, işləməlidir. Amma nəyə yaradığın ordakı nazərətçi xanımdan soruşsam da o da bu qələmin nəyə yaradığın bilmədi, “elə uşaqlara şəkildəkilərin adların öyrədin” deyib keçdi. Nəysə mən bu oyun qutusun da aldım. Gəldim evə)
Evdə bu oyun qutusundakı qələmin nə işə yaradığını bilmək üçün baxırdım ki, qələmin içindən çıxan batareyalar məni şoka saldı. Görəsən bu batareyalar neçə ildi bunun içində qalıb bugünə düşüb?!
Aaa az qala yadımdan çıxırdı, səbətdə bilisiz nə gördüm?) 80 qəpiklik çox balaca bir uşaq kitabı vardı, ara yerdə onu da 2 manata satırdılar :D (artıq burda demək olar ki, bu aksiya deyil, camaatı aldatmaq idi.)

Səbətdən yarımadığımı görüb girdim mağazaya, elə ilk 80% endirim olan rəfə tərəf getdim. Burda uşaq oyuncaqları və şamlar, şəkil albomu vardı. Oyuncaqlar qəşənq idi, birin almaq istədim, qiymətin soruşdum, amma xanım oyuncaqlara endirim olmadığını, endirimin ancaq şamlara, çərçivəyə və alboma aid olduğunu dedi. Çərçivə xoşuma gəlmişdi deyə xanımdan onun da qiymətin soruşdum, amma xanımın cavabı belə oldu: “hmm xanım, bilirsiz bunun üzərində qiyməti yoxdur deyə sata bilmirik”. Dedim yaxşı və əlimi uzatdım bir şəkil albomuna, endirimlə qiymətinin 1 manat 30 qəpik olduğun dedi, albomu açıb nə görsəm yaxşıdı?! Albom ortadan cırılmışdı.
Nəysə əşi, qəşənqcə iradlarımı bildirdim “Əli və Nino”ya))) Bilisiz mənə təsir edən nədi? Cırıq, getməyən, köhnə kitabları,oyunları camaata aksiyadı deyib bəh-bəhlə niyə satırsız ki?!
O boyda mağazalar şəbəkəsidi, bəyəm həqiqətən də ancaq yaxşı malları çıxarda bilməzdilərmi ora?! Köhnə, getməyən malların içinə atırlar bir-iki dənə yaxşı kitab, deyirlər buyurun, görün biz necə kompaniyalar keçiririk.. 7-10 manatlıq şeyləri sizə 2 manata satırıq :P
Bunları yazmaqda məqsədim bu iradları görüb növbəti aksiyalarda milləti fırıldaqla aldatmaqdan çəkinmələridir. 
P.S: Ürəyimdəkiləri yazdım, amma onu da  fikirləşirəm ki, birdən bundan sonra məni  “Ali və Nino” mağazalarına buraxmazlar :D Əşi, uzaqbaşı mən də başqa kitab evlərindən kitab alacam) Minnətləri olsun hələ onlar haqqında blogumda yazıram :D

Şəkildə gördüyünüz bu balaca isə kitab aldığım şirinimdi ;)

14 yorum:

  1. Mənim adamımsan VALLAH. Əla yazmısan ) Yıx sürü saxtakarları =))

    YanıtlaSil
  2. Yixib suruyuremeee, teki netice cixartsinlar)))

    YanıtlaSil
  3. Xoş gəlmisiz aramıza, John Holmes =)

    YanıtlaSil
  4. Xosh gorduk Arzu . Amma dizayn problemi var mende )

    YanıtlaSil
  5. Yəni bu blogda? Google Chrome, Mozilla Firefox ile daxil olun. Operada şriftlər filan pis gündə göstərir.

    YanıtlaSil
  6. Salam.Mən və dostlarım türkiyədən kitab sifarişi işi ilə məşğuluq.Az-çox türkiyədə olan kitabların qiymətindən xəbərimiz var yəni :) Sözü gedən mağazanın 3 TL-yə(bəlkədə topdan daha ucuz) aldığı kitabı neçəyə satmağını görəndən sonra istər-istəməz onlara nifrətim yaranıb.Sadəcə bazarda ilklərdən olduqları üçün belə önlərdədirlər.İnşAllah bizim İndex Kitab Klubu onları keçəcək !!!

    YanıtlaSil
  7. ali nino mino bilmirem. amma blog chox xoshuma geldi :)))

    YanıtlaSil
  8. Blogu bu qeder cox beyenmenize sevindim :)

    YanıtlaSil
  9. Allah saxlasin bu wirin balani!

    YanıtlaSil
  10. Mən də kitab mağazalarının daimi müştərisi olaraq bu kimi saxtakarlardan narazıyam. Kitab ticarətinin hər növünə yaxşı baxıram. Çünki təhsil yönümlüdü. Amma çalışıb hər kəsi düşünmək lazımdı maddi baxımdan. İş yoldaşım keçən dəfə bir mağaza göstərdi. Ali ninodan da keyfiyyətli. Elektron mağaza dedi, dedim əşi yoxee yalanan yazırlar. Kartımda pulun az qalan vaxtı idi amma çoxdan axtardığım kitabı tapdım saytda. Elə rahat sifariş verdim kitabı plastik kartla. Sonra dedim bu dəqiqə gətirəcəklər elə ))) Günorta yeməyinə çıxırdım ki zəng gəldi ünvanınıza yaxınlaşırıq inanmadım qulağıma, dedim görüm bunları biraz çətinliyə salım görüm nə edirlər. Dedim mən işdən çıxa bilmirəm iş ünvanını göndərsəm ora gətirərsiz. Və növbəti inanılmaz cavab: buyurun göndərin. nəysəə 18 dəqiqə sonra kitab əlimdə idi. Elektron mağazanın adı kitabevim.az , aldığım kitab isə Kurban -S. J. Bolton detektivi idi.

    YanıtlaSil
  11. Bizi yeni kitab eviylə tanış etdiyinizə görə təşəkkürlər =)

    YanıtlaSil