Qabriel Markes - 100 ilin Tənhalığı

100 ilin Tənhalığı – Qabriel Markesin məşhur , nobel mükafatlı əsəri...
 Yazıçı bu əsəri 2 ildən az bir müddətdə yazdığını, lakin kitabda yazacaqlarını 16-17 il düşündüyü qeyd edib. Həqiqətən də o qədər düşündükdən sonra yazmağa dəyər bir kitab olub. 
Bəzi insanlar “100 illik tənhalığı” oxumadan Markes qələminin gücünü yetəri qədər anlamazsan deyirlər, həqiqətən də haqlıymışlar...
3 günə maraqla oxuyub btirdiyim bir roman oldu.
Kitabda hadisələr elə tez-tez cərəyan edir ki, bir anda bütün vəziyyət necə dəyişirsə adam gərək bu kitabı ötəri yox, diqqətlə oxusun. Yoxsa oxuyub-oxuyub gözünü açanda görəcək ki, kim kimdi, hardadı,bura necə gəlib çıxıb artıq bilmir )))
Hətta mən diqqətlə oxuya-oxuya arada fasilə verdiyimə görə əsərdə qəhrəmanlardan kimin kimin oğlu, qızı, anası, bacısı olduğun qarışdırırdım )) Bunun əsas səbəblərindən biri isə Buendialar nəslində doğulan bütün körpələrə ya Arkadio ya da Aureliano adının verilməsiydi) Hətta bir ara Xosa Arkadio, Xose Aureliano deyə-deyə Xosələri təmiz çaşdırmışdım, hələ arada gözümün qabağına ANS-dəki qara Xose də gəlmişdi ))))


Qızlaradakı ya nənələri Ursulanın ya da bibiləri Amarantanın adı verilirdi, gördülər razılığa gələ bilmirlər, onda da uşağın adın Ursula Amaranta qoymuşdular))


Deməli bu kitab Buendialar nəslinin 100 illik tarixindən söhbət açır.. Bu nəsildə necə deyərlər hər tip adam var)) Zəhmətkeşi də, alimi də, torpaq yeyəni də, evdə lüt gəzəni də, sonra mələk kimi göylərə uçanı da, öləndən sonra darıxdığına görə geri gələni də, donuz quyruqlusu da :))





Bir sözlə fantastikayla qarışıq əla bir romanıydı. Gabriel Markes hadisələri özünə məxsus üslubuyla elə təsvir edirdi ki, kitabı oxuyanda elə bilirdim mən də Buendialar nəslinin bir nümayəndəsiyəm və bütün hadisələr mənim gözümün qabağında, ətrafımda baş verir :)) Hətta Remediosun duş alarkən kişinin onu seyr etməsi, onların arasındakı dialoq, sonra kişinin ordan tappıltıyla yıxılıb yerə düşməsi, qızın həmin anda üzündəki o məsum ifadə gözlərimin qabağındadı. Dediyim kimi yazıçı hər şeyi elə anladıb ki, mən elə hiss edirəm ki, sanki heç kitab oxumamışam ya oturub kinoya baxmışam, yadakı Buendialar nəslinin evinə qonaq getmişəm və bu hadisələri də öz gözlərimlə görüb gəlmişəm :)





Kitabda xoşuma gəlməyən bircə şey bayaqda qeyd etdiyim kimi uşaqların kimə aid olmasını, anaları,atalarının kim olduğunu qarışdırmağım idi)))


Bundan başqa əsərdəki gənc oğlanın onu böyüdən xalasına meyl eləməsi, oğlanın anası olduğunu bilmədiyi qadına yaxınlaşması, bütün bu kimi hadisələr əsil Braziliya serialların xatırladırdı adama)))


Nəysə, mətləbdən çox uzaqlaşmayaq)  Bir sözlə oxumağa dəyər çox gözəl bir roman idi. 18 yaşından yuxarı gənclərə məsləhət görərdim =)


Kitabdan seçdiyim sitatlar:


  • İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
  • Ölülər qəbirlərindən çıxmır, biz vicdan əzabı çəkirik, məsələ budu.
  • Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdı.
  • Allahsızlığın mərkəzində Allaha dua eləməyə gəlsinlər.
  • Vacib məsələlərdə bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə aparmağının mənası yoxdur.
  • Ən taxşı dost, ölüb getmiş dostdur.
  • Arxayın qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədə imiş.
  • ...Kinoya baxmaqdan imtina elədi: özlərinin yetərincə dərdi-səri varkın, uydurma adamların uydurma faciələrinə göz yaşə tökmək ağılsızlıq idi
  • Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
  • Vicdanı rahat olan insan çeynəməkdən ağzı yorulana qədər yemək yeyə bilər.
  • Sevginin bir növü onun başqa növünü sıradan çıxarır, çünki insanın təbiətində elə bir şey var ki, o doyandan sonra  yeməyə marağını itirir.
  • Bəzi kişilər vaxtlarını öz murdar qarınlarına tamaşa edə-edə keçirir, süfrəyə oturanda isə torağay ciyəri tələb eləyirlər.
  • Siz kişilər qəribə məxluqlarsız, ömür boyu dindarlarla vuruşursuz, hədiyyəniz də dua kitabı olur.
  • Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axrı olacaq. 
  • Bu nəslin birinci kişisini ağaca sarıyacaqlar, axrıncısını isə qarışqalar yeyəcək. 
Maraqlı, qarışıq kitab idi. Amma diqqətlə oxuyan, fantastika sevənlər üçün əla seçimdi.  5 verərəm :)


Yorumlar

  1. Bu kitabi oxumaga bawlamiwdim ama turk dilinde idi.isler cox oldu 1 neche gun oxuya bilmedim sonra oxumaga bawlayanda butun hamini qariwdirmiwdim bir birine....ve sonda qerara geldim ki tetil vaxtinda ve Azerbaycan dilinde oxuyum belke bu defe alinar...bu da heleki qismet olmayib)))

    YanıtlaSil
  2. İnşallah qismət olar,Gulya xanım. Əslində bu kitab haqqında fikirləriniz necə olacaq deyə mənə də çox maraqlı gəldi. Çünki bu kitabda da Qabriel Markesin "Hüznlü gözəlçələrim"dəki kimi bəzi məqamlar varıydı.
    Ona görə də kitabı oxuduqdan sonra fikirlərinizi bizimlə paylaşmağı unutmayın)
    Bu arada, blogdakı yazıları oxuyub, rəy bildirdiyinizə görə çox sağ olun. Diqqətinizə görə təşəkkürlər! =)

    YanıtlaSil
  3. Insallah....oxuduqdan sonra ilk isim fikrimi sizinle bolusmek olacag... :)

    YanıtlaSil
  4. Mən bu kitabı axıra qədər oxuya bilmədim. səbrim çatmadı. Məntiqsiz əsər kimi mənə görsəndi....

    YanıtlaSil
  5. oxudum . çox maraqlı əsərdir. siz də yaxşı analiz etmisiniz ..
    amma sizdən fərqli olaraq mən onu bir aydan artıq müddətə oxudum .

    YanıtlaSil
  6. Mən yəqin ki, heç bir kitabı 1 aya oxuya bilmərəm))) səbrim çatmaz) amma işlərimin çoxluğundan ola bilər ki, oxuyub qurtarmağım bir az ləngisin :)))

    YanıtlaSil
  7. Kitabi yariya qeder oxudum, hech ne analamadim:)

    YanıtlaSil
  8. Əslində bir az çətin kitabdı, tam diqqətlə oxumaq lazımdı. Arada kimsə ölür, sonra qayıdır filan o yerləri mən də çox çaşdırırdım)) Amma onnan da belə oxuyub axrına çıxdım)
    diqqətlə oxuyanda adam öyrəşir adlara)Balaca şey deyilə bir nəslin bütün üzvlərinin adların yadda saxlayıb, qarışdırmamağa çalışmaq)))

    YanıtlaSil
  9. Oxumusam bu eseri men diyerdim Dostoyevskinin Cinayet ve Ceza eserinden qeliz eserdi

    YanıtlaSil
  10. Maraqli eserdir,bezi meqamlari mende ikrah hissi dogursa da yazichinin qelemine,uslubuna soz ola bilmez.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Yüreğim Seni çok Sevdi / Canan Tan