Yasunari Kavabata - Min Durna
Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm.
İlk növbədə onu qeyd edim ki, mətbuatda, xəbər saytlarında, facebookda bu kitabın təqdimatı ilə bağlı xəbərlər çox yayımlandı. Ann.az saytında gördüyüm xəbərdəki bu sözlər mənim də diqqətimi çəkmişdi deyə təqdimatda iştirak etməyə qərar vermişdim: 23 iyun tarixində, saat 11:00-da ATGTİ-nin qərargahında klubun rəsmi açılış mərasimi və “Min durna” kitabının təqdimatı keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş gənclər və tələbələr iştirak edəcəklər. Eyni zamanda mərasimdə yapon mədəniyyəti (musiqi, simvollar, dil və s.) təqdim olunacaq.
Təqdimata getməyimin əsas səbəbi Yapon mədəniyyətinə olan marağım idi. Düzdür təqdimatda yapon musiqisi var idi, qulaq asırdıq və bu çox xoş təsir bağışlamışdı. Amma çox təəssüf ki, Yapon simvolları, dili haqqında heç bir məlumat verilmədi. Bəlkə də bu tip məlumatların verilməsi nəzərdə tutulmuşdu, sadəcə olaraq həyəcandan gənclərin yadından çıxmışdı.
Təqdimatın fəxri qonağı isə Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələsi Yusuke Fukuda idi. 5 il Türkiyədə yaşadığından və Azərbaycana yeni gəldiyindən qonaq türk dilində danışırdı və onu qeyd edim ki, Yusuke Fukuda türk dilində həqiqətən də çox səlis danışa bilirdi) Amma təqdimatda bir az da yapon dilində də danışılsaydı məncə çox maraqlı olardı.
Kitabı oxumağa başlayanda ilk növbədə yazıçının həyatı haqqında məlumatı qeyd etmələri xoşuma gəldi, lakin artıq Ön Sözdə leksik və qrammatik səhvlər qabağıma çıxmağa başlamışdı. Kitabdakı yaponca sözlərin mənasının səhifənin altında deyil, kitabın sonunda verilməsi isə məncə oxucu üçün sadəcə olaraq artıq bir əziyyət idi. "Min Durna"nı 13 səhifə oxuduqdan sonra artıq səbr edə bilməyib kitabın ərsəyə gəlməsində iştirak edən, kitabın üz qabığını tərtib edən Elvin Sadıxova facebookda ismarıc yazıb kitabda niyə bu qədər səhv olduğunu, kitabın üz qabığındakı rəsmi onun çəkib çəkmədiyini soruşdum. Deməli aldığım cavabdan belə məlum oldu ki, Elvin Sadıxov rəsmi özü çəkməyib, sadəcə olaraq kitabın üz qabığını tərtib edib. Amma məncə üz qabığını bir az fərqli etmək olardı. Çünki kitabda əsas yaponların çay mərasimlərindən söhbət getdiyindən bununla bağlı bir rəsim də seçmək olardı.
Kitabdakı səhvlərə gəldikdə isə Elvin Sadıxov redakte səhvlərinin və lüğəti səhifənin altında verə bilməmələrinin səbəbini texniki problemlərlə əlaqələndirdi. Gənclərə bu kitabın redaktesi üçün heç bir redaktor köməyi olmadığından, onlar özləri bu kitabı redakte etmişdilər, sadəcə olaraq mətni yazdıqları proqramda bir sıra problemlər olduğundan nəşriyyat kitabın redakte edilməmiş versiyasın nəşr edib.
Düzün deyim ki, bu səbəblər olmasaydı sırf o səhvlərə görə kitabı oxumayacaqdım, hətta artıq kitabı bir kənara qoymuşdum. Sadəcə olaraq ilk işləri olduğundan bir əlimdə qələm səhvləri düzəldə-düzəldə kitabı oxumağa başladım =) Kitabda elə sözlər var idi ki, ulduzla lüğətdə bu söz var deyə qeyd olunsa da mən lüğətə diqqətlə baxıb o sözləri tapa bilmirdim. Yəni kitabda heç xoşlamadığım şey belə xırdalıqlar idi, çünki özümdən asılı deyil kitabda çox səhv olduqda kitab məni yorur və başımı ağrıdır.
Kitabın məzmununa gəldikdə isə Yasunari Kavabatanın digər kitablarındakı kimi burda da Yapon mədəniyyətindən, onların çay mərasimindən söhbət açılırdı.
Kikudzinin atasının gerçək bir eşqlə sevdiyi Xanım Oota-San itən sevgilinin ardından Kikudzini ölən sevgilisinin yerində görməyə başlayır. Kikudzi də qarşı qoyulmaz bir şəkildə Qadın Ootaya qarşı istək duymaqdadır. Qadın Ootanın qızı Fumiko isə anasının bu qəbul edilməz əlaqəsinin utancı altında əzilməkdədir. Fumiko hədsiz işarələrlə zəngin olan çay dəstlərini Kikudziyə hədiyyə etməsinə baxmayaraq, o günah duyğusundan xilas ola bilmir. Gün keçdikcə Fumiko da anasına bənzəyir və Kikudziyə aşiq olur..
Amma etiraf edim ki, mən nə qədər səbr etsəm də kitabı sonunacan oxumadan kənara qoydum. Çünki kitabdakı Fumikonun dağ səyahəti, 6 gün yazdığı məktublar məni lap darıxdırdı və mən kitabın son səhifələrinə baxıb sonun necə qurtaracağını bilmək istədim. Son isə heç gözləmədiyim kimi olur. Onu da burda deyib kitabı oxumaq istəyənlərin marağın öldürmək istəmirəm =)
Yasunari Kavabata haqqında internetdən maraqlananda onun ən məşhur 3 kitabı arasında olan əsərlər bunlar idi:
Izu no Odoriko 1927 (İzu Rəqqasəsi)
Yukiguni 1937 (Qar ölkəsi)
Nemureru bijo 1960 (Yatmış gözəllər).
Yazıçının həyatı haqqında kitabda Yasunari Kavabatanın dostunun ölümünü qəbul edə bilməyib öz ofisində intihar etdiyi yazılsa da, tapdığım məlumatlarda yazıçının dostlarına tez-tez "sağlığı yerində olmayan kövrək bir qoca olmaq istəmirəm" dediyini oxudum.
1972-ci ildə yazıçının öz ofisində dəm qazı ilə intihar etməsinin səbəbi isə hələ tam dəqiq heç kimə məlum deyil. Bəziləri bunu yazıçının səhhəti ilə bağlı olduğunu, bəziləri bilinməyən bir eşq hekayəsi olduğunu, bəziləri isə kitabda da qeyd olunduğu kimi ən yaxın dostunun ölümünü qəbul etməməsi kimi qeyd edib.
"Kitab adam yemir" klubunun ilk işi olduğunu,buna görə də müəyyən səhvləri ola biləcəyin nəzərə alıb, bütün bunlara baxmayaraq kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsi bu təşəbüsslərinə görə təbrik edirəm. Ən azından bir kitabı tərcümə etmək heç də asand iş deyil. Hələ onu öz hesabına nəşr etdirmək isə çox çətindir. İnşallah klubun bundan sonrakı işləri daha yaxşı və səhvsiz olar.
Kitabı yarımçıq qoymağım haqqında onu deyim ki, bunun tərcüməylə filan heç bir əlaqəsi yoxdu, sadəcə olaraq Fumikonun məktubları mənı darıxdırdı deyə kitabı yarımçıq qoydum. Hərhalda Çingiz Abdullayevin də elə kitabları olub ki, bu səbəbədən yarımçıq qoymuşam =)) ( Bu da bugün etdiyim başqa bir etiraf =)) )
Kitabdan seçdiyim qeydər:
Yaponlar şəxsi münasibətləri müzakirə etməyi sevmirlər. Adi bir hörmətsizlik yaponiyalı üçün təhqir edicidir. Onun aləmində hörmətsizlik edən şəxs öz simasını itirmiş kimi sayır.
Yaponlar həmişə diqqətli olub, heç vaxt öz şikayətləri və dərdləri ilə insanı yormağı xoşlamırlar. Uşaqlarına uşaqlıqdan hisslərini gizlətməyi və bunu etiraf etməyin mənasız olduğunu aşılayırlar.
Ehtiras çox böyük qüvvədir - bu qadınla çoxdankı yaxınlığa inamdır.
Əgər iki nəfər öz aralarında anlaşırsa, bunun necə baş verdiyi önəm daşımır.
Ehtirasın yaddaşı dəhşətli şeydir.
- Siz mənim arzum idiniz...
- Arzu?
- Bəli. Axı arzu - yalnız arzudur. O mümkün olmayandır. Mən də bu mümkünsüzlüklə barışdım.

Kitabda, atasını itirən Kikudzi atasının keçmiş məşuqəsi Hikako tərəfindən hazırlanan çay mərasiminə dəvət edilir. Qaranlıq ruhlu Hikako yalnız çay mərasimini deyil, sanki usta manevrlərlə kitab qəhrəmanlarının həyatının idarəsini əlinə alır.

Bu kitabı harda görsəz qaçın :)))
selam bloğunu tesadüfen buldum ne guzel yazmişsiniz herseyi, zevkle okudum
YanıtlaSilbenim blogumada beklerim
http://tatlikiraz.blogspot.nl/
Çox sağ olun) Hemen blogunuzun izleyicilerine katılıyorum)
YanıtlaSil