Bugün sizə "Kitab adam yemir" klubunun ərsəyə gətirdiyi yapon yazıçısı Yasunari Kavabatanın "Min durna" əsəri haqqında fikirlərimi yazmaq istəyirəm. İlk növbədə onu qeyd edim ki, mətbuatda, xəbər saytlarında, facebookda bu kitabın təqdimatı ilə bağlı xəbərlər çox yayımlandı. A nn.az saytında gördüyüm xəbərdəki bu sözlər mənim də diqqətimi çəkmişdi deyə təqdimatda iştirak etməyə qərar vermişdim: 23 iyun tarixində, saat 11:00-da ATGTİ-nin qərargahında klubun rəsmi açılış mərasimi və “Min durna” kitabının təqdimatı keçiriləcək. Mərasimdə ATGTİ-nin sədri Şahin İsmayılov, Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, kitabın ərsəyə gəlməsində yaxından iştirak etmiş gənclər və tələbələr iştirak edəcəklər. Eyni zamanda mərasimdə yapon mədəniyyəti (musiqi, simvollar, dil və s.) təqdim olunacaq. Təqdimata getməyimin əsas səbəbi Yapon mədəniyyətinə olan marağım idi. Düzdür təqdimatda yapon musiqisi var idi, qulaq asırdıq və bu çox xoş təsir bağışlamışdı. Amma ç ox tə...