Requiem for a dream (2000)
İnsan psixologiyasın sarsıdan bir film!
Bu gün sizə bir neçə gün öncə baxdığım, amma
heç vaxt unutmayacağım bir film haqqında yazmaq istəyirəm. Bəlkə də bir
çoxlarınız bu filmə illər öncə baxıb, çünki film 2000-ci il istehsalıdır.
Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü 1987-ci ildə Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.
“Requiem for a dream” - narkotikanın səbəb olduğu ailə faciəsi haqqında bir tragediyadır. Narkotikanın zərərlərindən, ziyanlarından, necə dəhşətli bir şey olduğu haqqında televiziya proqramlarında, məktəblərdə, universitetlərdə və başqa bir çox yerlərdə tez-tez ətrafımızdakılardan eşidirik, amma sanki deyilənləri tam olaraq dərk etmirik.
Baxmayanlar isə yazacaqlarımı oxuduqdan sonra məsləhət bilsə mütləq bu filmə baxsın. Məsləhət bilsəniz deyirəm, çünki bu filmə baxmaq üçün həm ən azı 18 yaşınız olmalıdır (18+), həm də güclü sinir sisteminə sahib olmalısınız. Film özü 1987-ci ildə Hubert Selby Jr-in yazdığı eyni adlı roman əsasında səhnələşdirilib.
“Requiem for a dream” - narkotikanın səbəb olduğu ailə faciəsi haqqında bir tragediyadır. Narkotikanın zərərlərindən, ziyanlarından, necə dəhşətli bir şey olduğu haqqında televiziya proqramlarında, məktəblərdə, universitetlərdə və başqa bir çox yerlərdə tez-tez ətrafımızdakılardan eşidirik, amma sanki deyilənləri tam olaraq dərk etmirik.
Ən azından bütün bunların az da olsa təsiri olsaydı, məncə, məktəbli vaxtı narkotikanın fəsadlarından eşidən birisi universitetə daxil olduqdan sonra ondan istifadə etmək haqqında düşünməzdi belə.

Hələ narkotika bir
qırağa, arıqlamaq üçün gecə-gündüz tərkibin bilmədiyi dərmanları, həbləri qəbul
edən yazıqları demirəm... O arıqlama dərmanlarının, çaylarının insana ziyanı olduğunu
bilirdim. Ən azından onu bilirəm ki, arıqladan məhsul kimi reklamı gedən çay
insan bağırsaqlarına qurd salır və beləliklə insanın iştahasi kəsilir. Amma indi
siz düşünün... İdmanla, bir az az yeməklə verə biləcəyiniz 5-10 kiloya görə
orqanizminizi o günə qoymağa dəyərmi?
Hələ mən ən yaxşı
variantı dedim. Bu filmə baxdıqdan və o həblərin “bağımlılıq” etdiyini bildikdən
sonra, inanmıram ki, kimsə o dərmanları kiməsə məsləhət bilə.

Uzun müddətdir ki, bəlkə belə güclü çəkilişli bir filmə baxmırdım. Düşünün, filmə baxmağa başladığınız ilk andan etibarən film sizi özünə elə çəkir ki, bir az vaxt keçdikdən sonra artıq siz özünüzü filmin içərisində hiss edirsiniz.
Hələ mən bu filmə
baxanda necə həyəcan keçirmişəm onu Allah bilir. Hətta bir ara istəyirdim,
notebook-u bağlıyıb bir kənara atım. Ona görə deyirəm bu filmə güclü sinir
sistemi olan insanlar baxsın. Yoxsa siz də mənim vəziyyətimə düşərsiz...
Filmin soundtrackin isə
yəqin ki, aramızda eşitməyən yoxdur. Çünki televiziya verlişlərində, xəbərlərdə,
əsasən də kriminal proqramlarda da tez-tez bu musiqini səsləndirillər, sadəcə
olaraq mən o musiqinin məhz bu filmə məxsus olduğunu bilmirdim. Onu da qeyd
edim ki, xəbərlərdən başqa, bu musiqi, yəni
"Winter: Lux Aeterna" Da Vinçi
Şifrəsi və Yüzüklerin Efendisi filmlərində də istifadə edilmişdir.

Siz hələ filmin rəsmi web
səhifəsindən danışın... Tam filmə uyğun bir sayt yaradıblar.
Adamlar işin ustasıdır, sözün belə yerdə deyərlər. Sayt da elə film qədər insanda maraq oyadır. Ona görə də maraqlananlar üçün linkin paylaşıram. İstəsəz siz də bir göz atın: http://www.requiemforadream.com/
Adamlar işin ustasıdır, sözün belə yerdə deyərlər. Sayt da elə film qədər insanda maraq oyadır. Ona görə də maraqlananlar üçün linkin paylaşıram. İstəsəz siz də bir göz atın: http://www.requiemforadream.com/
Nəysə, bu film məni
alt-üst elədi desəm, yanılmaram. Narkomaniya ilə bağlı çəkilmiş bəlkə də ən gözəl
film, ən uğurlu layihədir. Mən istərdim, bu filmdən bəzi kadrları kəsərək bizim
tv kanallarda da tez-tez yayımlasınlar ki, qoy bu zəhəri nə vaxtsa çəkməyi
düşünən yeniyetmələr sonlarının necə olacağını görsün. O mələtin onları ağ günə
çıxarmayacağını qoy indidən başa düşsünlər. Çünki, məncə, deyilən heç bir söz
bu film qədər onları sarsıda bilməz!
Məni narahat edən odur
ki, indi bəzi gənclər elə bilir ki, bu çəkdikləri uyuşdurucular onların azad,
heç kimdən asılı olmadıqlarını, müasir, pullu qaqaş olduqlarını, filan sübut
edir... Amma inanın mənə, bu uyuşdurucu yuxarıda sadaladıqlarımdam heç birinin
yox, məhz onların necə ağılsız, yazıq və bədbəxt olduğundan xəbər verir. Gərək
insan necə ağılsız ola ki, göz görə-görə öz əlləri ilə diri ikən qəbrin qaza,
özünü ölümə sürükləyə...
Bir sözlə, möhtəşəm film idi.
Bayaqdan bu yazını yazdıqca həyəcandan yenə əllərim buz kəsdi. Ona görə də ən
yaxşısı yazımı elə burdaca sonlandırım. 18+ səhnələrin bəzi hissələrdə sinirlərinizlə
oynayacağını, psixologiyanızı nəzərə
alaraq, bu filmə baxıb-baxmamağınıza artıq siz qərar verin. Yenə dəyirəm, əsəb
sistemi zəif olanlar izləməsin, çünki çox sarsıla bilər. İnanın ki, 1-2 günə
unuda biləcəyiniz bir film deyil...
Mən baxmamışam bu filmə... Amma baxacam.Təşəkkürlər paylaşım üçün.Darron Aronofskinin filmiymiş...Bu rejissoru yadımdadır kimsə tərifləmişdi mənə...Yeri gəlmişkən Arzu bu gün bir filmə baxdım mən də..Çatdırsam blogda yazacam o barədə.Qəribə film idi. -- Carpe Diem
YanıtlaSilMən heç vaxt aktyorların ya da rejissorların adların yadım da saxlamıra :) bu da mənim mənfi xüüsusiyətlərimdən biridi hərhalda.
YanıtlaSilYazını gözləyəcəm) görüm hansı kinoymuş elə maraqlı və qəribə
Tesekkurler Arzu, duzu hec baxmag istemezdim, cunki adami cox gergin veziyete salir, yeni il gabagi bu ne idi? :) zaraftsiz, cox gozel film idi, dahasi narkomaniya hagda en yaxsi film deyerem. minnetdaram :)
YanıtlaSilBeyendiyine sevindim :) amma onu duz deyisen ki, hec de yeni il qabagi baxilasi film deyildi)))
YanıtlaSilmaraqli kinoya benzeyir... indi axtariw verib baxacam :)
YanıtlaSilMaraqlı və bir o qədər də təsirli... Bu kino heç vaxt mənim yadımdan çıxmaz...
Silbunu burdan tiklayib baxma qolar ya nece?/
YanıtlaSil