GAYların Sevgisindən bəhs edən kitab!

Kulinin yaradıcılığıyla tanışlığım isə “Gizli anların Yolcusu” kitabı ilə oldu. Düzü
kitabın nədən bəhs etdiyini bilmədən, Ali Ninoda 70% endirimli olduğuna görə
almışdım =)
Kitabın arxa qapağında oxuduqlarım da kitabda nədən
bəhs edildi haqda heç bir ipucu vermirdi. Ona görə də oxuduqca nə ilə
qarşılaşacağımı təxmin belə edə bilmirdim.Deməli kitab İlhami adında birinin həyatı ilə bağlıdır. O, öz oğlunu avtomobil qəzasında itirir. Lakin bu qəza ilə İlhami sadəcə oğlunu deyil, oğlunu itirdiyinə görə dünyadan əlini üzən həyat yoldaşını da mənən itirmiş sayılır. Həyat yoldaşı İlhamidən uzaqlaşıb oğlunun yasın saxladıqca İlhami də bu evlilikdən əlini üzür və gündən-günə yoldaşından soyuyur.
Yoldaşından soyuduqca isə iş yerində birgə
çalışdığı xanım dostuna meyl edir və tez-tez onun evinin “qonağı” olur. Amma
İlhaminin həyatındakı əsas dəyişiklik bu
xanım olmur! Kitabın məhz
dönüş nöqtəsi İlhaminin sahibi olduğu nəşriyyat evində çalışan işçisi Bora ilə
getdiyi bir yol səfərində baş verir. Bora sakit, özünəgörə bir oğlandır. Amma sən
demə onun bu sakitliyinin altında başqa sirrlər yatırmış. Sən demə o müdiri
İlhami bəyi sevirmiş...
Bu iki kişinin sevgisi də məhz həmin sərxoş
olduqları bir gecədə başlayır. Kitabda bu sevgi hər xırdalığına qədər elə təsvir
olunur ki, şəxsən mən oxuduqlarıma inana bilmirdim.
Buyurun İlhaminin Borayla keçirdiyi o gecədən sonra
düşündüklərini sizinlə paylaşmaq istəyirəm:
İçimde ne pişmanlık vardı, hayrettir, ne de utanç...
Yüreğimde sadece sevgi vardı. Onulmaz, tarifsiz bir
sevgi. Öyle bir sevgi ki, ne ilk sevdalarımda, ne karıma çok aşık olduğum
delikanlılık çağımda ne de kaçamaklarımda böyle yoğun hissedilmemiş, tuhaf bir
sevgi.
Yüreğim dün akşam kollarımda tuttuğum genç insanı
korumak, kollamak, onu mutlu etmek, gönlünü hoş tutmak, acılarını unutturmak
istiyordu, bedenimse sadece onu. Ona dokunmak, sarılmak, gözlerinin içine
bakmak, gür saçlarına parmaklarımı daldırmak, sonra saçlarından çekerek yüzünü
yüzüme yaklaştırıp, nefesini yüzümde hissetmek, dilimle dudaklarını aralayıp
beyaz dişlerine değmek, onu öpmek, onu heyecanlandırmak, heyacanlandığını
görmekten haz almak……onu hissetmek, varlığını, sevgisini, bağlılığını
hissetmek…
Bugüne kadar hayalimde dahi canlandıramayacağım bir aşkla sevmek birini…Onun aşığı olmak, maşuku olmak, babası olmak, ağabeyi, dostu, arkadaşı, yareni olmak, hamisi olmak, ruh ikizi, eşi, efendisi, kulu-kölesi, hocası, müridi olmak!
Bugüne kadar hayalimde dahi canlandıramayacağım bir aşkla sevmek birini…Onun aşığı olmak, maşuku olmak, babası olmak, ağabeyi, dostu, arkadaşı, yareni olmak, hamisi olmak, ruh ikizi, eşi, efendisi, kulu-kölesi, hocası, müridi olmak!
Bütün bunlar azmış kimi İlhaminin qızı da Boraya aşiq
olur və ata öz qızını “sevgilisi” Boraya qısqanır!
Kitabda maraqlı hadisələr
çoxdur, amma bütün bunları burda yazmaq istəmirəm. Çünki ola bilsin ki,
aramızda kitabı alıb oxumaq istəyənlər var.
Sonda onu da qeyd edim ki, bu kitabın davamı olaraq Ayşe
Kulin “Boranın kitabı” n da 2012-ci ildə qələmə
almışdır. Nə vaxtsa o kitabda endirimlə qabağıma çıxsa alıb oxuyacam =)))
Çünki Boranın həyatındakı bəzi şeylər
hələ də mənə müəmmalı qaldı. Yəqin qalan suallarıma o kitabda cavab tapacam.
Kitabdan seçdiklərim:
Bir alkoliği taşımanın, kederden yaşama sevincini
yitirmiş birini taşımakdan daha kolay olduğuna emindim.
Karda yürüryüp
izini belli etmeyenler var
aramızda!
P.S: Bu arada Ayşe Kulinin 70 yaşı varmış =) 70
yaşın ola belə müasir kitab yazasan)))
Ayşe Kulinin kitabı haqqında reportajına baxmaq istəyənlər
buyurub bu videoya baxa bilər.
P.S: Sevərək oxuduğum, axıcı bir kitab idi. Yəqin ki, unudulmazlar arasında olacaq. Amma 5 ballıq deyildi)
Tebrikler, maraqali kitabdir, en azindan movzu kimi yenilik var. sene bol sans :)
YanıtlaSilÇox sağ ol,Rövşən =)
YanıtlaSilOxumuş kimi oldum çox sağ ol ) Ayşe Kulinin "Hayat - dürbünümdə kırk sənə" romanını oxumuşam.Bu romanı da həddindən artıq maraqlıdır.Və elə ciddi təəssürat bağışladı bu romanda.. Sənin barəsində yazdığın kitabı oxumaq çox maraqlı olar hər halda."Ağır tərz" bu romanda necə təəssürat bağışlayır )
YanıtlaSilEslinde bu kitabi insana yeni maraqli nelerse oyretmir, sadece olaraq hal-hazirda bele seylerin var oldugun xatirladir. yeni bos vaxtda oxumaq olar.
YanıtlaSil"Hayat durbunumdeki 40 sene" avto-bioqrafiya terzindeydi ya nece? Cunki deyilerler ki, Ayse Kulin esas tarixi ve acvto-bioqrafi mezmunlu kitablar yazir.
Bəli avtobioqrafik romandır.Çox uzundur hardasa 700 səhifədən çox idi.Həyatının 23 yaşına qədər olan dövründən bəhs edir.Ta uşaqlığından 23 yaşınadək olan dövr barədə ətraflı yazıb.Həm öz həyatında olanlar, həm də yaşadığı dövrdə baş verən ictimai hadisələr... Amma maraqlı romandır həqiqətən.O romanın davamı kimi "Hüzün-dürbünümdən kırk sene" romanını yazıb.Onu oxumamışam.Hər iki roman 2011 -ci ildə ən çox satılan romanlar olub, uğur qazanıb.
YanıtlaSilNe yaxsi... o kitablari mutleq oxumaq lazimdir onda) Melumat ucun tesekkurler :)
YanıtlaSil