Erich Fromm - Sevmək sənəti
Həqiqətənmi
məhəbbət bir sənətdir? Sevməyi məgər kitablardan öyrənə bilərikmi?
Bugün
sizə haqqında yazacağım kitabı məhz adı diqqətimi çəkdiyi üçün almışdım. Adından da göründüyü kimi sevmək nəzəriyyəsindən, sevməyin özünün də bir sənət
olduğundan bəhs edən bu kitab məşhur alman filosofu və psixoloqu Erich Fromma məxsusdur.
Erich Frommun bir çox dillərə tərcümə olunmuş, dünyaca məşhur kitabları olsa da, “Sevmək sənəti” mənim oxuduğum ilk kitabı idi.
Düzün demək lazımdırsa, mən kitabdan
gözlədiyimi ala bilmədim. Bəlkə də tərcümənin
yaxşı olmaması kitabı bu qədər sıxıcı və darıxdırıcı etmişdi.Erich Frommun bir çox dillərə tərcümə olunmuş, dünyaca məşhur kitabları olsa da, “Sevmək sənəti” mənim oxuduğum ilk kitabı idi.
Kitabda sadəcə olaraq sevməyin növlərindən bəhs edilir və insanın psixoloji vəziyyətlərinin elmi adları açıqlanıb. Bundan başqa kitabın diqqət çəkən bir tərəfi yoxdur. Kitabın qiyməti 3.90 AZNdir. Lakin məncə, siz bu kitab əvəzinə daha maraqlı bir kitab ala bilərsiz.
Amma
yenə də oxumaq istəyənlər üçün qeyd edim ki, bir neçə saata oxuyub bitirilə biləcək qısa bir
kitabdır.
Kitabdan seçdiklərim:
Müasir
insan üçün xoşbəxtlik mağaza vitrinlərini həyəcanla seyr etmək və maddi şəraitin
imkan verdiyi hər şeyi almaqdan ibarətdir: nağd və ya kredit yolu ilə.
20-ci
illərdə canıbərk və həssas, siqaret çəkən və spirtli içkilərə meylli olan
qızlar cəlbedici sayılırdı. İndi isə sadə və qənaətcil xanımlar dəbdədir.
Əgər
sizin sevginiz qarşılıqsızdırsa, yəni məhəbbətinizdən məhəbbət doğmursa; əgər məhəbbətinizi
biruzə verməklə qarşılıq alaraq sevilən olmadınızsa, deməli, sizin məhəbbətiniz
zəifdir, o gücsüzdür.
“Hörmət”
sözü polyak dilində "uwazac" sözündən əmələ gəlməklə, diqqətcil olmaq, göz olmaq
mənasını daşıyır.
Uşaq
məhəbbəti “Mən sevildiyim üçün sevirəm” prinsipinə söykənir.
Yetkin
məhəbbətin əsasını “Mən sevdiyim üçün sevilirəm” prinsipi təşkil edir.
Yetişməmiş
məhəbbət “Sən mənim gərəyim olduğun üçün səni sevirəm”,
Yetişmiş
məhəbbət isə “Sən mənə səni sevdiyim üçün lazımsan” kimi ifadə olunur.
Bir
insan başqalarına tamamilə laqeyd qalaraq yalnız bir adamı sevirsə, onun
sevgisi məhəbbət yox, sadəcə simbioz bağlılıq, başqa sözlə desək, geniş
yayılmış eqoizmdir.
Bir-birindən
başqa heç kimi sevməyən iki şəxsə tez-tez rast gəlinir. Əslində, onların məhəbbəti
nə az, nə çox “a deux” – özünəvurğunluqdur.
Narsissizm
(özündənrazılıq, özünəvurğunluq) insan
inkişafının ən erkən dövrüdür və bu dövrə qayıtmış insan artıq sevmək qabiliyyətində
olmur. Bu halın son həddi artıq ruhi xəstəlikdir.
Eqoist
özünü həddən artıq çox yox, daha doğrusu, həddən artıq az istəyir, əslində isə
o, özünə nifrət edir.
P.S: Bu kitabla bağlı beklentilerim çox idi, amma çox təəssüf ki, sadəcə hayal kırıklığı yaşadım.
Bərbad tərcüməylə birlikdə kitab çəkilməz olmuşdu.
P.S: Bu kitabla bağlı beklentilerim çox idi, amma çox təəssüf ki, sadəcə hayal kırıklığı yaşadım.
Bərbad tərcüməylə birlikdə kitab çəkilməz olmuşdu.
Yorumlar
Yorum Gönder