Debbie Macomber - Gül Limanı oteli


Debbie Macomber – qadın romanlarının öndə gələn isimlərindən biridir. Onun romanları dünyada indiyə qədər 150 milyondan daha çox satılıb. Bu yazıçının adın “Küçük mucizeler dükkanı” kitabı ilə çox eştmişdim, amma hələ heç bir kitabın oxumaq qismət olmamışdı. Nəhayət bir neçə həftə öncə Ali Ninoda həftənin 70% endirimli kitabları içərisində bu xanımın adın görən kimi kitab haqqında heç bir məlumatım olmasa belə kitabın aldım. Çünki bu Debbie Macomber ilə tanış olmaq üçün gözəl bir fürsət idi :)

Kitabın adı və üz qabığı çox maraqlıdır: Gül Limanı oteli. Bəli, kitab belə adlanır. Kitabı aldığım gün elə oxumağa başlamışdım. O leysan kimi yağan yağışda mən isti evimizdə oturub bu kitabı büyük keyifle oxuyurdum)

Düzü kitab məni heç darıxdırmadı, çünki yazıçının çox axıcı və səlis dili varıydı. Kitab 381 səhifə olsa da, mənə elə gəlir ki, 10 səhifəlik maraqlı bir hekayə oxumuşam. Hətta kitab qurtarandan sonraa “eee gül kimi oxuyurdum da niyə qutardı” da demişdim :)

Kitabda ərinin ölümündən sonra yaşadığı şəhərdən uzaqlaşaraq bir qəsəbəyə köçən və burda otel açan Jo Marie Rose adlı bir xanımdan bəhs edilir. Otelin niyə məhz bu cür adlandığının da özəl bir səbəbi var əslində. 

Kitabda xoşuma gələn fərqlilik o idi ki, kitab bölmələrə ayrılmışdı və hər bölmədə birinin həyatından bəhs edilirdi. Məsəlçün, burda birinci bölmə də otelin sahibi Jo Mariedən, ikinci də otele qonaq gələn Josh və üçüncü olaraq da digər qonaq Abby idi hədəfdə. Bu qonaqların hamısının özünə məxsus problemləri var idi.

Abby bu qəsəbəyə, yəni Sedir Koyuya gəlmək istəmirdi. Çünki o, çox uzun illər öncə burda idarə etdiyi avtomobillə qəzaya uğrayaraq ən yaxın rəfiqəsinin ölümünə səbəb olmuşdu. Məhz bu səbəbdən çox uzaqlara, Floridaya köçən Abby hər kəsdən, hər şeydən qaçmışdı.

Joshun isə bu qəsəbəyə geri dönməsinə səbəb ölüm yatağıda olan ögey atası idi. Josh və ögey atası Richardın araları heç yaxşı deyildi, həyat yoldaşını və öz doğma oğlunu itirən Richard Josha sağ qaldığına görə nifrətdolu gözlərlə baxır, onu yanında istəmirdi.

Gördüyünüz kimi kitabda 3 fərqli insanın maraqlı həyat hekayələri qələmə alınıb. Hətta bu hekayələr o qədər gerçəkci yazılıb ki, kitabı oxuyarkən o hissləri qəhrəmanlarla birgə yaşayıb, onların hüzünlərinə ortaq olursuz.

 Gül limanı oteli - oxuyarkən huzur tapacağınız maraqlı bir kitabdır. 

Mən isə bir daha bu xanım yazıçının endirimli kitabını görsəm fürsəti qaçırmayıb dərhal alıb keyiflə oxumağı düşünürəm...

Çünki o cür axıcı yazının dadı damağımda qaldı =)


Yorumlar

  1. belə təriflədiyinə görə 100% oxumalı kitabdı. yazdım bunuda listə, axıcı kitabları sevirəm :)

    YanıtlaSil
    Yanıtlar
    1. Axıcı, maraqlı kitabıydı) Amma bəlkə də oğlanlara maraqsız gələ bilər)

      Sil
    2. digər oğlanları deyə bilmərəm ama mən oxuyaram, kitaba fərq qoymuram :)

      Sil
    3. :) kitabın öz qiyməti Ali Ninoda 12.50 idi. amma men endirimde texmini 4 manata aldim) amma düzün deyim ki, o kitaba 12 manat verməyə heyfim gələrdi :)

      Sil
  2. Mənimçün çox maraqlıdı indi gören Azərbaycanda şagirdlər,tələbələr Azərbaycan vəya dünya klassiklərindən bir şey oxuyur yoxsa yox?...

    YanıtlaSil
    Yanıtlar
    1. Məncə oxuyanlar var :) Düzü sırası gəlsə mən də oxuyacam))) Amma hələ ki, müasir dünya ədəbiyyatından oxuyuram)

      Sil
  3. Salam men bu yazicinin 5 kitabini sifaris vermisem Turkiyeden getirirler hal -hazirda --5 li kitab setidir---

    Küçük Mucizeler Dükkanı
    Bir Yumak Mutluluk
    Bahçemde Yeşeren Umutlar
    Mucizeler Dükkanına Dönüş
    Bir Dilekle Başladı Her Şey


    ve kimse nese oxumaga istese meslehet gore bilerem

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan