Əli Xəyyam - Deyil



Bugün sizə əvvəlkilərdən fərqli olaraq gənc şairlərimizdən birinin kitabı haqqında yazacam. Blogumu izləyənlər bilir ki, nədənsə daha çox dünya ədəbiyyatından oxuyuram. Bəlkə də öz kitablarımızdan küsməyimə səbəb bizim nəşriyyatların çıxartdığı keyfiyyətsiz kitablardır. 

Əli Xəyyamın "Deyil" kitabın da mən almamışam, sadəcə olaraq dostlarımdan Aynurun paylaşdığı bir şeir marağımı çəkmişdi və mən yazıçını başqasıyla səhv salmışdım :)))
Yazıçının adı Əli Xəyyamdı, məndə ki, yuxulu olmuşam deyəsən, ona görə yanlışlıqla Ömər Xəyyam oxumuşam :D 

Sağ olsun Aynur kitabı mənə oxumağa verdi.  Kitab dediyim 72 səhifəlikdi və içində maraqlı şeirlər var. Amma bu siz bildiyiniz şeirlərdən deyil, əzizlərim :)


 Demək olar ki, bu şeirlərin qafiyəsi filan yoxdu. Ədəbiyyatdan məlumatım olmadığı üçün bu üsluba nə deyildiyin bilmirəm, amma kitabda yapon şeir forması olan “hokku” üslubunun varlığından xəbərim oldu. Sən demə bu misralar hokku üslubu sayılır:

Sən gələndə ağac idim,
Sən getdin kitab oldum.

Ümumi kitab haqqında onu deyim ki, içində maraqlı misralar vardı, amma nə yalan deyim mən daha çoxun gözləyirdim.  Bu kitabı oxuyandan sonra Əlinin "Kitab oxumaq nədir? " deyə bir çıxışın izlədim, onda başa düşdüm ki, bu insanda yazdıqlarından daha çoxu var. Hələ tam olaraq istədiyi kimi yazmır, əminəm ki, bu yazdıqlarından qat-qat yaxşısın yaza bilər. Sadəcə olaraq bir az zaman lazımdır. Yazıçının özünə hörmətim sırf bu çıxışına görə birə-on artdı, inşallah 2-ci kitabın da alıb oxuyacam. 

Əli Xəyyam artıq 2 kitab müəllifidir. Biri mən oxuduğum "Deyil", digəri isə "Yozumsuz Yuxuların Sabahı".  Bir dənə də şeir albomu var, o da "Xamuş" adlanır. İnternətdən hər biri haqqında ətraflı məlumat ala bilərsiz.

Buyurun bu da kitabdan misralar: 



Ey hamının bir-birini pilləkan kimi gördüyü şəhər....



Ümidxanamı bir şərəfsizin yanğınında itirdim mən....

Sonda onu da deyim ki, Əli Xəyyamın "Kitab oxumaq" haqqındakı videosuna bura tıklayaraq baxa bilərsiz. Çıxışda çox gözəl fikirlər varıydı. Təkrar-təkrar qulaq asmaq istəyir insan..

Videoya baxmağa vaxtı olmayanlara çox bəyəndiyim, mənə maraqlı gələn bir rəvayəti yazmaq istəyirəm. 

Rəvayətə görə ilk sual Cənnətdə ilan Həvvaya yaxınlaşıb ona almanı verdiyi zaman yaranıb. İlan almanı Həvvaya uzadıb və deyib ye bunu. Beləliklə Həvvanın beynində ilk sual yaranıb: Yeyim ya yox??? Baxın məhz sual işarəsi də buna görə ilan formasındadır. İşarənin aşağısındakı nöqtə isə o almadır...

Yorumlar

  1. bilmirəm bəlkədə oxuyanda mən duygusaldaydım ya nəsə başqa bir şey ama mənim hədsiz dərəcədə çox xoşuma gəlmişdi. bir şeydə var ki, mən bu insanın deməy olar ki, bütün mahnıları (şeirləri)nə qulaq asmışam və oxuyanda istər istəməz onun vurğusuyla canlanırdı beynimdə sətirlər . üzümdəki təbəssümə əngəl ola bilmirdim. sevirəm bu adamı.

    YanıtlaSil
  2. Xeyyamin bir cox sheirlerin oxumusham, ferqli üslubda yazir, ona göre de adeten her kes beyenmir seirlerini. Ama kifayet qeder gesheng yazir. Birde qeyd eliyim mende öz kitablarimiza ve yaziçilarimiza küsmüshdüm ama Azer isaakin kitablari meni yeniden barishdirdi :)

    YanıtlaSil
  3. Salam Arzu, yenede gozel paylasim idi..Esasende sonda verilen revayet oxunmaga deyerdi.

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan