Lazer Göz Əməliyyatı
Salam, dostlar.
Uzun müddət buralarda
olmamağımın səbəbi lazer göz əməliyyatı olmağım idi. Bugünkü yazım da sırf bu əməliyyatla bağlı olacaq.
İnternetdə bu
haqqda məlumatlar ancaq klinikalar tərəfindən verildiyindən, mən də həmin əməliyyatı
keçirən bir insan kimi öz təcrübələrimi sizinlə bölüşmək istədim.
Yəqin
indi bu yazını oxuyanların arasında mənim kimi uzaq görmə problemi olan, 40
saniyədə eynəkdən azad olmaq istəyən dostlarım var. Əməliyyat haqqında düşünən,
bir qədər tərəddüd edən, sualları olan dostlarım üçün bütün bu prosesi ətraflı
yazmağa çalışacam.
İlk öncə
onu deyim ki, mən Celamic Göz Klinikasında əməliyyat olunmuşam. Ona görə də bu yazımı o klinakada görüb eşitdiklərim əsasında yazmışmam.
Lazerlə
bıçaqsız Göz Əməliyyatı zərərsizdirsə, bəs niyə həkimlər özü eynək taxır?
Bir çox adam bu sualı düşünərək əməliyyatdan imtina
edir. Amma inanın mənə bu əməliyyatın zərərli olması ilə əlaqədar deyil. Məsəlçün,
mənim həkimim özü eynək taxmırdı, amma eynək taxanlar da ya yaşlarına görə əməliyyat
olunmayanlar, ya da eynəyin onlara ayrı bir xarizma verdiyin düşünənlərdi =)
Əməliyyata girməmişdən öncə biz də bir çox həkimdən bu əməliyyatın
məsləhət olub olmadığın soruşmuşduq, hamısı da məsləhətlidir, əgər gözü
uyğundursa, mütləq əməliyyat elətdirin,
canı qutarsın deyirdi =)
Kimlər
bu əməliyyatı seçməlidir:
Mən əməliyyat olundum, çünki gözüm həm çox zəifləmişdi,
həm də eynəkdən, linzadan artıq bezmişdim. 6-cı sinifdən bəri eynək, son 2 ildə
isə optik linzadan istifadə edirdim.
Eynəyi taxmağı bir çox səbəbdən sevmirəm. Linza isə
elə bir şeydir ki, həm zaman keçdikcə gözü zəiflədir, buynuz qişasın nazikləşdirir,
həm də ki, arada gözdə qıcıqlanma, qaşınma edir.
Əgər bunlardan artıq bezmisizsə, onda əməliyyat
haqqda düşünün, amma yox halınızdan
razısızsa, onda əməliyyatı unudun getsin =)
Kimlər
əməliyyat oluna bilər:
Deməli, 19 yaşı tamam olmuş hər kəs müayinədən
sonra əgər gözləri əməliyyata uyğundursa, əməliyyat oluna bilər. 19 yaşından
öncə olmaz, çünki insan gözü bu yaşa qədər zəifləməyə meyillidir.
Neçə
dərəcəyə qədər olan gözlər düzəldilir?
-12.00 D qədər miyopiya (uzaq görmə), -6.00 D qədər
astiqmatizm.
+6.00 D qədər hiperopiya (yaxın görmə), + 5.00 D qədər
astiqmatizm.
Məsəlçün, əməliyyata
girəndə mənim gözüm -4, astiqmatizm isə 0,75 idi.
Əməliyyat olunmamışdan öncə gözün müayinədən keçməsi
vacibdir. Müayinənin qiyməti Celamic-də 100 manat idi. 100 manat ödədikdən
sonra ordakı 6 aparatdan keçirsiz.
Yəni gözünüz hər tərəfli, zəifliyindən əlavə,
göz dibi, buynuz qişasına qədər yoxlanılır, göstəriciləri qeyd edilir. Sonra isə
bu müayinənin cavablarını Türkiyəyə cərraha göndərir, ondan əməliyyata uyğun
olub olmadığı haqqda cavab gözlənilir.
Müayinənin
cavabları nə qədər vaxta gəlir və müayinədən nə qədər sonra əməliyyat olunmaq
olar?
Deməli, müayinənin cavabları təxmini 1 həftəyə gəlir.
Sizə zəng edərək gözləriniz əməliyyata uyğun olub olmadığı haqqda məlumat
verilir. Əgər cərrah uyğun görübsə, elə müayinə olunduğunuz ayın sonu əməliyyat
olunmağınız sizə təklif edilir. Əgər istəsəz həmin ay əməliyyat oluna bilərsiz,
amma yox, “qoy bir az düşünüm, o biri
aylarda əməliyyat olunaram” deyirsizsə,
onu bilin ki, müayinənin cavabları ancaq 6 ay üçün keçərlidir. Yəni, əgər
müayinədən 6 ay keçəndən sonra əməliyyat olunmaq istəsəz, gərək yenə100 manat
verib bir də müayinə olunasız.
Əməliyyat qorxulu heç bir şey olmadığından, məndən
sizə məsləhət, elə həkim uyğun gördüyü vaxtda əməliyyat olunun. Nə qədər tez
olsa o qədər tez canınız qurtarar eynəkdən.
Əməliyyatın
qiyməti? Qorxuludurmu? Narkoz verilirmi?
Deməli, əməliyyatın qiyməti hər göz üçün 600
manatdır. Məsəlçün, mən iki gözümdən əməliyyat olunduğumdan 1200 manat ödəmişdik.
Yəni bu pulun müayinə ilə heç bir əlaqəsi yoxdur. Müayinə ilə birlikdə cəmi
1300 manata gəlib çıxır.
Əməliyyat
heç qorxulu deyil. Yəni diş həkimində şəxsən mən ondan çox qorxuram :D
Bircə əməliyyat
otağına o xalatla, başda papaqla filan girib əməliyyat masasına uzananda adam bir
az qorxur o qədər. Onda da həkim adamı
sakitləşdirir, heyecan yok, stress yok, rahat ol filan deyir)
Əməliyyatın
ən gülməli anı:
Orda adamın gözünə lazer veriləndə tap-tap-tap səs
gəlir. Elə bil dalbadal atəş açıllar. Mən də o həngamədə ürəyimdə o lazer işığına deyirdim
ki, “lan erkeksiniz tek-tek gelin, bu ne böyle?!” :D düzdü, belə deməyi sizə məsləhət görmürəm, amma rahat olub əməliyyatdan qorxmayın.
Əməliyyatda
gözdə ağrı hiss edilirmi?
Gözə keyidici damlalar tökdüyündən gözünüz heç bir
ağrını hiss etmir. Həkim dediyi kimi qırmızı işığa baxırsız, o qədər.
Əməliyyat
nə qədər çəkir?
Əməliyyat hər göz üçün təxminən 10 dəqiqə çəkir. 20
saniyə bir aparata baxırsız, 40 saniyədə qırmızı lazer işığına baxırsız, qalan vaxt isə ancaq həkimin işinə gedir.
Əməliyyatdan
sonra ağrı heç olmur?
Əlbəttə ki, olur. Oda ki, baş ağrısı filan. Əməliyyatdan
sonra 1 gün boyunca gözünüzdən yaş axır, başınız ağrıyır, hətta mənim çənəm,
qulağım, dişlərimə qədər ağrıyırdım. O ağrılar da “Spazmaqol” vasitəsilə keçdi
getdi. Yəni dözülməyəcək ağrılar deyil. Yaxşı görmək üçün onlara dözməyə dəyərdi.
Əməliyyatdan
sonra göz necə görür?
Əməliyyatdan sonra 20 gün filan göz bulanıq görür,
yəni bu normal haldır. Gözüm bulanıq
görsə də, ətrafı elə eynək taxmış kimi görürəm. Həkimim verdiyi damcıları
istifadə etdikcə, gün keçdikcə hiss edirəm ki, o bulanıqlıq da keçib gedir. Hətta
indi gözlərim elə yaxşı görür ki, arada elə bilirəm linza taxmışam deyə belə
görürəm, gedib linzalarımı çıxartmaq istəyirəm =)
Əməliyyatda
qan olurmu?
Əməliyyatda deyil, amma əməliyyatdan sonra bəzi
insanların gözünə qan düşür. Məsəlçün, mənim sağ gözümdə qan çox idi, o da həkim
dedi ki, 10-15 günə çəkilib gedir. Artıq əməliyyatımdan bir həftə keçib və
doğrudan da görürəm ki, gözümdəki qan da solub. Yəni, o qan elə də problem
deyil.
Əməliyyatdan
sonra nələr olar, nələr olmaz?
Əməliyyatdan sonra sizə 1 ay boyunca çölə çıxanda
gün eynəyi taxmağı tapşırırlar. Bu həm günəşdən, həm də tozdan, zərbədən gözü
qorumaq üçündür.
Əməliyyatın ilk günü isə sizə evdə qaranlıq otaqda
oturmaq tapşırılır. Onsuzda göz əməliyyatdan çıxanda adam özü bir günlük
ancaq qaranlıq istəyir. Çöldən gələn hərhansı bir işıq adamı qıcıqlandırır. Məsəlçün,
mən həmin gün evdə də gün eynəyi ilə oturmuşdum, hətta gecə də eynəklə yatmışdım ki,
birdən çaşıb əlimi gözümə aparıb oxalayaram.
Əməliyyatdan sonra 1 ay çiməndə ehtiyatlı
olmaq lazımdır ki, gözə su düşməsin, yoxsa infeksiya düşə bilər. Ona görə də
salondakı kimi başınızı arxaya eliyib, saçınızı yumaqda evdəkilərdən kömək istəyə bilərsiz.
Qadınların yaralı yerini deyirəm indi, deməli, Əməliyyatdan
sonra 1 ay gözə makiyaj qəti olmaz. Nə qara qələm, nə tuş, nə ten filan.
Əməliyyatdan
sonra gözün yaxşı görməsinə qarantiya verilirmi? Bunun müddəti nə qədərdi?
Əslində heç bir əməliyyatda tam qarantiya verilə
bilməz. Çünki əməliyyatdan çıxandan sonra sizin səhfinizə görə də gözünüz zəifləyə
bilər. Sadəcə olaraq gözü qorumaq, həkimin dediklərin əməl etmək lazımdır. Əgər əməl etsəz, ömürlük uzağı yaxşı görəcəksiz.
Sadəcə olaraq 40 yaşınızdan sonra yaxını yaxşı görmək üçün eynəkdən istəfadə edə
bilərsiz, o qədər.
Birdə ki, bu əməliyyatdan sonra gözün zəifləməsi əməliyat
olunan gözün zəiflik dərəcəsindən də asılıdır. Məsələn, əgər göz -9 dursa, ya da asiqmatizm yüksəkdisə, çox böyük ehtimal
bu göz sonradan zəifləyərək -1 və ya -2 ola bilər.
Bütün bu ehtimalları əməliyyatdan öncə cərrah özü xəstəsinə ətraflı izah edir, əməliyyat olub olmamaq qərarını xəstənin öz ixtiyarına buraxır.
Bütün bu ehtimalları əməliyyatdan öncə cərrah özü xəstəsinə ətraflı izah edir, əməliyyat olub olmamaq qərarını xəstənin öz ixtiyarına buraxır.
Əməliyyatdan
sonra gözdə fəsadlar?
Dediyim kimi, hələ 1 həftə əvvəl əməliyyat
olunmuşam. Təxmini 20 gün hələ bulanıq görəcəm, amma bulanıq görsəm də yaxşı
görürəm uzağı.
Göz quruluğu isə olur. Ya bir az kitab oxuyanda, ya
komputerə, televizora çox baxanda. Amma o göz quruluğuna qarşı da süni göz yaşı
veriblər. 3 saatdan bir o dərmanı tökərək quruluğu aradan qaldırısız.
İşıqların yayılmağı – bəziləri əməliyyatdan sonra
işıqları yayğın görürəm deyir,amma bu bilisiz necə yayğın görməkdi,elə bil gözləriniz
dolub işığa elə baxısız. Yəni adamı elə də naraaht eləmir.
Gecə görməyin zəəifliyi – bəziləri əməliyyatdan
sonra gecə pis gördüyünü deyir, hətta bu əməliyyat öncəsi imzaladığınız müqavilədə
də qeyd edilib, hələ gecəni çölə çıxmadığımdan narahtçılığın heç hiss etməmişəm.
Amma dediyim kimi, bircə gecə maşınların işığın yayğın görə bilərsiz bir müddət,
o qədər. Zamanla hər şey düzəlir.
Bu da həmin əməliyyatın nümunə için bir videosu. Baxıb qorxmayın, çünki göründüyü qədər qorxulu deyil. =)
Ağlıma
gələn bütün sualları cavabları ilə birgə ətraflı yazmağa çalışdım. Əgər sizin
bu haqqda hər hansı bir sualınız varsa, buyurun soruşun cavablandırım.
Geçmiş olsun :)
YanıtlaSilTeşekkürler :)
YanıtlaSilAllah şəfa versin.Mənimdə belə bir prablemim var ama qorxduğumnan emeliyyat olunmaga çəkinirəm(( Qeyd etmisiniz ki əməliyyat 10 dəq çəkir. 20 saniyə bir aparata 40 saniyədə qırmızı lazer bəs qalan vaxt necə olur(
YanıtlaSilÇox sağ olun :) Qalan vaxt gedir həkimin bir az sizi sakitləşdirmək üçün söhbətinə, gözünüzə keyidici damcı tökməsinə, o lazer aparatlarına gözünüzü hazırlamağa. dediyim kimi heeeeç qorxulu və çətin deyil. Hətta mən əməliyyat qutaranda həkimə dedim elə bu? bunçun mən o qədər qorxmuşdum?))
SilƏgər gözünüz çox zəif görürsə, eynək bezdirirsə elətdirməyə dəyər.
Mimlendiniz : İyi eğlenceler. http://birtutamkarinca.blogspot.com/2013/02/mimlendim-ve-mimledim.html
YanıtlaSilArzu salam... Mən çox narahat olmuşdum bu Arzu hardadır? Hər dəfə bloguna baxırdım bəlkə nəsə yazmısan... Bax o vaxtdan mən də blogda nəsə yazmamışam... ) Bilmirəm nədən... Gözün düzəldiyinə görə də çox sevindim. Tez tez görün :)))))
YanıtlaSilSalam :)Yazdıqlarını oxuduqca düzü sevindim) Deməli yoxluğumun hiss edilirmiş)
SilÇoxdandı məndə gözümə görə bloguna baxa bilmirdim, indi baxacam yenə) darıxmışam film yorumların üçün) mən olmayan bloga heç nə yazmamısan?) Yəqin əvvəllər məndən ilham alırmışsan))
Bundan sonra tez-tez görünəcəm inşallah!) Sən də tənbəllik eləmə, yeni yazılarını paylaş bizimlə)
Mən hiss edirdim yoxluğunu... Blog məsələsində biraz tənbələm ) Amma sən mənə ilham verirsən doğrudan.. Hər dəfə sənin bir yazını görəndə tez qaçırdım nəsə yazmağa ))))Demək darıxmısan sən də yazılarçün?) Bundan sonra yazacam mütləq... )
YanıtlaSilAha, mütləq yaz) sənin yazılarından, məsləhət gördüklərindən özüm üçün baxmağa film seçirəm)
SilBu arada yəqin ki, bu yaxınlarda sənə bir sürprizm olacaq :D Bir-iki günə blogunda rəy yazıb xəbər eliyərəm)))
Doğrudan ?) Səbrsizliklə gözləyəcəm ))
YanıtlaSilAllah wefa versin, dogrudan da yoxlugun hiss olunurdu.. emeliyyat haqqinda olan bele maraqli yazi oxumamiwdim, lezzet eledi :)) teker-teker gelin lan :D mende de bu problem var, amma qorxudan daha cox, etrafdakilarin tesiri ile neticesinin yaxwi olmamasina inanmagimdir problem.. bir ara qerara gelmiwdim, amma bir nece dostum tecrube etdiklerini, evvelki veziyyetine qayitdigini deyib fikrimden dawindirdi meni ( esas narahat eden de imtahandan sonra deyilene gore 2 ay tel, comp, kitab - bir sozle heyatimi maraqli eden her weyden uzaq qalmaq mecburiyyetimdir..
YanıtlaSilyeni yazilarini gozleyirik Arzu, kaybolma :)))
2 ay tel, komp, TV-dən uzaq durmaq?) yox əşi, elə şey yoxdu)) həkim hələ mənə demişdi ki, əməliyyatın sabahsı əvvəlki həyat tərzinə qayıda bilərsən. Sadəcə olaraq əvvəl 4 saat kompa baxanda gözüm ağrıyırdısa, day bu dəfə 1 saatdan çox oturub gözümü yormuram.
Sil3-4 il bundan qabaq elətdirənlərin dedikləri məni daha da həvəsləndirmişdi amma))
yenə də qərar sənindi) eynəkdən təmiz bezəndə məsləhət bilsən elətdirərsən :)
Bundan sonra inşallah day kaybolmam) Maraqlı, mənim üçün dəyərli olan rəylərinizi siz də blogumdan əsirgəməyin :)
sen de meni heveslendirdineee :)) inshALLAH esirgemerik ;)
SilArzu size kecmiw olsun,bu video hansi hekime aiddi?
YanıtlaSilCox sag olun, bu video xarici bir hekime aiddi. yeni youtube-da emeliyyatin adin yazmisam, en cox baxilan video bu oldugundan bunu paylasdim numune ucun.
SilKeçmiş olsun . Bir tanış orda etdirib, o da eynəyi tullayıb . Gərək mən də gedim .
YanıtlaSilÇox sağ olun) İmkan varsa mütləq elətdirin məncə, can rahatlığıdır.
SilKechmish olsun;) bes emeliyyatdan sonra komputer ya telefondan chox istifade edilse yene zeifleye biler goz?
YanıtlaSilÇox sağ olun. Əlbəttə ki, həddən artıq çox istifadə etsəm hamı kimi məni də gözüm zəifləyər :) Ona görə çalışıram çox istifadə etməyim. Heyfim gəlir gözlərimə :))
Sil