Yenə Buralardayam
![]() |
ADNAda dərsdən bir görüntü :) |
Əvvəlcə niyə bu qədər fasilə veridyimi deyim. Fasilə verdim çünki yorulmuşdum... sıxılmışdım...və ən əsası dəyişikliyə ehtiyacım var idi :)
Son aylarda həyatımda bir çox özəl və gözəl dəyişikliklər də oldu. Düzü onlara görə bir müddət buralardan uzaq qalmağa da dəyərdi :)
Bu il 4-cü kurs olduğumdan magistr hazırlıqlarına başım qarışıb. İnşallah yüksək bal yığmaq niyyətindəyəm deyə əməlli-başlı abituriyent vaxtlarımdakı kimi dərs oxuyuram. Bu dəqiqə ən çox üzün açdığım kitablar Məntiq, İnformatika və İngilis dilidir :) İnşallah sonra da İxtisas kitablarımla belə can-ciyər olacağıq.
Bloga vaxtaşırı, ürəyimdən keçdikcə gəlib yazacam. Amma məni gündəlik olaraq izləmək istəyənlər üçün yeni instagram profili açdım: http://instagram.com/kitabxanam
Əgər istəsəniz axtarış yerinə @kitabxanam yazıb məni orda tapa bilərsiz. İndi isə hələlik, dostlar :)
Yorumlar
Yorum Gönder