Kindle Touch nədir?


Salam, dostlar. Bugün sizə hansısa kitab haqqında yox, çoxdandır arzusunda olduğum və  bu yaxınlarda aldığım  "Kindle Touch" haqqında ətraflı bir yazı yazmaq istəyirəm.
  • Kindle Touch nədir?
Gündəlik həyatımıza yaxın zamanlarda daxil olan elektronik kitablar (E-kitablar)  elektronik mürəkkəb texnologiyası ilə ən parlaq dövrünü yaşayır. Elektronik kitabın ixtiraçısı və mütəxəssis Michael S. Harta görə " E-kitab havadan sonra ən çox ehtiyac duyduğumuz şeydir ."
Elektronik mürəkkəb texnologiyasının əsas məqsədi e-kitab oxumaq üçün ixtira edilən cihazlara orginalına yaxın, kitabdan oxuyurmuş kimi effekt verməkdir.  Bu texnologiyada göz yorğunluğuna gətirib çıxaracaq ekran işıqlandırması yerinə ətraf mühitin işığından istifadə edilir. Beləcə günəş işığında da gözü yormadan keyifli bir oxuma imkanını əldə edirik.

Bildiyiniz kimi e-kitab oxumaq üçün çox sayda müxtəlif elektron tabletlər mövcuddur. Amma  niyə məhz bu modeli seçdiyimi yazını oxuduqca ətrfalı izahım ilə başa düşəcəksiz.


  • Bu cihaz vasitəsilə siz yüklədiyiniz elektron kitabları, pdf-ləri gözlərinizi yormadan çox rahat şəkildə oxuya bilərsiz.
  • Həmçinin "Kindle Touch" vasitəsilə Amazon.com - dan ingilis dilli kitabları pulsuz yükləmə imkanı da əldə edirsiz.
  • Amazon.com - da satılan bütün kitabların ilk səhifələrin yükləmək pulsuzdur. Bu oxucuların kitab haqqında təxmini məlumatı olması üçündür.
  • 4GB yaddaşı ilə siz bu cihazda 3000 kitab saxlaya bilərsiz. Fikirləşin, 3000 kitab 213 qram ağırlığında bir cihazın içində!
  • Elektron kitablar orginal kitabın yerin vermir deyənlərə isə "Kindle Touch" istifadəçisi olaraq onu deyə bilərəm ki, şəxsən mən bu modellə kitab oxumağı daha çox sevdim. Çünki kitabı oxuyarkən əlimə qələm belə almadan istədiyim qeydləri aparır, internetdən istədiyim kitabı yükləyirəm. Türk kitabları burda 12-13 manata satıldığı halda internetdən 3 manata həmin kitabın elektron versiyasın yükləyib oxumaq da olur. Məncə bu həm qənaətlidir, həm də çox rahatdır.
  • Bundan başqa kitabların elektron versiyasın pulsuz yerləşdirən saytlar da vardır ki, siz həmin bu saytlardan  istədiyiniz kitabı heç bir xərc çəkmədən yükləyib oxuya bilərsiz.
  • Bu tabletdə ən çox sevdiyim digər bir özəllik isə lüğətidir. Kindle Touch ilk aldıqda daxilində 2 lüğət olur, amma siz sonra istədiyiniz lüğəti yükləyib bura əlavə edə bilərsiz. Beləliklə xarici ədəbiyyatdan hər hansı bir kitab oxuduqda sizə tanış olmayan söz gördükdə heç bir lüğət açmadan, tək bir toxunuşla həmin sözün tərcüməsin bilə bilərsiz . Hətta tərcümə etdiyiniz sözləri cihazın özündə qeyd etmək də olur ki, bu da yeni sözləri sonradan oxuyub öyrənmək üçün əla fürsətdir.

  • Kindle Touch-ın əsas özəllikləri

1- Ümumi funksiyalarıi

1.1-Dil dəstəyi
Bu cihaz İngiliscə, Almanca, fransızca, İspanca İtalyanca və Braziliya Portuqalca dillərini dəstəkləyir. Türkcə dəstəyi isə yoxdu. Amma e-kitablarda Türk şriftləri göstərməkdə heç bir problem yoxdur.

1.2 Sistem ehtiyacı
Cihazın çalışması üçün heç bir sistemdən asılılığı yoxdur. Yəni Kindle Touch-a heç bir kabelə, kompüterə ehtiyac olmadan kitab, mahnı, oyun və proqam endirilə bilər. Cihaz kompüter ilə USB 2.0 kabeli vasitəsilə bağlanır. Bu zaman siz komputerinizdəki istədiyiniz mp3ləri, şəkilləri və kitabları da bu çox funksiyalı cihaza göndərə bilərsiz.

1.3 Ekran xüsusiyyətləri
Cihazın ekran ölçüsü  600×800 -dür. Klaviyaturası yoxdur, çünki touch screen-dir. Bəziləri touch screen-in problem yaratdığını desədə touch screen əleyhinə olan mən Kindle-da bu funksiyanı çox sevdim. Bir əl toxunuşuyla altından xətt çəkmək istədiyiniz sətirləri işarələyə, kitabı oxuyarkən belə qeydlər yaza bilərsiz. Elektron mürəkkəb olduğuna görə ilk növbədə gözü heç yormur. İpod, İpad və bir sıra mobil telefonlardn fərqli olaraq Kindle-da şüa yoxdur. Saatlarla kitabı oxuduqdan sonra belə gözlərdə qızartı olmur.
Həmçinin telefonlarda, İpod/ İpadlərdə gündüz işığında parlama olduğu halda bu cihazda pearl ekran sisteminə görə heç bir parlama olmur. Ona görə də gün işığında belə kitabınızı bu cihaz vasitəsilə rahat oxuya bilərsiz..

Qarışıqlıqdan uzaq, sadə menyusu ilə kitab oxumaq isə həqiqətən də çox keyiflidir. Cihazda səhifə çevirmə düymələri yoxdur, yalnız bir ana ekran düyməsi var. Hər şeyi ekranın müəyyən bölgələrinə yüngül barmaq toxunuşu ilə həll edirik. Səhifələri çevirmənin, ekran təzələnməsinin sürəti və touch screenin cəld reaksiya verməsi insanı heç yormur və gözlətmir. Yəni ani bir toxunuşla səhifə çox tez çevrilir.

İncə bir kitab nazikliyində 213 qram ağırlığı olan bu cihazı diqqətli və səliqəli istifadə etmək lazımdır.Yəni hamımızda olub ki, telefon bir neçə dəfə əlimizdən düşüb, amma çalışıb, bu cihaz isə telefondan fərqli olaraq çox həssasdır. Touch screen olduğuna görə əldən düşən kimi cihaz yararsız hala qala bilər. Buna görə "Kindle Touch" alarkən  əlavə olaraq yanında satılan qoruyucu örtüyü də almaqda fayda var. Yəni örtük olsa həm cihaz özü cızılmaz, köhnəlməz, həmdəki əlimizdən düşsə belə az da olsa qorunar.

Örtüklərin isə bir neçə növü vardır. Sadə, şəkilli, bəzəkli, işıqlı hər rəng bir çox növ örtüklər vardır. İşıqlı olan örtüklər isə daha çox gecə yatarkən qaranlıq otağda kitab oxumağı sevənlər üçün əlverişlidir. Mənim elə bir adətim olmadığına görə işıqlı deyil, bəzəkli bir örtük seçib alacam. Hətta artıq örtüyü seçmişəm, qalıb sifariş etmək =)
İnşallah növbəti postlarımda örtük seçərkən diqqət etməli olduğumuz məqamlar haqqında da ətraflı yazacam.

1.4 Kabelsiz şəbəkə əlaqəsi
Cihazın Wi-Fi funksiyası var. Yəni Wi-Fi ilə internetə qoşularaq istədiyiniz kitabı, mahnını online yükləyə, istədiyiniz xəbər, qəzet, əyləncə saytların aça bilərsiz.




1.5 Yaddaş
Kindle Touch modelinin 4 GB daxili yaddaşı var. Ortalama 3 GB istifadə edilə bilər. Cihaza kabelsiz şəbəkə vasitəsilə ya da USB aracığıyla atılan fayllar Kindle kitabxanasına yeni (new)bir fayl olaraq əlavə olunur. Əlavə oluna bilər yaddaşın olmayışı bir əskiklik kimi görünsə də oxunan sənədləri, kitabları sildikdən sonra yenilərini əlavə edərək  yaddaşdan məhsuldar bir şəkildə istifadə edə biləriz.

1.6 Batareya ömrü
Cihaz ortalama 4 saatda şarj edə bilər. Batareya gündə yarım saatlıq oxuma ilə 2 aya çatan oxuma imkan verir. Mənim gündə yarım saatdan çox oxuduğuma baxmayaraq hələ batareya qurtarmayıb. Batareya qurtaranda cihazı USB kabeli vasitəsilə komputerə qoşuruq, o da rahat enerji yığır.

1.7 Güc adapteri və şarj müddəti
Kindle ilə gələn orijinal paketdən adapter çıxmır. Amazon bunu ayrı olaraq satır. Amazondan başqa məncə burda da bu tip adapter alıb, cihazı batareyaya taxmaq olar.

1.8 Səs-mp3
3.5 mm stereo jack girişi ilə hər hansı bir qulaqlıqla (nauşniklə) səs dinlənə bildiyi kimi dinamik vasitəsilə səs çölə də verilə bilir. Bu funksiya MP3 formatlı fayllarıт və səsli kitabların dinlənməsinə imkan yaradır. Səs keyfiyyəti isə keyfiyyətli bir MP3 çalardan fərqli deyil.
Kitab oxuyarkən musiqiyə qulaq asmağı sevənlər üçün məncə çox gözəl funksiyadır.

1.9. Dəstəklədiyi formatlar
Kindle (AZW), TXT, PDF, Audible, MP3, HTML, DOC, DOCX, JPEG, GIF, PNG, BMP .


Yorumlar

  1. mende bir neche sual yarandi. Desteklediyi formatlar arasinda fb2 yazmamisiz. Fb2-ni destekleyir? Bir de rus shriftlerini oxuyur?))

    YanıtlaSil
  2. bele bir sheyin oldugunu öyrendiyim andan vuruldugum,texniki gostericilerini artiq oxuya-oxuya ezberlediyim,ve almagi ipaddan daha cox arzuladigim bukrider)sevdiyim kitablari saatlarla komputerle oxuyaraq gözlerime qesd etdiyim bir zamanda öyrendim kindle haqqinda.özu de touch)sagliqla ishlet) he,bir de bir sheyi qeyd edim,bezen pdf formatli kitablarda(a4 ölcusunde oldugu uchun) ekran uygunlashmasinda problem yaranir.o zaman "calibre" adli convert proqramindan istifade ederek .mobi formatina cevirerek problemi aradan qaldirmaq mumkundur.cunki,kindle ucun en elverishli format ele .mobi -dir.

    YanıtlaSil
  3. Calibre proqramindan men de istifade edirem =) Olar haqqinda novbeti yazimda yazmagi planlasdirirdim :) Men hele teze almisam deye Kinle-ni istifade ede-ede, ozum yeni seyler oyrendikce burda yazib dostlarimi da melumatlandiracam :)))

    Mahammad, mence rus şriftlerinde de problem olmamalidi.FB2 formati ile elaqedar internetde maraqlandim,amma deqiq bir sey tapmadim. Ona gore de rusca ve FB2 fotmatinda bir kitab yukleyib, yoxlayib sualiniza da deqiq cvb vererem :)

    YanıtlaSil
    Yanıtlar
    1. bravo,daha ne deyim onda)blogun cox ferqli ve orijinaldir,men netde cox gezirem,amma hele belesini gormemishdim.meni de heveslendirdin)

      Sil
  4. Oldu, gozleyecem.)
    flibusta.net , fanlib.ru ... Bu saytlarda fb2 formatinda kitablar boldu))

    YanıtlaSil
  5. Cox sag olun gozel fikirleriniz ucun) Eger sizi heveslendire bildimse buna ancaq sevine bilerem :)
    Mahammad, indi yadima dusure) Calibre proqrami ile istenilen formati deyisib lazim olan formata cevirmek mumkundur. Fb2-ni de mence deyismek olar. Dediyiniz saytlardan Fanlib.ru-ya baxdim,orda HTML formati da var. Onu Kindle destekleyir.

    YanıtlaSil
  6. Mahammad, dediyiniz saytdan FB2 formatinda yukledim rusca kitab, Kindle-a gonderdim,hec bir problem olmadi. Rahat acdi) Hem sriftler,hemdeki sehife goruntusu :)

    YanıtlaSil
  7. Kindle hediyye etmishdiler mene, men de hediyye eledim, cavanlardan ferqli (? :D ) men kitabi kitab olaraq hiss edib oxumagi xoshluyuram... :)

    bir de teessuf ki bizde free 3G coverage yoxdu da men bilen....

    YanıtlaSil
  8. Kindle alıb alamayacağım barədə tərəddüd edirdim. İndi isə qərar verdim. Təşəkkür :)

    YanıtlaSil
  9. Samra, qerar vermeyinizde bir komekliyim oldusa ne xos ;)
    Anar, mence de yoxdu.)

    YanıtlaSil
  10. men calibre de convert ede bilmirem.help(

    YanıtlaSil
  11. Calibre proqraminda convert etmek cox rahatdir. Proqrami acib formatin deyismek istediyiniz kitap secin,sonra programda yuxaridaki panelde 3-cu secenek olan "kitaplari donustur" yazisina tiklayin. acilan yeni sehifenin yuxari sag kuncunde format adlari goreceksiz,ordan istediyiizi secib asagidaki TAMAM duymesine basin. Iste bu kadar basit :)))

    YanıtlaSil
  12. oydaaaaa, gozumun onundekini gormemishem. thanks thanks and big thanks again arzu))

    YanıtlaSil
  13. Bes qiymeti necheyedi? )

    YanıtlaSil
  14. Mahammad, qiymeti texmini 100 manatdir :)

    YanıtlaSil
  15. Salam. Bilmək olar bunu hardan almısınız?

    YanıtlaSil
  16. Salam. Bakumoz kitab evi vasitesile de siz bunu ala bilersiz. TEL:050 503 59 39 bu nomreye zeng ederek daha etrafli melumat ala bilersiz.

    YanıtlaSil
  17. men de coxdandi kindle almaq isteyirem.ama secim ede bilmirem.bu deqiq goz agritmir?

    YanıtlaSil
  18. Beli, goz agritmir. ele buna gore digerlerinden secilir

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Ronda Bern - Sirr (The Secret) kitabı

Qabriel Markes - 100 ilin Tənhalığı

Yüreğim Seni çok Sevdi / Canan Tan