Kayıtlar

Rəfdə gözləyən 49 Kitab, 49 Dost! :))

Resim
Uzun bir aradan sonra yenə də burda, blogumda sizinləyəm :) Son zamanlarda Türkiyədə baş verən hadisələrlə və imtahanlarımla bağlı kitab oxuya bilmirdim, amma nəhayət bugündən yenidən oxumağa və yazmağa başlayıram. Yenidən həvəsə gəlmək üçün bugün bütün dəftər-kitablarımı bir yerə yığdım və oxunulmağı gözləyən kitablarımı siyahıya aldım. Sən demə rəfdə məni gözləyən 49 kitabım varmış :)) Bu qədər kitab depolasam da, yenə də yeni kitablar alıb onları oxumaq istəyirəm. Amma özümə söz vermişəm ki, uzun müddət yeni kitab alan deyiləm :P Bu yay məni gözləyən kitablarımın hamısın oxumaq fikrindəyəm, ona görə də vaxt itirmədən ilk oxuyacağım kitabı sizə açıqlayıram)) İlk olaraq Elif Şafakın Şemsparəsindən başlamaq  istəyirəm. Həm kitab qısadı, həm də köşə yazılarından ibarətdi deyə mənim üçün maraqlıdır :)  İnşallah qısa zamanda Şemsparənin şərhiylə yenə də burdayam :)))

Bu blogda direniş var! Azerbaycan Seninle, Türkiyem!

Resim
Son günlərdə Türkiyədə baş verə hadisələrə görə blogumda heç nə paylaşmıram və bu hadisələr bitincəyə qədər də yazan deyiləm. Çünki Türkiyədəki dostlarımızın o cür şiddətə, haqsızlığa məruz qaldığını görüb heç nə olmamış kimi davranıb kitab oxuya bilmirəm.  Sadəcə olaraq onu demək istəyirəm ki, Azərbaycan sizinlədi Türkiyə! Sizin vətənpərliyiniz, dirənişiniz qarşısında insanın gözləri dolur! Atatürk düz deyib, Türk xalqı ayağa qalxarsa durdurmaq zordur! Bütün bu olayların tezliklə son bulmasını, qonşu ölkə Türkiyənin də huzura kavuşmasın arzulayıram. İnşallah daha çox yaralı və ölən olmadan bu vəhşiliyə bir dur deyərlər!

Dahi Çoçuk Yetiştirmek - Erdinç Güllü

Resim
Məni tanıyan bir çox insan uşaqları nə qədər çox sevdiyimi gözəl bilir.  Bugünkü kitabım da sırf onlarla bağlıdı.  Erdinç Güllünün "Dahi Çoçuk yetiştirmek" kitabını əlimdə görən qrup yoldaşlarım təəccüblənərək əvvəl-əvvəl mənə çox gülmüşdü, belə kitabları oxumaq sənin üçün tez deyilmi deyirdilər, amma day bilmirlər ki, bizim evdə də 5 yaşında Atillamız böyüyür :) Bu kitabı da sırf onun üçün almışdım. "Dahi Çoçuk yetiştirmek"  yeni ana olacaq bütün xanımlara məsləhətdir.  Ümumiyyətlə, mən uşaq psixologiyası ilə bağlı kitabları çox sevirəm. Çünki bir çox insan zəmanə dəyişdiyi halda uşaqlarını hələ də keçmişin metodları ilə böyüdərək  səhvlərə yol verir və bu kimi kitabları mənasız görüb oxumayaraq, rəftarlarında heç bir düzəliş etmirlər. Halbuki Hz. Əli nə demiş,  Çoçuklarınızı yaşadığınız çağa göre değil,  yaşayacakları çağa göre yetiştirin.   Ananın hələ bətnində körpəsini hiss etdiyi andan uşağın 6 yaşına qədər n...

Patrik Züskind - Ətriyyatçı

Resim
Salam, dostlar. Bugün sizə darıxa-darıxa oxuduğum, aldığıma peşman olduğum “Ətriyyatçı” romanı haqqında yazmaq istəyirəm. Romanın müəllifi isveçrəli Patrik Züskinddir . Düzü Patrik Züskindi bir az Teymur Əmraha oxşadıram bu şəkildə =))) Belə yazıçının özü qəribə adamdır, internetdə haqqında ətraflı məlumat, şəkillərin tapmaq da çətindir. Mediadan hər zaman gizlənən, tez-tez yaşadığı ölkəni dəyişən biridir.

1 yaşımız tamam oldu ^_^

Resim
Bu gün uzun zamandır əmək sərf etdiyim, zəhmətimin bəhrəsi olan blogumun bir yaşı tamam olur. Bəli, düz bir il bundan qabaq blog açmaq fikri düşümüşdü beynimə. Blog açım, mən də nələrsə yazım deyirdim. Maraqlısı isə odur ki, ilk açdığm blog dəblə bağlıydı. Dəbə aid olan şeylərdən, geyimlərimi, istifadə etdiyim kosmetikalardan, parfümlərdən, maskalardan yazacam deyirdim. Düzdü, əvvəl bir-iki yazı yazdım, amma sonra gördüm ki, bu sahə mənlik deyil. Mən nə shopping dəlisiyəm, nə də kosmetika. Nə də ki, maskalara, kremlərə filan marağım var.  Ona görə də fikirləşdim, bəs mən nə yazım? Axı nəsə yazmaq istəyirəm. Yazmağı sevirəm... O sıralarda qrup yoldaşlarımın bir-ikisi dərsdə  kitab oxuyurdu. Həmişə əllərində kitabla gələndə mən də maraqla onlara baxırdım, axrı bir gün qrup yoldaşım Elgündən oxuyub bitirdiyi kitabı, “Çərpələng uçuran”ı istədim və o da sağ olsun kitabını mənə verdi. Və beləliklə mənim kitablara olan marağım, o böyük sevgim başladı... Əvvəl kitab...

FMArsal - Yalnız Gözlerin için

Resim
İnstagramdan  məni izləyən dostlarım bilir ki, bir həftəyə yaxındır Fatih Murat Arsalın “Yalnız gözlerin için” kitabını oxuyurdum. Kitab 776 səhifə olduğu üçün düzü qalınlığı bir qədər gözümü qorxutmuşdu. Bu boyda kitabı necə oxuyaram deyirdim, amma nəhayət ki, dünən oxuyub qurtardım.  Fatih Murat Arsal Türkiyənin sayılıb, seçilən yazıçılardan biridir. Yazdığı sevgi romanları ilə oxucularının qəlbində  taxt qurmuş bu insanın yazmağa başlamasının da çox qəribə və maraqlı səbəbi var. Deməli, bir gün FMArsal oxuduğu bir kitabı bəyənməyərək “mən bundan daha yaxşı roman yazaram” deyib və öz kitablarını yazmağa başlayıb. İlk əvvəl yazıçı yazdığı kitabları internetdə e-kitab olaraq oxucuların bəyənisinə sunub, e-kitabların bəyənildiyini gördükdən sonra, artıq yeni romanlarını çap etdirməyə qərar verib. Yazıçının indiyə qədər 7 e-kitabı yayınlanıb.  Kitabların adlarının üzərinə tıklayaraq istədiyinizi yükləyə bilərsiz: 1 - Zoraki Koca Şahane Gelin  1 ...

Celal ve Ceren

Resim
Bug ün sizə izləyicilərin bir çoxunun zidd fikirli olduğu “Celal ve Ceren” filmi haqqında yazmaq istiyirəm. Bu film haqqında fikirlərə baxanda görürük ki, filmi bəyənənlər qədər bəyənməyənlər də çoxdu.   Bəyənməyənlərin bu qədər çox olmasına səbəb isə filmdəki zarafatların 18+ olmasıdır. Yəni dostlarla gedib izləməyə yaxşı film olsa da, bir çoxları “Celal ve Ceren”i ailəsiylə, sevgilisiylə birgə izləməyi məsləhət bilmir. Mənsə bu filmi rəfiqələrimlə birgə izlədim və nə yalan deyim çox da güldüm :D Hətta o qədər güldüm ki, axrı gülməkdən ağladım :D Recep İvedik karakteriylə hamımızın yaxşı tanıdığı Şahan Gökbakar bu film ile yenə də maraqlı bir iş ərsəyə gətirmişdi. Filmdə gülməli, can alıcı hissələr çoxuydu)))  Filmin ssenarisindən bixəbər olanlar üçün deyim ki, filmdə universitetdə tanış olmuş Celal  ve Ceren adlı cütlüyün sevgisindən bəhs edilir. Bir gün Celal dostunun bekarlıq partisinə getmək istəyir, lakin Ceren icazə vermir. Dostlarının təsirinə düşən...